text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Berlində xalq yazıçısı Anarla görüş olub. Almaniyanın paytaxtı Berlin şəhərindəki “Gloria Event” zalında “Kapadokya Kültür Derneyi”nin təşkilatçılığı ilə “Berlin türkçe şiir şöleni” adlı ədəbi-bədii gecə keçirilib. Gecəyə Azərbaycan, Türkiyə, Avropa, Türkmənistan, Kərkük, Qazaxıstandan olan ədəbiyyat adamları qatılıbla... | ANL |
Moskvada Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi qeyd olunub. Moskva Millətlər Evində Azərbaycan Yazıçılar Birliyinin 75 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, Moskva Millətlər Komitəsinin və Moskva Millətlər Evini... | ANL |
Xanəndə Mütəllim Dəmirov: “Bir ara Biləcəri dəmiryol stansiyasında fəhlə işlədim”. “AMMA DOLANIŞIQ ÜÇÜN BAŞQA SAHƏLƏRDƏ ÇALIŞMAĞIM MƏNİM MUĞAM İFAÇILIĞINA OLAN HƏVƏSİMİ ZƏRRƏ QƏDƏR DƏ AZALTMADI”. Azərbaycan mədəniyyətini və onun ayrılmaz hissəsi olan muğamı özünəməxsus ifası ilə təbliğ edən istedadlı sənətçilərdən biri... | ANL |
Arif Əziz “Yeni əsr” Dünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib. BUNUNLA ƏLAQƏDAR KEÇİRİLƏN TƏDBİRDƏ GÖRKƏMLİ RƏSSAMA AKADEMİYANIN FƏXRİ DİPLOMU, ÜZVLÜK VƏSİQƏSİ TƏQDİM OLUNUB. Azərbaycan milli rəssamlıq sənətinin tarixində XX əsr xüsusi mərhələ təşkil edir. Bu dövrdə istedadlı Azərbaycan xalqı şərəfli tariximizə... | ANL |
İslam mədəniyyətinin Bakı prosesi. “Bu şəhər həddən artıq əlverişli məkanda yerləşir və ticarət yollarının üstündə olduğundan cəmi müsəlman tacirlərinin ora baş çəkmələri müzayiqdir”. XIV əsrdə ərəb tarixçilərindən birinin yazdığı bu kəlmələr qərinələr boyu İslam aləmində dolaşan həqiqətlərdən olub. Qəznədən Mərakeşə, ... | ANL |
Roza Əliqızının “Vətən çağırır” kitabı təqdim edilib. Oktyabrın 28-də hərbi jurnalist, “Əsgər Ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızının Qarabağ savaşına həsr edilmiş “Vətən çağırır” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mal... | ANL |
Nə qədər ki, Azərbaycan, nə qədər ki, qədirbilən xalqımız var... Xeyirxah əməlləri, xalq qarşısında namuslu xidmətləri ilə sağlığında ümumxalq sevgisi qazanmış insanları yada salmaq, xatirələrini dilə və qələmə gətirmək nə qədər xoşdursa, ürəkaçandırsa, onlar haqqında keçmiş zamanda danışmaq bir o qədər ağırdır. Şəxsən... | ANL |
Hüseynbala Mirələmov: “Postmodernizm hoqqabazlıqdır”. AYDIN CANIYEVİN YAZIÇI HÜSEYNBALA MİRƏLƏMOVLA MÜSAHİBƏSİ. – Hüseynbala müəllim, əgər bir gün əsərlərinizi hər yerdən yığışdırıb, yandırsalar, Azərbaycan ədəbiyyatı nələrisə itirəcək? – Mənim yazdığım əsərlərdə Azərbaycan əxlaqı, qlobal insan psixologiyası, Qarabağ d... | ANL |
M.Qorki adına Səyyar Kitabxana Fondunda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) dəstəyi ilə tədbir keçirilib. BŞMTİ-dən verilən məlumata görə, kitabxananın direktoru Nüşabə Ələkbərova, İdarənin rəisi Əlikram Əliyev 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan edilməsi ilə əlaqədar şəhər kitabxanalarında ilin əv... | ANL |
Beynəlxalq Caz Festivalına yekun vurulub. Oktyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında Bakıda keçirilən Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, bağlanış mərasimində dünya şöhrətli saksofonçu Branford Marsalisin rəhbərlik etdiyi qrupun konserti olub. Festivalın bağlanış mə... | ANL |
ADMİU-da yaradıcılıq-ifa işlərilə bağlı hesabat konfransı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor-müəllim heyətinin yaradıcılıq-ifa işlərinin hesabat konfransı keçirilib. Konfransı giriş sözü ilə Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Maral Manafova açaraq professor-müəlli... | ANL |
Seyran Səxavətin “Bəhanə” və “Yəhudi əlifbası” kitablarının təqdimatı keçirilib. Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı Seyran Səxavətin “Bəhanə” və “Yəhudi əlifbası” kitablarının təqdimatı və oxucularla imza günü keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AYB-nin katibi Rəşad Məcid bildi... | ANL |
Qafqazın şeyxi. Müstəqil Azərbaycanda dinə, milli-mənəvi dəyərlərə münasibət həmişə yüksək səviyyədə olub. Bəllidir ki, Azərbaycan çoxmillətli ölkədir, burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mərhum prezident Heydər Əliyevin dinə, dini dəyərlərə münasibətdə yürütdüyü siyasət, din-dövlət münasib... | ANL |
Zaman keçir, ömür-günümün qürüba doğru hərəkətinin fərqindəyəm. Bu səbəbdən də yaşadığım, məhz yaşadığım günləri sıralamağa ara-sıra cəhd edirəm. Çünki həmin gün mən jurnalist olaraq ilk dəfə xarici ölkəyə, ancaq xoşbəxtəm ki, doğma Türkiyəyə səfər etmişəm. 17 il əvvəl bu gün Ankarada keçiriləcək türkdilli dövlətlərin ... | ANL |
Çox həyatsevər kişi olub, vurub doxsan il ömür sürüb. Baxır adamına. Yetmiş yaşının qonaqlığında söz alan yazıçı Anarın çıxışının “bismillahı” beləydi: – Təəssüf ki, mənim yetmiş yaşım tamam olur. İndi də şair Məmməd İsmayıl yetmiş yaşının içindədir. Yadımdadır, səksəninci illərin irili-xırdalı ədəbi görüşlərində sinəs... | ANL |
Əzəl bahar olmayınca, Qırmızı gül bitməz imiş. Qırmızı gül bitməyincə, Səfil bülbül ötməz imiş. Elə bil nəsə axtarırdı. Əli ilə qalın şüşəli eynəyini düzəltdi. Hərəkət etdiyimiz dar torpaq yolun sol tərəfində dörd dənə qırmızı gül bitmişdi. Bir qarış boyları ilə yanlarına tökülmüş sapsarı ağac yarpaqlarının içində sank... | ANL |
OSMANLIYA LAYİQ BİR ÖMÜR. Sultan 2-ci Abdülhamidin nəvəsi Osman Ərtuğrul Əfəndi, sürgündən əbədiyyətə qovuşdu. O, əcdadlarının başını ucaldacaq bir ömür yaşadı.Ərtuğrul bəy əfəndi OSMANLI XANƏDANIN son varisi idi. İstanbulda bir hüzur evində yaşayan Sultan Rəşadın nəvəsi Əminə Mukbilə Sultanı xanədan mənsubları zaman-z... | ANL |
Yazıçı ömrünə uvertüra. İslamın qəbulundan sonra biz kitab dedikdə, yazı dedikdə dünyanın dördüncü və sonuncu müqəddəs kitabı olan Quranı nəzərdə tutmuşuq. Ona görə də qədim və ulu xalqımız hansı ictimai formasiyada yaşamasından asılı olmayaraq, həmişə kitaba, yazıya, alimə, yazıçıya hörmət bəsləyib. Allaha ən yaxın ad... | ANL |
Bu günkü gənclik... Kim bilir neçə adamın dilindən ah-vay nalələri yüksəldi. Adətən, gənclik kəlməsi səslənəndə adamın gözü qarşısında çılğın, dəlisov, rəngarəng bir həyat canlanır. Və o həyatın içində hətta yaşlı nəsli belə özünə çəkən qəribə bir cazibə qüvvəsi olur. Görəsən o anda da gənc nəsil yaşlı nəslin qınaq həd... | ANL |
Hər cəmiyyətin öz dəyərləri var. Amma heç bir cəmiyyət onlardan bizim qədər danışmır. Biz qollarımızı çırmalayıb ağızdolusu milli dəyərlərimizdən danışırıq hər yerdə. Şəxsən mən “dəyərlərimizi qoruyaq” deyəndə söhbətin nədən getdiyini bilmirəm. Nəyi qorumaq lazımdır, onu anlamıram. Fikir vermisizsə, biz adı var, özü yo... | ANL |
“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb. Bugünlərdə “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı işıq üzü görüb. Dərgi baş redaktor Afaq Məsudun “İlahi keçid” bölümündə təqdim olunan önsözü ilə açılır. Önsözdən sonra həmin başlıq altında X əsrin nəhəng sufi mütəfəkkiri Şeyxi Əziz Nəsəfi haqqında Lloyd Raycenin ey... | ANL |
Şərq və Qərbin möhtəşəm vəhdəti. Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən “Şərq və Qərb” mətbəəsində yüksək poliqrafik səviyyədə görkəmli bəstəkar, pianoçu, dirijor, musiqişünas və müəllim, Azərbaycan Bəstəkarlar İttifaqının rəyasət heyətinin sədri, Azərbaycanın xalq artisti, Firəngiz Əlizadə haqqında gözəl bir kit... | ANL |
Şair xalqın xalqsız şairləri. Hamı qaçıb gizlənəndə. Sınıq pəncərələrə tutulmuş. Şairlərə gəlir dünyanın soyuğu. Vaqif Bayatlı Odər. Qəribədir. Atam çox erkən qardaş-bacılarını itirib, 25 yaşlı oğlunu itirib, bir qardaşının da müharibədən qara kağızını alıb, amma ata-anasından ömürləri boyu gizli saxlayıb. Ata-anası da... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalədə müstəqillik illərində dərslik yaradıcılığının birinci mərhələsi barədə məlumat vermişdim, bu məqalədə ikinci mərhələ üzrə həyata keçirilmiş tədbirləri diqqətinizə çatdırmaq istərdim. Təhsil Nazirliyi hər il nəşri planlaşd... | ANL |
Sevrdən Sürixədək gələn yol. Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur. ... Tarixdəki ən dərin dövlət təcrübələrindən birini yaşadan xanədanın xələfi olan Vəhdəddin bu gün də ən çox müzakirə olunan isimlərdən biridi. Halbuki o, bu taxta... | ANL |
Məharət dastanı. Mahir xalq şairi Zəlimxan Yaqubun “Pıçıltılar” adlandırdığı, yəni bədahətən yaxılmış şeirləri nə qədər məlahətli, zərif, incə və mənalıdırsa, son illərin məhsulu olan irihəcmli dastanları – məzmun romanları bir o qədər hərtərəfli, dərin, hikmətli və intellektualdır. “Peyğəmbər” dastanının isə müqəddimə... | ANL |
Misir ehramlarını ziyarətdən əvvəl tərcüməçimiz Adri xəbərdar etdi ki, özünü pis hiss edənlər, səhhətində problem olanlar ehramın içinə enməsin. Çünki aşağı düşdükcə orada hava çatışmazlığı yaranır və bu da insana mənfi təsir edir. Bəzi həmkarlarım yolu yarı edib, qayıtdılar. Çünki ehrama enmək doğurdan da hər kəsin iş... | ANL |
Bakıda “Türk dilinin 8-ci Beynəlxalq Şeir Mərasimi”nin açılışı olub. Ötən gün S.Vurğun adına Rus Dram Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin xatırəsinə həsr olunmuş “Türk dilinin 8-ci Beynəlxalq Şeir Mərasimi”nin açılışı keçirilib. Türkiyə Yazarlar Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və... | ANL |
Neçə gündən bəri dağı-dərəni ağuşuna almış dumanın ətəyi günortadan sonra yavaş-yavaş yığışmağa başladı; elə bil sir-sifəti görünməyən küpəgirən qarı öz sehrli tumanının ətəyini dəstələyib qeybə çəkildi. Sonra Günəşin çətir-şüaları tovuz quşunun lələkləri kimi açıldı, parlaq şəfəqlər nəmli yarpaqların, şehli otların üs... | ANL |
Düşüncələr: sistemli-sistemsiz, məntiqli-absurd, aydın-bulanıq. Nəvəm Məhəmməd Kamil üçün. Eşq şəriəti bütün dinlərdən fərqlidir. "Məsnəvi"dən gətirilmiş bu örnəkləri Əlif Şəfəq də "Eşq" adlı romanı üçün epiqraf seçib. Yadıma gəlir, 20 il öncə Konyada böyük məsnəvişünas-alim, mərhum Anna Mariya Şimmel "Məsnəvidə eşq" m... | ANL |
Füzuli şeirinin rüknləri. Füzulinin qəm olmayan şeiri yoxdur, çünki Füzulinin eşq olmayan şeiri yoxdur, ol səbəbdən ki, Füzulinin hüsn olmayan şeiri yoxdur. Əslində qəm insan xislətinə ən doğma bir hissdir. Bunun fiziki-tibbi səbəbi var: körpə dünyaya gələndə ciyərlərinə hava dolub onu incidir və o ağlamağa başlayır. H... | ANL |
İnterpoeziya üfüqlərində... Qəşəm Nəcəfzadənin orjinal və modern şair olmasının gerçəkliyini onun mükəmməl poetik nümunələri bədii fakt kimi təsdiqləyir. Bu elmi-nəzəri yanaşma müstəvisində də önəmli məntiqi təsdiqini tapmışdır. Şair novatorluğunu şərtləndirən başlıca amil, onun ərsəyə gətirdiyi, meydana çıxartdığı yen... | ANL |
Elxan Zalın şeirləri barədə yazmaq istədiyim yazı, az qala yarım ildir ki, yubanır. Bəlkə, ona görə ki, onun bəzi mətnləri (xüsusən "Toqrovı peyzajı" silsiləsindən olanlar) ilk baxışdan bir qədər çılpaq görünürlər və bu məqam məni azca narahat edir. Ya da yox, sadəcə, hər gün yazıya yeni bir müqəddimə ilə başlamaq istə... | ANL |
Muzey Mərkəzinin rəsmi saytının təqdimatı olub. Ötən gün Muzey Mərkəzində YUNESKO-nun Moskva Bürosunun "Rusiya muzeyi: virtual filial" layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının təqdimat mərasimi keçirilib. museumcenter.az ünvanlı saytın yaradılmasında Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı YUNESK... | ANL |
Azərbaycanın miniatür kitabları Belarusda sərgilənib. Sentyabrın 22-də Minskdə "Azərbaycan, Belarus və dünya klassikləri miniatür kitabda" beynəlxalq sərgisinin təntənəli açılışı mərasimi keçirilib. Bu barədə Azərbaycanın Belarusdakı səfirliyindən Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib. Nazirliyin açıqlamasın... | ANL |
Gənc xanəndə Qoçaq Əsgərov yeni sənət uğurlarına imza atıb. İstedadlı muğam ifaçısı Qoçaq Əsgərov 1978-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində dünyaya gəlib. Ağabala Abdullayev adına 2 saylı musiqi məktəbində iki il təhsil alıb. Ordu sıralarında olduğuna görə bir müddət təhsilinə ara verib. 2004-cü ildə Azərbaycan... | ANL |
Tarixi və müasir roman. Yunus Oğuzun "Təhmasib şah" romanı indiyə qədər bizim tarixşünaslığımızda o qədər də öyrənilməmiş bir dövrə həsr olunub. Həmişə Səfəvilər dövrünün tarixi istər elmi baxımdan, istər ictimai-publisistik səviyyədə tariximizin tərkib hissəsi olaraq araşdırılarkən əsas diqqət Şah İsmayıl Xətaiyə, yən... | ANL |
Noyabrın 1-i üçün sentyabr düşüncələri. Noyabrın 1-də müasir poeziyamızın çox istedadlı nümayəndələrindən birinin - Məmməd İsmayılın 70 yaşı tamam olacaq. Bu yazını qələmə almaqda məqsədim heç də kimlərisə qabaqlamaq, birinci yubiley məqaləsi yazmaq deyil. "Azərbaycan" jurnalının builki avqust nömrəsində Məmmədin yeni ... | ANL |
Ələkbər Rzaquliyevin ağlı-qaralı dünyası. BÜTÜN ÖMRÜ BOYU CƏMİ İKİ RƏNGLİ ŞƏKİL ÇƏKİB. Köhnə Bakıdan söhbət düşəndə, istər-istəməz iki böyük sənətkarı yada salırıq-aktyor və rejissor Hüseynqulu Sarabskini və rəssam Ələkbər Rzaquliyevi. Birincisi qələmi ilə, ikincisi isə rəsmləri ilə köhnə dövrün Bakısına həyat verə bil... | ANL |
Milləti təmsil edən alim. İsa Həbibbəyli o alimlərimizdəndir ki, elmin mənəvi yükünü çiynində daşıyır. Azərbaycan ictimai fikir tarixində, ədəbiyyatşünaslığında, azərbaycançılıq elminin formalaşmasında İsa Həbibbəyli yeni bir mərhələdir. İsa müəllim bu gün sorağına düşülən, axtarılan alimlərdəndir. Belə alimlərin, şəxs... | ANL |
Ölümdən yuxarıda. Yəqin mənim ürəyimi boşaltmağımçün. Çox da yağış sevən deyiləm. Amma görüm bunu məndən xəbər alan var? O gün də xəbərsiz-filansız yağdı. Beynimdə qəfil dolaşan fikirlər üşütdü məni. Ölümündən bir neçə ay keçən atamın və yayda ilini verdiyimiz Məmməd Nazimoğlunun torpaq altda, min ilin ölülərinin yanın... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (əvvəli ötən şənbə saylarımızda). Hörmətli oxucular, ötən məqalədə ulu öndər Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş müstəsna əhəmiyyətə malik tarixi bir dövlət sənədinin - "Azərbaycan Respublikasının təhsil sahəsində İsla... | ANL |
Külək təsəllisi. ŞAİR MƏLAHƏT YUSİFQIZININ DOĞUM GÜNÜNƏ. Məlahət, bu yazını yazmayacaqdım. Çətindi səndən yazmaq, çətindi yanından ötüb keçmək. Qarğış eləməyin yazdırdı mənə, sənin qarğışın çox şirindi, şeir kimidi desəm, gülmə. Allah mənə uzun ömür versin, səni də o təzə vəzifəndən kəm eləməsin. Hər dəfə küçədə əlində... | ANL |
Azərbaycanlı fotoqraf Çindəki sərgidə mükafat qazanıb. Fotoqraf Aqdəs Bağırzadə Çinin Quancou şəhərində keçirilən VI beynəlxalq humanitar sərgidə mükafata layiq görülüb. A.Bağırzadə "İnner town in Baku" silsiləsindən işi ilə "Memarlıq" nominasiyasında ilk onluğa düşə bilib. Azərbaycanlı fotoqraf kubok və diplom qazanıb... | ANL |
Gənc fotoqrafların sərgisi açılıb. Fotoqraflar Birliyinə yeni üzv qəbul olunan fotoqrafların sərgisi açılıb. Birliyin mətbuat xidmətindən bildirdiklərinə görə, qurumun artıq 80-ə yaxın üzvü var. Sədr Asiyət Fətullayevanın sözlərinə görə, belə sərgilər gənc fotoqrafların ruhlandırılması baxımından əhəmiyyətlidir: "Gənc ... | ANL |
Üzeyir Hacıbəyli adına kamera musiqi salonunun açılışı olub. Bəstəkarlar İttifaqının yeni istifadəyə verilmiş inzibati binasında Üzeyir Hacıbəyli adına kamera musiqi salonunun açılış mərasimi keçirilib. İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli memarlıq abidəsinin ölkə başç... | ANL |
Nəriman Həsənzadənin poeması Ankarada dərc olunub. Xalq şairi Nəriman Həsənzadənin "Nuru Paşa" poeması Ankarada nəşr olunan "Edebiyyat, kültür ve sanat" jurnalının iyul nömrəsində işıq üzü görüb. Poemanı türkcəyə tanınmış türk şairi İsmet Bora Binatlı çevirib. Xalq şairinin verdiyi məlumata görə, poemada məşhur türk sə... | ANL |
Vahid Poeziya Məclisinin təşkilatçılığı ilə Əliağa Vahidin İçərişəhərdəki büstü önündə şairin anım günü keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, anım mərasiminə şairlər, mədəniyyət və incəsənət xadimləri, Maştağa qəsəbəsində Əliağa Vahidin adını daşıyan 293 nömrəli orta məktəbin müəllim və... | ANL |
Azərbaycan folkloru və Abdulla Şaiqin əsərləri alman dilində. Ötən gün Abdulla Şaiqin mənzil-muzeyində avstriyalı müəllif Liliane Qrimmin alman dilinə tərcümə etdiyi "Azərbaycan folkloru" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin baş mühafizi, ədibin nəvəsi Ülkər Talıbzadə təqdimatı əla... | ANL |
Azər Abdullanın "Havalı sular, sevdalı sular"ı işıq üzü görüb. Bu yaxınlarda şair Azər Abdullanın "Havalı sular, sevdalı sular" kitabı çap olunub. Kitabda şairin müxtəlif mövzuları əhatə edən şeir və poemaları toplanıb. Toplu şairin Tanrıya ünvanladığı sevgi şeiri ilə açılır və şeirin son bəndi, demək olar ki, A.Abdull... | ANL |
Elçin İsgəndərzadədən oxuculara "Xarıbülbül çələngi". Bugünlərdə "Vektor" Nəşrlər Evində şair Elçin İsgəndərzadənin rus dilində "Xarıbülbül çələngi" kitabı işıq üzü görüb. Kitab dünyanın, eləcə də Azərbaycanın görkəmli ədəbiyyat və ictimai-siyasi xadimlərinin E.İsgəndərzadənini elmi-ədəbi fəaliyyəti haqqında fikirləri ... | ANL |
Yazıçı Mehdi Hüseyn Pedaqoji Universitetdə anılıb. Bugünlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli yazıçı və dramaturq Mehdi Hüseynin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. ADPU-dan verilən məlumata görə, tədbirdə yazıçının həyat və yaradıcılığı barədə danışan universitetin rektoru Yusi... | ANL |
"İslam mədəniyyəti" mövzulu əl işləri sərgilənib. Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğunda "İslam mədəniyyəti" mövzusunda əl işlərindən ibarət sərgi açılıb. Sərgi 2009-cu ilin Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi ilə Ba... | ANL |
Balaca pianoçu: parlaq istedad və böyük arzular. Toğrul Hüseynli Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 10-cu sinfində fortopiano üzrə təhsil alır. Xüsusi istedada malik olması onu digər yaşıdlarından fərqləndirir. Azərbaycan klassik musiqisini həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda layiqincə təmsil... | ANL |
"Məhəmməd və Züleyxanın ariyası" yeni təqdimatda. Tanınmış müğənni Nüşabə Ələsgərli və sənətçi Cümşüd Abdullayevin birgə ifasına çəkilən klipin təqdimat mərasimi keçirilib. "Ulduz" kinofilmindən götürülən məşhur "Məhəmməd və Züleyxanın ariyası"nı səsləndirən müğənnilər klipin çəkilişini rejissor Vəfa Vaqifqızıya həvalə... | ANL |
Yaqub Zurufçunun "Unudulmuş mahnılar"ı. M.Maqomayev adına Dövlət Filarmoniyasında görkəmli sənətkar Yaqub Zurufçunun yaradıcılığının 45 illik yubileyinə həsr edilmiş "Unudulmuş mahnılar" adlı tədbir keçirilib. Yubiley gecəsində iştirak edən xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Siyavuş Kərimi, Mənsum İbrahimov... | ANL |
Bəstəkarlar Hacı Xanməmmədov və Soltan Hacıbəyov yad edilib. Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim heyətinin müvəqqəti yerləşdiyi İncəsənət Gimnaziyasında elmi-nəzəri konfrans keçirilib. APA-nın məlumatına görə, konfrans konservatoriyanın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü əsasında görkəmli bəstəkarlar... | ANL |
Retrospektiv fraqmentlər. Burada yalnız işləmirəm. İncəsənət məbədi. İncəsənətə isə xidmət edərlər. Azər müəllim Elmi Şurada, mən isə dərsdə olmalı idim. Fürsət tapıb söhbətləşdik. O bildirdi ki, V.Şekspirin "Afinalı Timon" pyesini hazırlamaq istəyir. Baş rolu xalq artisti Fuad Poladov oynayacaq. Ayrı-ayrı teatrlardan ... | ANL |
Doğmalıq hekayəçisi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Günəş" jurnalının redaksiya heyətinin üzvüdür. Dövri mətbuatda hekayə, tərcümə və publisistik yazıları ilə çıxış edir. Hekayələri rus və özbək dillərinə çevrilib. "Sərhəd" qəzetinin hərbi müxbiri olub, Azərbaycan Yazıçılar və Jurnalistl... | ANL |
Tarixin üç parlaq ulduzu. Əgər məndən dünya tarixində üç əvəzolunmaz şəxsiyyətin adını soruşsalar, ilk anda onlarla düha xəyalımda canlanacaq. Lakin daha dərindən düşünəndə onların içərisində üç parlaq sima günəş kimi daha gur işıq saçacaq. Fikrimcə həmin parlaq ulduzlardan birincisi Homerdir. O, "Odisey" və "İliada" ə... | ANL |
Ədəbiyyatşünaslığımızın klassiki. - 1969-cu ilin beləcə may günlərindən biri idi və ədəbiyyatın marağı ilə yaşayan, mətbuatı izləyən, hər həftənin çərşənbə günləri Moskvada nəşr olunan "Literaturnaya qazeta"nı - Sovet İttifaqının ən maraqlı qəzetini - birinci səhifəsindən sonuncu səhifəsinə qədər oxuyan gənc yazıçı və ... | ANL |
Kazımbəy nəsli: iki yüz il Rusiya ilə birlikdə. 2001-ci ildə rus dilində "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" adlı monoqrafiyam çap olunmuşdu. Onun bir nüsxəsini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmək qərarına gəldim. Prezident kitabı götürüb yarıciddi-yarızarafat tərzdə: "Biz sənə məsul vəzifə tapşı... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, son məqalələrdə daha çox ölkəmizdə ali təhsil sahəsində mövcud olan problemlər barədə mülahizələrimizi bildirmişdik. Biz heç vaxt təhsil sistemində, o cümlədən ali təhsil sahəsində mövcud olan problemləri ictimaiyyətdən gizləməmişik və... | ANL |
Şəxsiyyət və Zaman" kitabı ictimaiyyətə təqdim olunub. Ötən gün Atatürk Mərkəzində "Gənc Liderlər" Uşaq Təşkilatının təşəbbüsü ilə yazıçı-publisist, millət vəkili Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman" dördcildilk kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə "Gənc Liderlər"in sədri Fəri... | ANL |
Abdulla Şaiqin tərcüməsində Ruminin "Məsnəvi"si yenidən nəşr edilib. Görkəmli ədib, şair və pedaqoq Abdulla Şaiqin ev-muzeyində ədibin "İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı" kitabının təqdimatı keçirilib. Yenidən çap olunmuş kitab dahi mütəfəkkir Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi"sinin tərcüməsidir. Kitab AMEA-... | ANL |
Şəkidə xalq artisti Canəli Əkbərovun yubileyi qeyd olunub. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında xalq artisti, görkəmli muğam ustası, professor Canəli Əkbərovun anadan olmasının 70 illiyilə bağlı yubiley tədbiri təşkil edilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözüylə açan Şəki Şə... | ANL |
Bakı Dövlət Universitetində Rus Mərkəzi yaradılır. Tezliklə Bakı Dövlət Universitetində (BDU) "Rusiya dünyası" Fondunun Rus Mərkəzi açılacaq. Qeyd edək ki, hazırda Fondun Azərbaycanla yanaşı, Belçika, Yaponiya, ABŞ, Tacikistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrində də bu cür mərkəzləri fəaliyyət göstərir. Bu mər... | ANL |
Etnoqrafiya Muzeyinin baş planının layihəsilə bağlı müsabiqə keçirilir. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Etnoqrafiya Muzeyinin baş planının layihəsinin hazırlanması üzrə müsabiqə elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu müsabiqə Azərbaycanın dövlət başçısının 20... | ANL |
Azərbaycanlı gənc yazarın hekayəsi Böyük Britaniyada çap olunub. GƏNC ƏDİBLƏR MƏKTƏBİNİN ÜZVÜ SƏMƏD SƏFƏROVUN HEKAYƏSİNƏ "AFRİKAN WRITING" JURNALINDA YER VERİLİB. Böyük Britaniyada nəşr olunan "African writing" ("Afrika yazısı") ədəbi jurnalının 7-ci sayında azərbaycanlı gənc yazar Səməd Səfərovun "Hamburger" hekayəsi ... | ANL |
Süleyman Yağız: "Bir millət-iki dövlət" duyğusuna zərər verilməməlidir". DSP-dən olan millət vəkili Süleyman Yağız Türkiyə-Azərbaycan əlaqələrilə bağlı verdiyi açıqlamasında hazırda yaşanan bu sıxıntılı dövrdə iki ölkənin və xalqların qardaşlıq münasibətlərinə ziyan dəyəməməsi üçün diqqətli davranmağın vacibliyini vurğ... | ANL |
İstanbulu dinliyorum gözlerim kapalı... (Əvvəli ötən şənbə sayımızda). Yerimdən qalxıb pəncərəyə yaxınlaşıram. Boğazda böyük-kiçik gəmilər ləngər vururlar. Günəşin şüaları mavi sularda bərq vurur. Həkimin cavabları necə, gözəl olacaqmı görən? Kahvaltıda Tuncaydan polis kimliyini istəyirlər. Baş komissar (yəni baş leyte... | ANL |
Xalq yazıçısı İsmayıl Şıxlı Pedaqoji Universitetdə yad edilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalq yazıçısı, görkəmli pedaqoq, ictimai xadim İsmayıl Şıxlının anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. ADPU-dan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ... | ANL |
GÖZƏL İNSAN, İSTEDADLI JURNALİST, BƏNZƏRSİZ SÖZ SƏRRAFI, RUHƏN BAĞLANDIĞIM NADİR DOSTLARIMDAN OLAN ADİL QAÇAYOĞLUNUN VƏFATININ BİR İLİNƏ DOST DÜŞÜNCƏLƏRİ. Əslində biz dostları bu itkinin ağrı-acısını bir ildən çoxdu yaşayırıq, amma cismən bir ildir aramızda yoxdur. Bu bir ildə ruhlarımız görüşüb, ruhlarımız danışıb, hə... | ANL |
Oğlumun, qaynımın, qaynım oğlunun meyidini aparan maşın, öndə, arxada isə bir neçə maşında bizlər sıra ilə Ağsu aşırımını qalxmağa başlayanda qəhər məni boğdu. Yeddi yaşı olanda oğlum Sadığı sükan arxasında oturdub, özüm yan tərəfdə əyləşdim. Aşırımın dolayı yollarında maşını necə idarə etməyi öyrətməyə başladım ona. B... | ANL |
Dil millətin ən birinci atributudur. Onun gerbi, himni, hətta bayrağı kimi simvollarından, ya da belə deyək simvolik atributlarından daha vacib və mütləq faktıdır. Və millət öz dilində nə yaradırsa, onun müəllifinə çevrilir. İstənilən sahə, sənət, elm özünün yarandığı dilə borcludur. Məsələn, yunan dili fəlsəfənin term... | ANL |
Terror qurbanı 18 günlük gəlinin həyat hekayəti. ŞƏFA MƏMMƏDOVANIN RƏFİQƏSİNƏ SON SÖZÜ: "AİLƏ QURMAQ ÜÇÜN 30 YAŞINADƏK GÖZLƏMƏYƏ DƏYƏRMİŞ". Füzuli küçəsindəki 60 saylı binada, Məmmədovların yaşadığı evdə cəmi 18 gün əvvəl toy xonçaları bəzənmişdi, yaxında-uzaqda yaşayan qohumlar, dost-tanışlar bu həyətə toplaşıb gəlin ... | ANL |
Azərbaycan-Almaniya mədəni əlaqələrində yaradıcı gənclərin rolu artır. "KULTUR UND ART İNİTİATİVE" TƏŞKİLATININ NÜMAYƏNDƏSİ SEVDA SULTANOVA BU SAHƏDƏ SİLSİLƏ LAYİHƏLƏR HAZIRLADIQLARINI BİLDİRİR. Millətlərin yaxınlaşmasında və anlaşmasında mədəniyyətlərin dialoqunun rolu böyükdür. Müxtəlif mədəniyyətlər həm də qarşılıql... | ANL |
Sənətçi Xumar Qədimovanın APA-ya müsahibəsi. - Ad gününüzü kimlərlə və necə keçirdiniz? Əslində bunun əleyhinəyəm. Toyda da əlavə kameraları xoşlamıram. Tutaq ki, balamın toyudur, orada kameraların, televiziya çəkilişinin nə işi var?! Ad günümdə əylənə bilmirəm, çünki yaşımın üstünə yaş gəlir. Mənim üçün önəmli olmadığ... | ANL |
Aysellə Araşın Moskvada ilk məşqi sabah olacaq. "Eurovision-2009" müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə və Araş hazırda Norveçdə səfərdədirlər. Müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında onların bu gün Moskvaya gedəcəklərini deyib. Həmin gün Azərbaycan t... | ANL |
"Eurovision-2009" müsabiqəsinin münsiflər heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb. APA-nın "RİA-Novosti"yə istinadən yaydığı xəbərə görə, müsabiqənin münsiflər heyətinə Rusiyanın populyar müğənnisi Flipp Kirkorov rəhbərlik edəcək. Müsabiqənin qaydalarına edilmiş dəyişikliklərə əsasən, qalibin seçilməsi haqqında ... | ANL |
Azərbaycandan "Eurovision-2009" müsabiqəsinin iştirakçılarına səs göndəriləcək sms nömrəsi açıqlanıb. Ölkəmizin vətəndaşları "Eurovision-2009" müsabiqəsinin iştirakçılarını 9750 sms nömrəsi ilə dəstəkləyə biləcəklər. Bunu APA-ya açıqlamasında "Eurovision" müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil K... | ANL |
Bakıda "Uşaq Muzeyi Yaradaq" adlı beynəlxalq seminar başlayıb. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Uşaq muzeyi yaradaq" adlı beynəlxalq seminar keçirilir. APA-nın məlumatına görə, seminar 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Qırğızıstan "Muzeylər Təşəbbüsü Mərk... | ANL |
Səlim Müslümov: "Pensiya islahatlarının birinci mərhələsini başa vurmuşuq". Ötən gün Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və BMT-nin İnkişaf Proqramının (BMT IP) "DSMF-in potensialının gücləndirilməsi" layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (AİS) təqdimatı keçirilib. Tə... | ANL |
Sahibkarlar Konfederasiyasının ikinci qurultayı keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) (ASK) Təşkilatları Milli Konfederasiyasının II Qurultayı keçirilib. ASK-in mətbuat xidmətindən bildiriblər ki, tədbirə həmçinin dövlət orqanlarının, xarici səfirlik və nümayəndəliklərin təmsilçiləri qatılıb: "... | ANL |
Evə lazım olan çırağı məscidə göndərməzlər. Tanınmış publisist Etibar Babayevin təzə çapdan çıxmış "Bu da bir imtahandır" kitabını oxuyanda onun enişli-yoxuşlu taleyi məni çox mütəəssir elədi. Bizim bənzəri olmayan qəribə dostluq tarixçəmiz var. Mən onun yaradıcılığını və dövran gərdişlərini daim izləmişəm. Axı, jurnal... | ANL |
Azərbaycanda sovet dövründən qalmış memorial abidələrdən biri də Ruhulla Əli oğlu Axundovun Bakının Buzovna kəndindəki heykəlidir. Bakının Nizami küçəsindəki (keçmiş Torqovı) 50 saylı mənzilin qarşısında onun bu evdə yaşaması haqqında divara xatirə lövhəsi də vurulub. Yəqin ki, onun heykəlinə və xatirə lövhəsinə diqqət... | ANL |
"Heydər Əliyev və insan hüquqları" mövzusunda dəyirmi masa keçirilib. Dünən Azərbaycan Respublikasının Ombudsman Aparatında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 və siyasi hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş "Heydər Əliyev v... | ANL |
Amerika Bioqrafiya İnstitutu azərbaycanlı akademiki "İlin adamı" seçib. Amerika Bioqrafiya İnstitutu (ABİ) Təhsil Problemləri İnstitutunun direktoru, akademik Abdulla Mehrabovu 2009-cu ilin Adamı elan edib. Bununla bağlı ABİ-nin prezidenti J.M.Evansın göndərdiyi təbrik məktubunda həyat əhəmiyyətli töhfələrinə və işləri... | ANL |
"A-dan Z-yə telexəbər" kitabının təqdimatı keçirildi. Dünən Azərbaycan Media Mərkəzində Bakı Dövlət Universitetinin radio və televiziya kafedrasını müəllimi Zeynal Məmmədlinin müəllifi olduğu "A-dan Z-yə telexəbər" kitabının təqdimat mərasimi keçirilib. "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki... | ANL |
ƏDƏBİYYATIMIZIN YAXIN DOSTU ANNA BEDE DÜNYASINI DƏYİŞİB. Bu günlərdə Macarıstandan aldığım ağır bir xəbər içimi göynətdi. Ədəbiyyatımızın yaxın dostu və Macarıstanda ən böyük təbliğatçısı olan şair-tərcüməçi Anna xanım Bede vəfat edib. Xəbər Anna xanımın oğlu Elod Kovaçdan gəlmişdi. Bu acı xəbər bir andaca məni otuz il... | ANL |
Heydər Əliyevə həsr olunan interaktiv mühazirə keçirilib. Dünən Bakı Slavyan Universitetində (BSU) "İrəli" İctimai Birliyinin təşəbbüsü ilə "Öndərimizin yolundayıq" devizi altında keçirilən Heydər Əliyev həftəsi çərçivəsində interaktiv mühazirə təşkil olunub. Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Kamal Abdulla... | ANL |
Borçalı ağsaqqalı Ayvaz Həsənovun 80 illiyi münasibətilə tədbir keçirilib. Gürcüstanın Marneuli rayonunun Məscidli Görarxı kəndində Borçalının adlı-sanlı ağsaqqalı, mərhum Ayvaz Həsənovun 80 illiyi münasibətilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iştirakçılar A.Həsənovun büstü önünə tər çiçək d... | ANL |
Həsən Cəbrayılov: "Bizdə parodiya sənətinə qeyri-ciddi yanaşılır". "HALBUKİ DÜNYANIN İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİNDƏ GÜCLÜ PARODİYA MƏKTƏBLƏRİ VƏ BU MƏKTƏBLƏRİN MƏŞHUR YETİRMƏLƏRİ VAR". Tanınmış parodiya ustası Həsən Cəbrayılovun bugünlərdə 60 yaşı tamam olub. Yaratdığı parodiyalarla tamaşaçılara yaxşı tanış olsa da, istedad... | ANL |
Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə xalq yazıçısı İsmayıl Şıxlının 90 illiyinə həsr olunmuş kitab sərgisi və oxucu konfransı keçirilib. Milli Kitabxananın direktoru Kərim Tahirov İ.Şıxlının Azərbaycan ədəbiyyatındakı özünəməxsus mövqeyindən, illər keçs... | ANL |
İstiqlaliyyət soraqlı Bəxtiyar Vahabzadə poeziyası. Ustad şairimiz Bəxtiyar Vahabzadə poeziyamızın XX əsrdə yetişmiş qüdrətli nümayəndəsi, qələminin və sözünün gücü ilə əbədi ömür qazanmış tarixi şəxsiyyətdir. Onu yetirən xalq, böyüdüb boya-başa çatdırmış vətən, ona qoynunda yer verən torpaq Bəxtiyar Vahabzadənin adı, ... | ANL |
"Ulduz"un işığında nobelsayağı nitq. Bir az sevgimiz, bir az məsuliyyətsizliyimiz, bir az da təcrübəsizliyimizlə birgə. Sağ olsunlar meydan verənlər... Sual-cavab eksperimenti... M.F.Axundov adına Milli Kitabxanada düzənlənən Gənc Ədiblər Məktəbinin budəfəki toplantısına qatılmaq üçün kitabxanaya tələsəndə şair dostumu... | ANL |
Əyyub Qiyasın "Sonuncu büt"ü müzakirə olunub. Sumqayıt şəhərinin 60 illiyilə bağlı silsilə tədbirlər çərçivəsində istedadlı yazıçı-dramaturq Əyyub Qiyasın "Sonuncu büt" adlı kitabının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Yeganə Əhmədova son zamanlar oxucu... | ANL |
Yunus Oğuz "Təhmasib şah"ı tamamlayıb. Türkoloq alim, tanınmış yazıçı Yunus Oğuz yeni romanı üzərində işi başa çatdırıb ("Olaylar"). "Təhmasib şah" adlanan tarixi roman Səfəvilər imperiyasının ikinci hökmdarı, Şah İsmayıl Xətainin oğlu, 52 il hökmdarlıq etmiş və Azərbaycanı bütövləşdirmiş I Təhmasibin həyat və fəaliyyə... | ANL |
Ramiz və Əyyub Quliyevlər Kalininqradda beynəlxalq festivala qatılacaqlar. Mayın 6-dan iyunun 5-dək Rusiyanın Kalininqrad Dövlət Filarmoniyasında "Kəhrəba boyunbağı" XXIV Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Azərbaycanı ilk dəfə olaraq bu festivalda xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr la... | ANL |
BİR VAXTLAR MƏMMƏDBAĞIR BAĞIRZADƏNİN DİLİNDƏN DÜŞMƏYƏN BU SÖZLƏRİ İNDİ ONU SEVƏNLƏR ƏVƏZSİZ MÜĞƏNNİMİZİN ÖLMƏZ RUHUNA ÜNVANLAYIRLAR. Azərbaycan musiqi mədəniyyətində öz dəsti-xətti, öz yolu ilə tanınmış, özünə layiqli yer tutmuş sənətkarlardan biri də respublikamızın xalq artisti, unudulmaz sənətkarımız mərhum Məmmədba... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.