text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Aşıq Şəmşirin poetik aləminə səyahət" təqdim olundu. Ötən gün Atatürk Mərkəzində professor Sədnik Paşa Pirsultanlının "Aşıq Şəmşirin poetik aləminə səyahət" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Aşıqlar Birliyinin sədri, şair Zəlimxan Yaqub Aşıq Şəmşiri "əhli-ürfan dünyasının ən böyük şəxs...
ANL
Əmir Pəhləvanın yeni romanı Berlində nəşr edilib. Tanınmış yazıçı-dramaturq Əmir Pəhləvanın dördüncü romanı Almaniyanın paytaxtı Berlin şəhərində, ingilis dilində çap olunub. Əsər bir mühacirin taleyilə bağlı məhəbbət motivləri üzərində qurulub. İşgəncəli həyat tərzi keçirən balaca İsanın başına gələn hadisələr əsərin ...
ANL
Azərbaycan ərəbşünaslığının nur mənbəyi. Azərbaycanda ərəbşünaslıq məktəbi keçən əsrin ortalarından yaranıb. Hazırkı vaxtda yüksək inkişaf dövrünü yaşayan bu əzəmətli məktəb istedadlı nümayəndələrilə respublikanın tərəqqisi yolunda özünəməxsus şəkildə irəliləyir. İki minə yaxın mütəxəssis ordusuna malik bu görkəmli mək...
ANL
Həmin sənətkarın başqa əsərləri də olub, o əsərlər də ona az şöhrət gətirməyib, amma həmin o bircə əsər daha çox xatırlanıb və o sənətkardan söz düşəndə də, ilk növbədə, həmin əsərin adı birinci sırada çəkilib. Bizim XX əsrdə çox istedadlı, satirik şeirlərində Sabir yolunu davam etdirən, lirik şeirlər müəllifi kimi də ...
ANL
Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçildi. Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III qurultayı keçirilib. Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar qatılıb. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı sə...
ANL
Moskva Dövlət Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib. Dünən Moskva Dövlət Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu mərkəz Moskva Dövlət Dillər Universiteti...
ANL
"İş rejimimi görənlər düşünürlər ki, əslində məhsuldar deyiləm". YAZIÇI-DRAMATURQ ELÇİN HÜSEYNBƏYLİ: "KİTAB GÜNDƏLİK TƏLƏBAT MALLARI KİMİ HƏMİŞƏ GÖZ ÖNÜNDƏ OLMALIDIR". - Bu yaxınlarda kitabınızla bağlı İmza günü keçirildi və bununla da ədəbi mühitimizdə yeni bir ənənənin əsası qoyuldu. Bu barədə fikirlərinizi bilmək is...
ANL
KƏRAMƏT: "AZƏRBAYCANDA SAĞLAM ƏDƏBİ MÜHİTİN FORMALAŞMASINA ÇALIŞACAĞIQ". Bugünlərdə "Ədəbiyyat naminə" adlı ədəbi-publisistik qəzetin ilk sayı çap olunub. Qəzetin təsisçisi və baş redaktoru şair Kəramətdir. "Fərqli, çox fərqli" devizi ilə işıq üzü görən qəzetin ədəbiyyata yer ayıran digər nəşrlərdən nə ilə fərqlənəcəyi...
ANL
Beynimizi xarab eləməyək! İNSAN ORQANİZMİNİN ŞAH ÜZVÜNÜ NECƏ QORUMALI? İnsanların bütün fəaliyyəti, işgüzarlığı, istedadı, dünya görüşü, ağlı, düşüncəsi, yaradıcılıq qabiliyyəti bilavasitə beyinlə bağlıdır. Orqanizmi təşkil edən milyonlarla hüceyrə, toxuma və üzvlərin - sistemlərin qarşılıqlı əlaqələri və yararlı iş əm...
ANL
Qulu Ağsəs də qırxıncı otağın qapısını döydü. Bəlkə də qırxbirincinin. Döydü deyəndə ki, ömrün qırxla başlayan otağı qapısını taybatay açıb özü ona "xoş gəldin" dedi. Tələbəliyimin ikinci ilində, sıxıla-sıxıla, qorxa-qorxa Yazıçılar Birliyinə gəlib-getdiyim vaxtlarda balaca bir şeir kitabı keçmişdi əlimə. Daha doğrusu,...
ANL
İntiqam Mehdizadə kommunist düşüncəsinə milli ictimai düşüncəni qarşı qoyan və son 40-50 illik prosesdə bu düşüncənin oturuşub məfkurəyə, əməli fəaliyyətə çevrilməsi uğrunda mücadilə aparan ziyalı nəslinə mənsubdur. Özünəxas dəsti-xətti və nəcib şəxsiyyəti ilə Azərbaycan jurnalistikasına mötəbərlik gətirən bu aydının i...
ANL
Kazımbəy nəsli: iki yüz il Rusiya ilə birlikdə. 2001-ci ildə rus dilində "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" adlı monoqrafiyam çap olunmuşdu. Onun bir nüsxəsini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmək qərarına gəldim. Prezident kitabı götürüb yarıciddi-yarızarafat tərzdə: "Biz sənə məsul vəzifə tapşı...
ANL
Elçin İsgəndərzadəyə Çingiz Aytmatov Mükafatı təqdim edilib. Dünya ədəbiyyatının görkəmli simalarından olan Çingiz Aytmatovun xatirəsini əbədiləşdirmək naminə Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumunun rəhbəri professor Sadık Kemal Turalın təşəbbüsü ilə Qaziantep Sənət Topluluğu tərəfindən Beynəlxalq Aytmatov Ədəbiy...
ANL
Ədliyyə generalı Bəhruz Mahmudov mənə telefon açaraq deyəndə ki, atası - yəni unudulmaz Rəşid Mahmudov haqqında xatirələr kitabı hazırlayır və xahiş edəndə ki, mən də bir neçə söz yazım, doğrusu, bu, mənim üçün çox xoş bir xəbər oldu, çünki Rəşid müəllim mənim həyatda rast gəldiyim və ünsiyyətdə olduğum o insanlardan b...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalədə ali təhsilin cəmiyyətin və şəxsiyyətin inkişafında rolu, ölkəmizdə ali təhsil sahəsində mövcud olan bir sıra problemlər barədə məlumat vermişdim. Bu məqalədə digər problemlərlə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm...
ANL
Sabir Əhmədli Cəbrayıla həsrət qaldı. Sabir Əhmədli öldü! Nədənsə əvəzsiz, böyük insanlar, müqəddəs insanlar öləndə yadıma həmişə Vaqif Bayatlı Odərin Səttar Bəhlulzadənin ölümünə yazdığı bir şeir yadıma düşür. Ölsəydi, Bu dünyanın qara torpaqları. Doldurammazdı. Qocanın üz qırışlarını... Çox ölüm-ölüm deməyin... Su ki...
ANL
Azərbaycan-Latviya biznes-forumu keçirilib. Ötən gün Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib. Biznes forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və "Xəzər-Avropa" İnteqrasiya İşgüzar Klubunun təşkilatçılığı ilə keçirilib. Tədbirdə Latviya tə...
ANL
Turizm Assosiasiyası yaradılıb. Azərbyacanda Turizm Assosiasiyası yaradılıb. 8-ci "Turizm və səyahət" beynəlxalq sərgisinin, eləcə də 3-cü "Hər şey otel, restoran, supermarketlər üçün" Qafqaz beynəlxalq sərgisinin açılışı münasibətilə keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Turizm ...
ANL
Əli Əmirlinin yeni əsəri tamaşaya qoyulur. Akademik Milli Dram Teatrı yenidən yazıçı-dramaturq Əli Əmirlinin yaradıcılığına müraciət edib. Teatrın son illərdə tamaşaçılara təqdim etdiyi ən uğurlu tamaşalarından biri olan "Mesenat" tarixi dramından sonra bu dəfə dramaturqun müasir mövzuda yazdığı "Sevən qadın" melodrama...
ANL
Bəxtiyar Vahabzadə Ankarada yad edilib. Ankara Dövlət Rəsm və Heykəl Muzeyində xalq şairi Bəxtiyar Vahabzadənin anım mərasimi keçirilib. Bu barədə Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib. Mərasimi giriş sözü ilə açan Türkiyə mədəniyyət və turizm naziri Ertuğrul Günay B.Vahabzadəni bəşəriyyətin böyük övladı...
ANL
Akademik Tofiq Köçərli haqqında roman-hekayət. PROFESSOR RAFİQ ƏLİYEV MƏRHUM ALİMLƏ BAĞLI XATİRƏ VƏ DÜŞÜNCƏLƏRİNİ QƏLƏMƏ ALIB. Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin "Ruhla söhbət" kitabı rus dilində işıq üzü görüb. Kitab tarixçi-alim, akademik Tofiq Köçərliyə həsr olunub. Nəşrdə yer verilən materiallar əsas...
ANL
Bəstəkar Ramiz Mirişlinin 75 yaşı qeyd olunub. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, xalq artisti Ramiz Mirişlinin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Gecə "Onlar bizim fəxrimizdir" silsiləsi çərçivəsində baş tutub. Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi t...
ANL
Misirin QİNA xalq musiqi qrupu Qafqaz Universitetində olub. Dünən Qafqaz Universitetində Misir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ölkənin QİNA xalq musiqi qrupunun üzvləri ilə görüş keçirilib. Qeyd edək ki, sözügedən musiqi qrupunun ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbə və müəllim k...
ANL
İstanbul şeir festivalında Azərbaycan da təmsil olunur. Aprelin 21-də Türkiyədə IV Beynəlxalq İstanbul Bəyoğlu Şeir Festivalına start verilib. Festivalın Danışma Kurulu üzvü olan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin yorulmaz təbliğatçısı, istedadlı tərcüməçi-yazıçı Yasemin Bayerin verdiyi məlumata görə, builki tədbi...
ANL
Zülmətə açılan qapının işığı. FİRUZ MUSTAFANIN NƏSR VƏ DRAMATURGİYA NÜMUNƏLƏRİ HAQDA DÜŞÜNCƏLƏRİM. Haqqında söhbət açacağım ədibi, güman edirəm ki, yaxşı tanıyırsınız. Onun bir çox teatrlarda nümayiş etdirilən səhnə əsərlərinin tamaşaçısı olub, bədii, elmi və publisistik yazılarını oxumusunuz. (Əslində həmin kitabda ge...
ANL
"Yaşmaq" dərgisinin yeni sayı Ramiz Rövşənə həsr olunub. İRANDA ÇIXAN DƏRGİNİN YARADICI HEYƏTİ GƏLƏCƏKDƏ AZƏRBAYCAN YAZIÇILARININ ƏSƏRLƏRİNƏ DAHA GENİŞ YER AYIRMAQ NİYYƏTİNDƏDİR. Qonşu İran İslam respublikasında Azərbaycan dilində işıq üzü görən "Yaşmaq" ədəbi dərgisinin əsas yazarlarından biri - Həmid Asəfi ötən gün r...
ANL
Böyük bir yazıçı təfəkkürünün itkisi, əsl yazıçı ürəyinin dayanması ilə barışa bilmirdim və mənə elə gəlirdi ki, Yer bu boşluqdan ağlını itirəcək... Ağlı azan, ipi boşalan Yeri Allahın yadına salıb yalvarırdım ki, qanadını onun üstündə saxlasın, balalarımıza, körpələrə rəhm eləsin... Çingiz Aytmatovla vidalaşmaq çətin ...
ANL
Beynəlxalq sənət dərgisi "Bayatı"nın yeni sayı işıq üzü görüb. Dərgi baş redaktor Elçin İsgəndərzadənin ekslibrisi ilə açılır. "Bayatı"nın bu sayında Qərib Mehdi, Arzu Nehrəmli, Hikmət Babaoğlu, Faruk Anbarcıoğlu, Maksim Zamşev, Şaziye Çelikler, Oraz Yağmur, Emine Sevinç Öksüzoğlu, Özlem Sezer, Vasif Süleyman, Ayhan Ca...
ANL
Bu yaxınlarda "Vektor" Beynəlxalq Elm Mərkəzində yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Metro vadisi" kitabı nəşr olunub. Kitabda E.Hüseynbəylinin 2004-05-ci illərdə qələmə aldığı eyniadlı romanı, son hekayələri, pyesləri və publisistik məqalələri toplanıb. Sintez üslubunda yazılmış "Metro vadisi" romanında müəllif "qa...
ANL
Ermənistan hökuməti başda olmaqla dünyada fəaliyyət göstərən millətçi-şovinist erməni təşkilatları, erməni kilsəsi, erməni lobbisi uydurma "erməni genosidi"nin 94-cü ildönümünü aprelin 24-də qeyd etmək üçün revanş götürüb. Bu məqsədlə onlar yalnız mətbuat vasitəsilə beynəlxalq aləmdə antitürk təbliğatı aparmaqla kifayə...
ANL
Yəhudi əlifbası. Nəvəm Həmidə və onun dünyadakı bütün yaşıdlarına. Hörmətli Adam! Diqqətlə baxsan görəcəksən ki, mən də sənə oxşayıram - gözlərim var, ağız-burnum, qulaqlarım, ayaqlarım, əllərim var. Mən adam əti yemirəm. Orasını da bəri başdan deyirəm ki, mənim yanımda dayansan peşman olacaqsan, fikirləş. Gözləyirəm. ...
ANL
İstiqlal şairimiz Xəlil Rza Ulutürkün bizə miras qoyub getdiyi ədəbi irs olduqca zəngindir. Onun özünün orijinal şeir və poemalarından, tərcümələrindən, elmi monoqrafiyalarından, məqalələrindən başqa, demək olar ki, yaradıcılığa başladığı dövrdən etibarən yazdığı gündəlikləri neçə-neçə cild təşkil edir. Müasir dövrümüz...
ANL
Elə bu məqamda fikrimdən məşhur İsveçrə psixoloqu Karl Qustav Yunqun "İnananlar uşaq kimi yox, uşaq olaraq qalmaq istəyirlər" sözləri keçdi; inananlar, inanclılar sırasına şairləri də qatmaq olar. Şairlər böyümürlər; böyük şairlər tamam başqa adamlardı; özgə qitələrə, yad yerlərə gedib çıxmış səyyahlardı. Mənim qəhrəma...
ANL
Könüllər dərvişi və ya Ürəyindən göylərə yol açan şair. Hər bir insanın öz daxili aləmi, dünyaya baxış prizması olduğu kimi, hər bir yazıçı və şairin də öz yaradıcılıq üslubu və düşüncələrinin poetik ifadə tərzi var. İndi şairlərimiz çoxdur, ənənəvi qaydada yazanlar da var, yenilikçi olmağa çalışanlar da. Şair Elxan Za...
ANL
Son zamanların ədəbiyyatında, xüsusən şeir mətnlərində cisim (rusların təbirincə: telesnıy)?metaforası üstünlük təşkil edir, bir sözlə insan cisimlə ruhun "suayrıcında" qərar tutur. Beləliklə, müasir fəlsəfədə insan bədəninin sirrinə meyl artıb. Bunu bizdə 2000-ci illərdə ədəbiyyata gələn nəslin yaradıcılığında da müşa...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Ötən məqalələrdə ölkəmizdə ali təhsil sahəsində mövcud olan problemlərlə bağlı bəzi fikirlərimi bildirmişdim, bu məqalədə də qalan problemlər barədə mülahizələrimi yekunlaşdırmaq istəyirəm. Ali məktəblərimizdə dərs yükünün optimal müəyyənləşdirilməməsi, ...
ANL
Kazımbəy nəsli: iki yüz il Rusiya ilə birlikdə. Əvvəli ötən şənbə sayımızda. 2001-ci ildə rus dilində "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" adlı monoqrafiyam çap olunmuşdu. Onun bir nüsxəsini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmək qərarına gəldim. Prezident kitabı götürüb yarıciddi-yarızarafat tərzdə:...
ANL
Naxçıvanskilər qürbətdə. Tarixi yaratmaq qəhrəmanlıq, onu yüzilliklər keçəndən sonra araşdırmaq, ortalığa doğru-dürüst çıxarmaq isə fədakarlıq tələb edir. Az qala bir igidin gənclik illəri qədər axtarışlar apardığımız Kəngərli qəhrəmanlarının həyat səhifələrindən yeni bir fakt tapanda çox sevinirik. Elə bu baxımdan Nax...
ANL
Hər iki ölkədə həssas bir durum var. Hər iki ölkənin xalqı bu durumdan çox rahatsızdı. Ona görə mən dərin eşqlə sevdiyim və dəfələrlə getdiyim bu şəhərə mart ayının sonlarında etdiyim bir səfər haqqında yazmaq qərarına gəldim. Allaha şükür ki, indi İstanbula getmək çox asandı, biletini alırsan, elə öz ölkəndə olduğun k...
ANL
Kamal Abdullanın Almaniyada Mayns Universitetinin rəhbərliyilə görüşü olub. Görkəmli alim və yazıçı, Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdulla Almaniyanın nüfuzlu Mayns Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub. BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, K.Abdulla sözügedən universitetin ...
ANL
"İrs-Nasledie"nin yeni sayı çapdan çıxıb. Dərgi baş redaktor Musa Mərcanlının "Azərbaycan - möcüzələr ölkəsi" yazısı ilə açılır. Yazıda baş redaktor jurnalın yeni dizaynla çıxmış bu sayının əsasən Azərbaycanın yeddi möcüzəsinin seçilməsinə həsr olunduğunu qeyd edib. "Azərbaycanın yeddi möcüzəsini seçirik" adlı növbəti ...
ANL
"Sıravi Dursun" Bakı Uşaq Teatrının səhnəsinə çıxacaq. Bakı Uşaq Teatrı "Sıravi Dursun" tamaşasını təqdim edib. Bu barədə teatrın direktoru, rejissor İntiqam Soltan məlumat verib. Direktorun dediyinə görə, vətənpərvərlik mövzusunda hazırlanan tamaşa əsgərlik yaşına çatmış gənclərə həsr olunub. Tamaşada çağırışçı Dursun...
ANL
Aprelin 26-da 42-ci Beynəlxalq Hyuston Kinofestivalının nəticələri açıqlanıb. Kinofestivalda Azərbaycanı təmsil edən "40-cı qapı" bədii filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Bakı Şəhər Mədəniyyət və Turizm idarəsindən verilən məlumata görə, festivalda filmin rejissoru Elçin Musaoğ...
ANL
Türkiyədə Azərbaycan rəssamının fərdi sərgisi açılıb. Anadolu Karikatura Muzeyində azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadənin fərdi sərgisi təşkil edilib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətindən APA-ya bildirilib ki, sərgidə rəssamın əsasən beynəlxalq müsabiqələrdə iştirak etmiş və mükafa...
ANL
Dillər Universitetinin Teatr Klubu Türkiyədəki festivala qatılıb. Azərbaycan Dillər Universitetinin (ADU) Teatr Klubunun üzvləri Türkiyədə keçirilən Universitetlərarası Beynəlxalq Teatr festivalı çərçivəsində aprelin 25-də Akdeniz Universiteində çıxış ediblər. Bir çox xarici və Türkiyən universitetlərinin teatr klublar...
ANL
Biz bəzən həyatda görmədiklərimizi, bilmədiklərimizi, eşitmədiklərimizi, uzun ömrün dolaylarında sınaqlarından keçirmədiklərimizi bədii cəhətdən kamil, həyat hadisələrilə zəngin əsərlərdən öyrənirik. Əsas odur ki, bu, ustad qələmindən çıxsın, həyatın, cəmiyyətin, təbiətin rəngarəng lövhələrini əlvan boyalarla canlandır...
ANL
Uşaq ədəbiyyatının nəşrində "Beşik" nümunəsi. Azərbaycanda son zamanlar uşaq ədəbiyyatının yaranmaması, yaxud çox az yaranması ilə bağlı fikirlərə bir daha qayıtmaq, onları təkrarlamaq niyyətindən uzağam. Amma bu bir həqiqətdir ki, indi bizdə uşaq ədəbiyyatı ilə məşğul olan, uşaqlar üçün yazanlar azdır, belə kitablar d...
ANL
On iki yaşlı kündəgir. Anadan olmasının 100 illiyi tamamlanan görkəmli alim, mərhum akademik Məmməd Cəfər Cəfərovun XX əsrin yetmişinci illərində yazdığı "Xatirələr"i Azərbaycanda memuar ədəbiyyatının dəyərli nümunələrindən sayıla bilər. İndiyədək heç yerdə çap olunmamış "Xatirələr" memuarının aşağıda oxuculara təqdim ...
ANL
Zərifə Əliyevanın xatirəsinə həsr olunan konfrans keçirilib. Ötən gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən səhiyyə naziri Oqt...
ANL
"Bakıdakı yazarlarla sıx əlaqələr qurmaq istəyirik". GÜNEYLİ SOYDAŞLARIMIZ SƏTTAR MAHMUDOĞLU VƏ FƏRHAD EYVƏZİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİNİN İRANDA GENİŞ TƏBLİĞİNƏ ÇALIŞIRLAR. Təbriz şəhərində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən Səttar Mahmudoğlu və Fərhad Eyvəzi bugünlər...
ANL
İrəvan Teatrı "Xilaskar" tamaşasını təqdim edib. Aktyor Evində Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Xilaskar" tamaşasına ictimai baxış keçirilib. Dramaturq Aqşin Babayevin eyniadlı pyesi əsasında hazırlanan tamaşada XX əsrin 90-cı illərində Azərbaycanda baş verə...
ANL
"Yuğ" Dövlət Teatrında Anton Çexovun "Albalı bağı" əsəri əsasında rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi "Birinci akt" tamaşasına ictimai baxış keçirilib. "Birinci akt" Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi proqramına əsasən hazırlanıb və bu, teatrın 72-ci səhnə işidir. 20 illik fəaliyyəti ərzində "Y...
ANL
Fransız yazıçısı Jül Renarın hansı hisslərin təsiri altında öz gündəliyinə belə bir sətirlər yazdığını başa düşə bilmirəm: "Dostlar paltar kimidir. Nə qədər ki, köhnəlməyib, ayrılmaq lazımdır. Yoxsa onlar özləri bizdən ayrılacaqlar". Əlli yeddi illik ömrümün yarısından bu yana könül həmdəmi, sevinc, qəm ortağı olduğum ...
ANL
Gürcüstanlı uşaqlar Azərbaycan səhnəsində. Bakıda səfərdə olan Gürcüstanın "Basti-Bubu" uşaq ansamblı və "Bzikebi" qrupu Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Konsert Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstanın Azərbaycandakı səfirliyinin və "Lider Media Holdinq"in təşkilati dəstəyilə baş tutub. K...
ANL
Firəngiz Əlizadə: "Telekanallarda Bədii Şuranın yaradılmasına ehtiyac yaranıb". Azərbaycan Bəstəkarlar İttifaqının mahnı və estrada musiqisi bölməsinin iclası keçirilib. APA-nın məlumatına görə, İttifaqın sədri Firəngiz Əlizadənin iştirakı ilə keçirilən iclasa qurumun katibi Eldar Mansurov sədrlik edib. E.Mansurov son ...
ANL
Qətərin səfiri Dövlət Sosial Müdafiə Fondunda olub. Qətər dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Cəsim Əl-Səni Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda olub. Diplomata Fondun müasir tələblərə uyğun qurulan iş şəraiti ilə bağlı ətraflı məlumat verilib. Fondun ictimaiyyə...
ANL
Şeyxov Nəsrullanın dövlət idarələrindən birinə rəhbər təyin edilməsi xalq arasında söz-söhbətə səbəb oldu. Onu yaxşı tanıyanların fikri bu oldu ki, uzun illərdən bəri idarələrdə rəis müavini işləmiş Nəsrulla əməkdaşlar arasında ikinci vəzifədə, yəni rəis müavini vəzifəsində yer almış adam kimi tanındığından təyin olund...
ANL
Sərdar Əsəd- Sevgidən intihara. Sərdar Əsəd - bu son dərəcə bənzərsiz və istedadlı şairlə sağlığında bir neçə dəfə üz-üzə gəlsəm də, bircə kərə də yanaşı əyləşib söhbətini dinləməmişəm. O illərdə mən tələbə, sonra kənd müəllimi olmuşam. O illərdə mən Sərdar Əsədə istedadlı bir şair kimi baxırdım, sevdiyim üç şairdən bi...
ANL
İnsan tərifi, vəsf edilməyi tənqiddən çox sevir. Bəlkə də dildə bunun əksini xoşladığını təkid edən tək-tük qeyri-adilər tapıldı, amma hər halda əksəriyyət mədh olunmaqdan daha artıq həzz alır, həm də buna yetərincə maildir, nəinki üzünə qarşı nöqsanlarının, əyər-əskiklərinin deyilməsindən. Görünür səbəbsiz də deyil. O...
ANL
Məmməd Arazın xatirəsi yad edilib. Dünən xalq şairi Məmməd Arazın xatirə günü idi. Bu münasibətlə şairin yaxınları, ailə üzvləri, Məmməd Araz poeziyasının vurğunları Fəxri Xiyabanda şairin məzarını ziyarət etdilər. Ölümündən beş il keçməsinə baxmayaraq, Məmməd Araz yaradıcılığı indi də oxucuların çox sevdikləri, tez-te...
ANL
Məmməd Arazın xatirəsi yad edilib. Dünən xalq şairi Məmməd Arazın xatirə günü idi. Bu münasibətlə şairin yaxınları, ailə üzvləri, Məmməd Araz poeziyasının vurğunları Fəxri Xiyabanda şairin məzarını ziyarət etdilər. Ölümündən beş il keçməsinə baxmayaraq, Məmməd Araz yaradıcılığı indi də oxucuların çox sevdikləri, tez-te...
ANL
Görkəmli rəssam Ağarəhim Əliyevin xatirəsinə. Azərbaycan ictimaiyyətinə, mədəniyyəti və incəsənətinə ağır itki üzü verib. Görkəmli rəssam, əməkdar incəsənət xadimi, ziyalı, əsl dost, qayğıkeş insan Ağarəhim Əliyev 78 yaşında vəfat edib. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında dekorator vəzifəsində çalışma...
ANL
İslam dünyasına həsr olunan “Freer” Sərgi Qalereyası təşkil edilib. Smitson İnstitutunun təşkilatçılığı ilə Vaşinqton Kolumbiya Dairəsində, Azərbaycan da daxil olmaqla, ümumilikdə İslam dünyasına həsr olunan “Freer” Sərgi Qalereyası açılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sə...
ANL
Elm sahəsində plagiat problemi. Son günlər ölkəmizdə elmi araşdırmalar, xüsusilə elmi dərəcələrin verilməsi sahəsində mövcud olan nöqsanlar ən yüksək səviyyələrdə müzakirə edilməkdədir. Dəfələrlə toxunduğumuz bu ağrılı problemin bir sıra tərəflərinə öz münasibətimizi bildirmək istərdik. ELMİ ARAŞDIRMALARIN İLK MƏRHƏLƏS...
ANL
Hərbi –səhra komandirinin meymunu. Hərbi-səhra komandirinin balaca, suyuşirin ipək meymunu yenə də kresloda yayxanıb əyləşmiş sahibinin çiyinlərində gəzirdi. Meymunun başa düşdüyü o idi ki, komandir dincəlməyə başlayıb. Son aylarda onun başının ağasının dincəlməyi getdikcə mərasim şəklini alırdı. Həftə səkkiz, mən doqq...
ANL
Türk dünyasının unudulmaz şairini xatırlayarkən... MƏŞHUR KABARDİN-BALKAR ŞAİRİ QAYSIN QULİYEVİN AZƏRBAYCANA VƏ BÜTÜN TÜRKDİLLİ XALQLARA BÖYÜK MƏHƏBBƏTİ VARDI. Keçən yüzilliyin 70-ci illərindən başlayaraq Azərbaycanda hər sahədə olduğu kimi, elmin, mədəniyyətin və incəsənətin də inkişafında ciddi irəliləyiş oldu. Artıq...
ANL
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövq...
ANL
Sumqayıtda Hüseyn Arif yad edilib. Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında Azərbaycanın görkəmli şairi Hüseyn Arifin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin baş...
ANL
Musiqi və efir mədəniyyəti. Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır. Televiziya, mənəviyyat və bədii-estetik aura. Son vaxtlar televiziya verilişlərinin milli mənəvi dəyərlərə uyğunluğu, ideya-bədii dəyəri, tərbiyəvi və ya anti-tərbiyəvi funksiyası haqqında müzakirələr artmışdır. Daha doğrusu, bu sahədəki vəziyyət elə...
ANL
Əsrin böyük səadəti – Xalq Cümhuriyyəti dövründə ədəbiyyat. Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda böyük bir canlanmaya təkan verdi. Məhəmməd Hadi “Əsgərlərimizə, könüllülərimizə”, “Məfxureyi-aliyəmiz”, “Şühədayi- hürriyyətimizin əhvalinə-ithaf” kimi şei...
ANL
“Şirvanşahlar dövləti” və “Bakı şəhərinin tarixi” təqdim edilib. Dövlət Neft Akademiyasında görkəmli tarixçi alim Sara Aşurbəylinin bu il yenidən nəşr olunmuş “Şirvanşahlar dövləti” və “Bakı şəhərinin tarixi” kitablarının təqdimatı keçirilib. Tədbir sözügedən təhsil müəssisəsinin rektorluğu və Heydər Əliyev adına “Azər...
ANL
Görkəmli şair-publisist, yazıçı-pedaqoq, maarifçi-alim Abdulla Şaiqin mənzil-muzeyində ədibin vəfatının 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Muzeyin elmi işçisi Arzu Hacızadənin verdiyi məlumata görə, tədbir iştirakçılarına Abdulla Şaiqin “Şaiqanə yad et” adlı yeni veb-saytı (www.abdullashaiq.com) təqdim edilib. ...
ANL
Dağ qürurlu, şəlalə hökmlü şair Hüseyn Kürdoğlu. Mən Hüseyn Kürdoğlunu sakit təbiətli, səmimi, qayğıkeş bir insan və həm də coşqun təbli, yüksək poetik istedada malik bir şair kimi tanıyırdım. O, AMEA-nın Ədəbiyyat İnstitutunda sayılıb-seçilən alimlərdən biri idi. Şair Hüseyn onu düşündürən problemlər ətrafında məntiqi...
ANL
Gözəllik, müdriklik, bir də sadəlik. (Aida xanım İmanquliyevanın ad gününə sözardı). Qərbi Avropa filosoflarından biri deyərmiş ki, güclü iradə məntiqli düşüncə tərzilə qovuşanda, liderlik keyfiyyəti aşkarlanır. Yazılarımın birində isə belə cümlə işlətmişdim: “Mən müdrik insanla, xüsusilə müdrik azərbaycanlı ilə fəxr e...
ANL
Sizə ehtiyacımız var... Sağlığında xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir. Bunu duymaq üçün onu tanıyanlarla bircə dəfə həmsöhbət olmaq kifayətdir. Dostlarının, doğmalarının əhatəsində bu yubileyi qeyd edəcəkdi... Amma tale yazan öz hökmünü başqa cür yazdı. Salona daxil o...
ANL
“Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzulu konfrans olub. Turizm İnstitutunda (ATİ) “Bakı İslam mədəniyyətinin paytaxtı –2009” Mədəniyyət ili çərçivəsində “Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib. Konfransda tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, bir sıra s...
ANL
Dekabrın 9-da Rəşid Behbudov adına Mahnı Teatrında Yaradıcılıq Fondunun təşkilatçılığı ilə Özbəkistanın görkəmli alimi və şairi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin yubiley gecəsi keçirildi. Millət vəkili Eldar İbrahimov özünü “iki xalqın şairi adlandıran” M.Şeyxzadənin şəxsiyyətinə və irsinə Azərbaycanda hər za...
ANL
Milli mədəniyyətimizdə tarixi hadisə – “Dünya ədəbiyyatı kitabxanası”. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə nəşr olunan “Dünya ədəbiyyatı kitabxanası” seriyası böyük milli əhəmiyyəti olan layihədir. Klassik və müasir dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatına layiq ...
ANL
1893-cü il dekabrın 15-də Danimarka alimi Vilhelm Tomsen Orhun çayı sahilində daşların üzərində yazılmış sirli yazıları deşifrələdi. Şifraçma prosesi “tenqri” sözündən başladı və məlum oldu ki, bu qəribə yazılar qədim türk dilindədir. Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türkl...
ANL
Avropa Şurasının media ilə bağlı nəşr etdiyi kitabların təqdimatı keçirilib. Dünən Azərbaycan Media Mərkəzində Avropa Şurasının media ilə bağlı nəşr etdiyi kitabların təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə Avropa Şurası İnformasiya Ofisinin Direktoru İlqar İbrahimli açaraq, Avropa Şurasının Azərbaycan dil...
ANL
Azərbaycan xalqı nə qədər varsa, Heydər Əliyev o qədər yaşayacaq. Mərhum prezident Heydər Əliyevin dünyasını dəyişməsindən altı il keçsə də, onun haqqında keçmiş zamanda danışmaq çox çətin, çox ağırdır. Çünki onsuz müstəqil Azərbaycanı təsəvvür etmək mümkün deyil. XX əsr çox böyük şəxsiyyətlər yetişdirib. Lakin Heydər ...
ANL
Müəllimlər İnstitutunun 80 illiyi qeyd olunub. Dünən Azərbaycan Müəllimlər İnstitutunda bu təhsil müəssisəsinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan və bu gün də öz işini uğurla davam etdir...
ANL
Təhsil Nazirliyi ilə “Microsoft-Azərbaycan” əməkdaşlıqla bağlı memorandum imzalayıb. Dünən “Təhsildə Əməkdaşlıq” Proqramı çərçivəsində Təhsil Nazirliyi ilə “Microsoft-Azərbaycan” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Təhsil Nazirliyi ilə “Microsoft...
ANL
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövq...
ANL
Payızın əvvəlləri idi. Çiskin yağış yağırdı. Evdən işə gedirdim. Şəhərin “Muğan” hoteli yerləşən hissəsində – dörd küçənin kəsişdiyi yerdə işıqforun qırmızı işığında maşını əylədim. Bu zaman bir əl maşının pəncərəsinə sarı uzandı. Ötəri baxdım – iyirmi iki – iyirmi üç yaşlarında bir gəlin idi. Onun qaranquş yuvası kimi...
ANL
Tural Anaroğlunun ilk kitabı çapdan çıxıb. Ani olaraq gənc yaşlarında yazmağa başlayarkən atası, böyük şair, Rəsul Rzanın Anara dediyi sözləri xatırladım: “Sən də yazıçı oldun?”. Tural Anaroğlunun “Tənha mələk” kitabını oxuyandan sonra onun da əsl yazıçı olduğuna qəlbən inandım. Əvvəlcə ön sözün müəllifi Kamal Abdullan...
ANL
“Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, Layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək, öz x...
ANL
Kinorejissor Fikrət Əliyevin 70 yaşı tamam olur. 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor asisstenti kimi işə başlayan Fikrət Əliyev quruluşçu rejissor səviyyəsinə yüksəlib və bu gün də fəaliyyətini davam etdirir, O öz yaradıcılığı və dəsti-xətti ilə Azərbaycan kinosunun inkişafında və formalaşmasında xü...
ANL
Milli Kitab Mükafatının sorağıyla: bu dəfə Qərb bölgəsində. Gecə səfəröncəsi həyəcandan yatmaya bilərsən, amma bu, vədə yerinə gecikməyəcəyinə təminat vermir. “İçərişəhər” metrostansiyasının çıxışında telefon konturu axtarmaq da bir tərəfdən canımı sıxır. Elə bilirəm, ürəyim ağrıyır. Yüz faiz artıq Funiklyorun qarşısın...
ANL
Heç zarafat-zad eləmir. Etimad Başkeçidi deyirəm. Qeybət elədiyini də eşitməmişəm. Ədəbiyyat haqqında uzun-uzadı axmaq və axsaq mübahisələrə girişdiyini də. Tez-tez kitab çap etdirmir, mətbuata “məndən başqa hamı yalandır” tipli müsahibələr vermir. Hətta bir az dərinə getsəm, onu qaraqabaq adam da adlandıra bilərəm. Qı...
ANL
“Mənim Azərbaycanlılarım” İki böyük şəxsiyyət haqqında: biri yazıçı, biri bəstəkar. Xarici Dillər institutunun birinci kursunda oxuyanda Lord Bayronun “Ayrılanda biz” şeirini Azərbaycan dilinə tərcümə etmişdim. Tərcümə rəhmətlik Ənvər Rzanın xoşuna gəldi və o, məni tərcüməmlə bərabər “Azərbaycan müəllimi” qəzetinin baş...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələrin miqyası xeyli genişlənmişdir. Bu məqalədə ayrı-ayrı ölkələrlə qurulmuş təhsil əlaqələri, təhsil sektorunun müxtəlif sahələri üzrə əməkdaşlıq, eləcə də tələbə, müəllim mübadil...
ANL
Musiqi sevdasıyla yaşanan ömür. Ziyalı olmaq – böyük məsuliyyətdir. Mən fəxr edirəm ki, dövrümüzün ən ziyalı, mədəni, istedadlı və təvazökar xanımlarından biri – bəstəkar Sevda İbrahimovanın müasiriyəm. Sevda xanım Azərbaycanın xalq artisti və professordur, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və ped...
ANL
Yazıçılar Birliyinin 75 illiyi ilə bağlı tədbirlərə start verilib. DÜNYANIN BİR ÇOX ÖLKƏSİNDƏN TANINMIŞ ƏDƏBİYYAT XADİMLƏRİ AYB-nin YUBİLEY TƏDBİRLƏRİNƏ QATILMAQ ÜÇÜN BAKIYA GƏLİB. Dünən Yazıçılar Birliyində (AYB) sözügedən qurumun və onun ədəbi orqanı “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyinə, eləcə də III Beynəlxalq ...
ANL
Xaqani Şirvaniyə həsr olunmuş elmi seminar keçirilib. M.F.Axundov adına Milli Kitabxanada “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirlər planı çərçivəsində İSESKO-nun Regional Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə XII əsr görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvan...
ANL
Azərbaycanlı şairənin adı Almaniyada nəşr olunan ensiklopediyada yer alıb. Almaniyanın birləşməsinin 20 illiyi münasibətilə “Who is who” (Kim kimdir”) Hübner nəşriyyatı bu ölkədəki nüfuzlu kişi və qadınlardan ibarət xüsusi yubiley ensiklopediyası buraxıb. İki cilddə nəfis şəkildə tərtib edilən ensiklopediyada Almaniyan...
ANL
II Beynəlxalq Nəsimi Elmi Konfransı başlayıb. Ötən gün Milli Elmlər Akademiyasında (AMEA) böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunan II Beynəlxalq Elmi Konfransa start verilib. Konfransın rəsmi açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İ. Nəsiminin tariximizdə özünəməxsus yer ...
ANL
Rəşid Behbudov yad edilib. Dekabrın 14-ü Azərbaycan musiqi tarixinin önəmli simalarından biri, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür. APA-nın məlumatına görə, 94 illiyilə əlaqədar sənətkarın məzarı ziyarət olunub. Ziyarətdə Rəşid Behbudovun qızı Rəşidə Rəşid, onun adını daşıyan Dövlət Mahnı Teatrının rəhbərliyi...
ANL
Giriş sözü ilə çıxış edən teatrın direktoru Əliqismət Lalayev teatrın keçdiyi çətin, keşməkeşli yoldan danışıb: “Bir zamanlar burada işləməyə başlayan gənc aktyorlar hazırda teatrımızın korifey sənətkarlarıdır. İndi həmin korifeylər bugünün gənclərinə öz təcrübələrini öyrədirlər. Mən yaşlı nəslin nümayəndələrinə güvənd...
ANL
Sənət məbədimiz. AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ-75. Həmin gün SSRİ Yazıçılar İttifaqının üzvlük biletini əlimə almışdım. Sevincimin həddi-hüdudu yox idi. Özümü xoşbəxt hiss edirdim. İndi o vaxtdan illər keçib. Gözlərimizin qarşısında dünyaya meydan oxuyan böyük bir imperiya-SSRİ dağıldı. Azərbaycan yazıçılarının çoxdan a...
ANL