text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Şair ömrünün yeni töhfəsi. "Sənə məktublarım" istedadlı şair Sabir Abdinovun oxucularla dördüncü görüşüdür. Mən istedadlı sözünü təsadüfən bu yazının əvvəlinə çıxarmadım. Kitabla tanışlıq bu qənaətimi bir qədər də dərinləşdirdi, möhkəmləndirdi. "Sənə məktublarım" şairin həm Vətənə, sevgilisinə, həm də oxucularına poeti...
ANL
Mədəniyyət və Turizm Nazirliyi Dövlət Musiqili Komediya Teatrının aktrisası, tanınmış sənətçi, prezident təqaüdçüsü Ofelya Aslanı 70 illik yubileyilə əlaqədar, teatr sahəsindəki xidmətlərinə görə mükafatlandırıb. Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bir müddət Dövlət Gənc Tamaşaçılar Teatrında çalı...
ANL
Mirbəhram Əzimbəylinin "Səssizliyin harayı" kitabı təqdim olundu. Ötən gün istedadlı gənc yazar Mirbəhram Əzimbəylinin "Səssizliyin harayı" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan yazıçı Yaşar Mirbəhram Əzimbəylinin, hələ çox gənc olmasına baxmayaraq, yaradıcılığının bədii sanbalı ilə seçildiyini bil...
ANL
Azərbaycan yurd bilgisi" - böyük alimin dəyərli yadigarı. Bu yaxınlarda qardaş Türkiyə Cümhuriyyətində Türk Dil Qurumunun nəşriyyatında keçən əsrin 30-cu illərində öz nəşri ilə böyük hadisəyə çevrilmiş "Azərbaycan yurd bilgisi" dərgisi kompleks halda, nəfis şəkildə işıq üzü görüb. Sədaqətli tələbəsi Osman Fikri Sərtqay...
ANL
Vətən yolunu nişan verən əbədi poeziya işığı. BƏXTİYAR VAHABZADƏ İTKİSİ LİTVADA DA DƏRİN KƏDƏRLƏ QARŞILANIB. Azərbaycan ədəbiyyatının klassiki, görkəmli elm və mədəniyyət xadimi, mənəvi intibahımızın istinad yeri və millətin ağrı yaddaşı, el ağsaqqalı və xalq şairi Bəxtiyar Vahabzadənin vəfat etməsi haqqında məhzun xəb...
ANL
Küləklə yoğrulmuş palitra. Tofiq Cavadov keçən əsrin əllinci illərinin sonunda Azərbaycan incəsənətinə qəfil əsən külək kimi daxil olmuşdu. Onun şaqraq rənglərinin ekspressiyası, durğunluğu, kəsafəti qovan külək təzəliyi, təravəti ilə təsviri sənətimizə həkk olunmuşdu. Nikbin akkordlarla çağlayan, bəzən qələbə marşı, b...
ANL
Dəyərli multiədəbiyyat nümunəsi. Yeni Azərbaycan əbəbiyyatındakı çağdaş mürəkkəb prosesləri, onun uğurlu və problemli tərəflərini qiymətləndirərkən, dünya ədəbi-bədii söz sənətinin çağımızdakı tələblərindən ortaya çıxan estetik-filoloji, bir qədər də fəlsəfi-sosioloji standartlarından - kulturoloji qəliblərindən yararl...
ANL
ŞƏRİF AĞAYARIN "KƏRPİCKƏSƏN KİŞİNİN DASTANI" VƏ ÜMUMƏN NƏSRİMİZ HAQQINDA TƏNQİDİ QEYDLƏR. Şərif Ağayarın son dörd ildə yazdığı hekayələrdən biri - "Aftafalı antrakt" həm adı, həm də məzmunu ilə keçid dövrü ədəbiyyatını, əksər cavan yazarların fəaliyyətini, nəhayət, müəllifin özünün son illərdəki yazılarını dəqiq səciyy...
ANL
"İnsanlığın düz ünvanı" ictimaiyyətə təqdim olunub. R.Behbudov adına Dövlət Mahnı Teatrında Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu"nun ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri, şair-publisist Mirkazım Seyidovun Milli Aviasiya Akademiyasının rektoru, akadem...
ANL
Sabir Əhmədlinin hekayələri bir kitabda. Ötən gün Kitab Klubunda görkəmli yazıçı Sabir Əhmədlinin müxtəlif dövrlərdə yazdığı hekayələrinin toplandığı "Uyuq" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan klubun direktoru Elxan Rzayev kitabdan dərin təəssürat aldığını bildirib: "Kitab məni sözün hakim olduğu...
ANL
Yazıçı-publisist Yusif Əhmədovun 70 illiyi qeyd edilib. Tanınmış yazıçı-publisist Yusif Əhmədovun 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Tədbir Yazıçılar Birliyi (AYB) və Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) birgə təşkilatçılığı ilə baş tutub. Bu barədə məlumat verən AYB-nin mətbuat katibi Ədalət Ə...
ANL
Naxçıvanksi adına Hərbi Liseydə ədəbi görüş təşkil edilib. Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları Bürosu bugünlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şair Nazim Əhmədli və şairə Fərqanə Mehdiyeva ilə görüş keçirib. Zabit heyətinin və tələbələrin iştirak etdiyi tədbiri Hərbi Litseyin...
ANL
M.F.Axundov adına Milli Kitabxanada "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində tanınmış alim Çingiz Qacarın ingilis dilində işıq üzü görmüş "Qədim Bakı" kitabının təqdimatı keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak və çıxış edib: "Azərbaycan barədə məlumatla...
ANL
Böyük dərdlərimizin yazarı Anar türk düşüncəsinin mücahididir. Yaradıcılığında o, bunu nəzəri baxımdan çoxdan gerçəkləşdirib. Vaxtilə İsmayıl bəy Qaspıralının, Əli bəy Hüseynzadənin başladığı yolu davam etdirib və tutalım, ədəbiyyat tariximizdə "Min beş yüz ilin Oğuz şeiri" antologiyasını meydana çıxarmaqla 1500 illik ...
ANL
Allah düşmənə də qıyılmayan cəfaları bu ruhu zərif, əxlaqı təmiz, ürəyi şeir ilhamıyla dolu qadına qismət etmişdi. O, Azərbaycanın unudulmuş bir şairəsidir. Tarix çox şairləri, çox şairələri unudub. Unudulanların içərisində istedadlılar, unudulmağa layiq olmayanlar da az deyil. Neyləməli, unudulmaq, yaxud hafizələrdə, ...
ANL
Təhsil qanunu: Uzun illərin həsrəti. "Təhsil haqqında" qanunun layihəsinə dair şərhlərimi yekunlaşdırıram. Deyəsi sözüm çoxdur, lakin düşünürəm ki, ümumiləşdirilmiş şəkildə olsa da, layihənin bir sıra səciyyəvi xüsusiyyətləri barədə hörmətli oxucularımızda müəyyən təsəvvür yarada bildim. Doktoranturaya dair maddə istis...
ANL
Vətən torpağına azadlıq toxumu əkən Şair. Azərbaycan xalqı son 100 ilin böyük sənətkarlarından birini, adı M.Ə.Sabir, M.Hadi, H.Cavid, S.Vurğun və R.Rzanın şərəfli adları ilə bir sırada vüqarla səslənən təkrarsız xalq şairimiz Bəxtiyar Vahabzadəni itirdi. O, bütün türk dünyasında tanınan və sevilən çox məşhur Azərbayca...
ANL
Bəxtiyar Vahabzadə. "Cavid ömrü" filminin Moskvada yaşayan azərbaycanlılara təqdim edilmə mərasiminə dəvət olunmuşduq. Soyuq, qarlı Moskva gecəsində Bakıdan acıdan acı xəbər gəldi: Bəxtiyar Vahabzadə vəfat edib. Son vaxtlar xəstəydi, evdən çıxmırdı. Tez-tez zəng edib əhvalını soruşurdum. İctimai televiziya şair haqqınd...
ANL
Azərbaycandan Gürcüstana kitab kolleksiyası göndərilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gürcüstan Milli Parlament Kitabxanasına, Tbilisi Dövlət Universitetinə, Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan məktəblərinə, cəzaçəkmə müəssisələrinə xeyli sayda çap məhsulu göndə...
ANL
Oğuzda qədim dövrə aid əşyalar tapılıb. Oğuzun Kərimli kəndinin ərazisində eramızdan əvvəlki minilliklərə aid qədim əşyalar tapılıb. Kərimli bələdiyyəsindən verilən məlumata görə kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı regionun tarixinin öyrənilməsi üçün maraqlı materiallar üzə çıxarılıb. Kurqanlarda gildən dü...
ANL
"Dərdimizin qan rəngi" ictimaiyyətə tanıdıldı. XOCALI FACİƏSİNƏ İTHAF OLUNUB. Dünən Yazıçılar Birliyində şair Ədalət Əsgəroğlunun "Dərdimizin qan rəngi" poemasının təqdimat mərasimi keçirilib. Poema 4 dilə çevrilərək eyniadlı kitabda yer alıb. "Dərdimizin qan rəngi"ni rus dilinə Siyavuş Məmmədzadə, ingiliscəyə Sevil Gü...
ANL
Ədəbiyyat xəzinəmizin xəzinədarı. Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı zəngin xəzinədirsə, bu xəzinənin ən mötəbər xəzinədarlarından biri akademik Həmid Araslıdır. Ədəbi ailədən olduğum üçün Həmid müəllimi yeniyetməlik yaşımdan tanıyırdım. Valideynlərimlə xoş münasibətləri vardı. Rəsul Rza H.Araslını görkəmli ədə...
ANL
Azərbaycan-Belarus Biznes Forumu keçirilib. Ötən gün Bakı Dəniz Limanında Belarusun Minsk vilayətinin müəssisələrinin əmtəə-satış sərgisi çərçivəsində kənd təsərrüfatı və iqtisadiyyat üzrə Azərbaycan-Belarus Biznes Forumu öz işinə başlayıb. Sərgidə Belarus dövlətinə məxsus müxtəlif çeşidlərdə sənaye məhsulları nümayiş ...
ANL
Bugünlərdə "Qanun" nəşriyyatında publisist Kərim Kərimlinin "Xocalı - vəhşi əsrin vəhşi əsəri" kitabı işıq üzü görüb. Kitaba toplanmış, faktlara əsaslanan məqalələrdə müəllifin publisistik düşüncələri ilə yanaşı, Xocalı faciəsi şahidlərinin dedikləri də əsas götürülüb. Şahidlərdən Zahid Cabbarov, Cəmil Məmmədov, Vüqar ...
ANL
Süleyman Ələsgərovun 85 illik yubileyi qeyd olunub. M. Maqomayev adına Dövlət Filarmoniyasında xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 85 illiyi ilə bağlı xatirə gecəsi keçirilib. Xalq artistləri Fərhad Bədəlbəyli, bəstəkar Siyavuş Kərimi, əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayev və başqaları tədbirdə ç...
ANL
Gəncə şəhərində Göygöl Dövlət Mahnı və Rəqs ansamblının 40 illik yubileyi qeyd olunub. Ansambldan verilən məlumata görə yubiley tədbiri ansamblın kollektivinin Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə başlayıb. Daha sonra tədbirdə xalq artisti Şahnaz Haşımova Göygöl Mahnı və Rəqs ansamblının yaradılma tarixindən bə...
ANL
Xocalı faciəsinin qurbanları silsilə tədbirlərlə anılıb. Xocalı faciəsinin qurbanları paytaxtın bir çox yerlərində yad edilir. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında faciənin 17-ci ildönümünə həsr olunmuş "Qan yaddaşı Xocalı" adı dəyirmi masa keçirilib. Tədbirdə kitabxanaçılar, Xocalı faciəsinin şahidləri, ...
ANL
Soyqırımı əks etdirən əsərlər sərgilənib. Mədəniyyət və Turizm Nazirliyinin İçərişəhərdəki Bədii Sərgi Salonunda Xocalı faciəsilə bağlı rəsm əsərlərinin sərgisi təşkil olunub. Sərginin açılışında Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Leyla Axundzadə, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov,...
ANL
"Almaniya - səyahətlər ölkəsi" adlı fotosərgi açılıb. Azərbaycan Turizm İnstitutunda Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə fotosərgi açılıb. "Almaniya - səyahətlər ölkəsi" adlı fotosərginin açılışında ATİ-nin xarici dillər kafedrasının müdiri Kifayət Ağayeva iki ölkə arasındakı dostluq münasibətlər...
ANL
Siz kimsiniz, Mərkəz Qacar? İlk növbədə şöhrətli həmyerlimiz, keçmiş Sovetlər İttifaqının Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqındakı əsəri, həmçinin Alfred Nobel haqqındakı məqaləni yada salır. Müxtəlif materiallarda sonralar da işlədilib. Lakin bununla belə biz də ondan yan keçə bilmədik. Hər şeydən əvvəl...
ANL
Tahir Talıblı: "İnsan yaşadığı hər gün üçün özünə hesabat verməlidir". Şair Tahir Talıblı 70-ci illər ədəbi nəslinin nümayəndələrindəndir. Ona ilk xeyir-duanı Nəbi Xəzri, Söhrab Tahir kimi tanınmış Azərbaycan şairləri verib. Şeirlərində daha çox mənəvi problemlərə güzgü tutan T.Talıblı uzun illərdir ki, ömrünü sözə bağ...
ANL
Milli Kitabxanada Xocalı şəhidləri anılıb. Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Xocalı faciəsinə həsr olunmuş anım tədbiri və Milli Kitabxananın əməkdaşı M.Həmidovanın hazırladığı "Azərbaycanın Milli Qəhrəmanları" biblioqrafik göstəricisinin təqdimat mərasimi keçirilib. Kitabxananın direktoru Kərim Tahirov Xoca...
ANL
Xocalı soyqırımı qurbanlarını kitabxanaçılar da yad ediblər. Gəncə şəhər Mərkəzi Kitabxanasında 26 fevral Xocalı soyqırımına həsr olunmuş "Bir gecənin qanla yaşanmış tarixi" adlı anım mərasimi keçirilib. Anım mərasimini giriş sözü ilə açan Gəncə şəhər mərkəzi kitabxanasının direktoru Elmira Əliyeva Xocalı faciəsi və on...
ANL
"Tanımaq istəyən məni bir yazımla da tanıyar". HİCRAN HÜSEYNOVA: "SÖZ KİMƏSƏ, NƏYƏSƏ HESABLANIB YAZILMAMALIDIR". Hüseynova Hicran Vaqif qızı - Füzuli rayonunda doğulub, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Onun şeirlərindəki çəhrayı rəng ümidin, sevincin rəngi kimi oxucu qəlbini oxşayır. Maraql...
ANL
"Ali məktəblərə qəbul olunan tələbələrin səviyyəsi getdikcə artır". MÜSAHİBİMİZ BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU, PROFESSOR KAMAL ABDULLADIR. - Kamal müəllim, bildiyiniz kimi, parlamentdə ikinci oxunuşdan keçən "Təhsil haqqında" yeni qanun layihəsi ətrafında müzakirələr hələ də davam etməkdədir. Xüsusilə də qanun l...
ANL
Qafqaz Universitetində Xocalı faciəsinin qurbanları yad edilib. Dünən Qafqaz Universitetində Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qü...
ANL
Azərbaycanın görkəmli yazıçısı Vidadi Babanlının "Vicdan susanda" romanının ilk nəşrindən və onunla tanışlığımdan təxminən 30 il keçir. Bu yaxınlarda roman yenidən nəfis şəkildə işıq üzü görüb. Romanı götürüb yenidən oxudum. "Vicdan susanda" Azərbaycan nəsrinin elə nümunələrindəndir ki, hələ də oxucu yaddaşındadır. Biz...
ANL
Bu yaxınlarda xalq yazıçısı Əlibala Hacızadənin səhhətində problemlər yaranmışdı. Ədib Moskvada uroloji-kardioloji müayinə və müalicədən sonra yenidən sevimli yazı masasının arxasına qayıdıb. "Heykəl gülür", "Unutmaq olmur", "Məhəbbət olmayan evdə", "Cehiz", "Möcüzə", "Pəhləvan", "Təyyarə kölgəsi", "Vəfalım mənim", "Dü...
ANL
Sirri içində. Mif bəşərin mədəni başlanğıcıdı və milli mədəniyyətlərin möhtəşəmliyi bu Başlanğıcı içindən nə qədər keçirə bilməsindədi. Təsadüfi deyil ki, böyük ədəbiyyatın, xüsusən, antik dövrə məxsus ölməz əsərlərin mayasını dünya mifoloji sistemi təşkil edirdi. Sonrakı mərhələlərdə də bədii təfəkkür mifik təfəkkürlə...
ANL
Moskva Dövlət Universitetinin Bakı filialının rəsmi açılışı olub. PREZİDENT İLHAM ƏLİYEV BU TƏHSİL OCAĞININ YARANMASININ AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNDƏ MÜHÜM ƏHƏMİYYƏTƏ MALİK OLDUĞUNU BİLDİRİB. Dünən prezident İlham Əliyevin iştirakı ilə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rəs...
ANL
Oksfordda Azərbaycanla bağlı konfrans təşkil edilib. Böyük Britaniyanın Oksford Universitetində "Azərbaycan Şərqlə Qərbin Qovuşuğunda" adlı konfrans keçirilib. Tədbir Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Azərbaycan Diplomatik Akademiyası və Oksford-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib....
ANL
Bizdən qabaqda yol gedən Adam. "Gənclik" jurnalının fəaliyyətə başladığı 1988-ci illə ondan əvvəlki illərin mətbuatını müqayisəli izləsək, Azərbaycan mətbuatına bu dərginin necə böyük təsiri olduğu açıqca görünər. Doğrudur, o biri mətbuat orqanları "Gənclik"in cəsarətini təkrar etməyə qorxurdular, amma rubrikalar, mövz...
ANL
"Kinomuzun yeniləşməyə ehtiyacı var". ƏLİSƏFTƏR HÜSEYNOV: "KİNOMUZUN ƏSAS PROBLEMLƏRİNDƏN BİRİ BU SAHƏDƏ MÜHAFİZƏKARLIĞIN HƏLƏ DƏ ARADAN QALXMAMASIDIR". Sənətşünaslıq namizədi, kino nəzəriyyəçisi, hərbi jurnalist Əlisəftər Hüseynov 1959-cu ildə Göyçayda dünyaya gəlib. Jurnalistika fakültəsini bitirən Ə.Hüseynov əsasən ...
ANL
"Yarımçıq əlyazma"nın Braziliya nəşrinə Ön söz. "525-ci qəzet"in ötən şənbə sayında yazıçı Kamal Abdullanın məşhur "Yarımçıq əlyazma" romanının Braziliyada nəşr olunması haqqında məlumat vermişdik. Braziliyanın Paraiba universitetinin professoru, ədəbiyyatşünas-alim Sudha Svarnakarın romanın Braziliya nəşrinə yazdığı Ö...
ANL
Milli Dram Teatrının Türkiyə qastrolu maraqlı keçib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin dörd şəhərində qastrol səfərində olub. Direktor Maqbet Bünyadovun verdiyi məlumata görə, teatrın tarixində yeni mərhələ təşkil edən və son iki ildə baş tutan bu qastrol səfərləri zamanı Azərbaycan səhnə sənətini...
ANL
"İstəyirik ki, Avropa Şurası ilə hərtərəfli, obyektiv, normal əməkdaşlıq edək". AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI (AŞPA) NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ SƏMƏD SEYİDOV: "AZƏRBAYCAN HƏMİŞƏ ÖZ MARAQLARINI QORUYUB, QORUYUR VƏ QORUYACAQ". - Səməd müəllim, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında...
ANL
Türk dünyasının "Ötükəni". Bundan bir neçə il əvvəl kitabımın Türkiyədə çap olunması məsələsi gündəmə gələndə fikirlərinə etimad etdiyim dostlarımdan biri olan Yusuf Gedikliyə kitabın çap olunacağı nəşriyyat haqqında rəyini soruşdum və Yusuf bəy heç tərəddüd etmədən mənə bu cavabı verdi: heç şübhən olmasın ki, "Ötükən"...
ANL
Bizdən qabaqda yol gedən Adam. O ərəfədə atam Türkiyədə iki önəmli mükafata layiq görülmüşdü. Türkiyə Dəyanət Vəqfinin Məhəmməd peyğəmbərin qutlu doğum həftəsi ilə bağlı keçirdiyi "Vətən" şeir yarışmasının qalibi olmuş və ona ilk dəfə təsis edilən Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin "Türk dünyasına xidmət ödül...
ANL
Sumqayıt sənətkarları "Xəzərin rəngləri"ni təqdim edir. Muzey Mərkəzində Sumqayıt rəssamları və xalq tətbiqi sənəti ustalarının işlərindən ibarət "Xəzərin rəngləri" mövzusunda sərginin açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt şəhər icra hakimiyyəti ilə birlikdə təşkil etdiyi sərgi şəhərin 6...
ANL
Şəhid şair Ülvi Bünyadzadə Daşkəsəndə yad edilib. Dillər Universitetinin bir qrup müəllim və tələbə heyəti 20 Yanvar şəhidi, universitetin tələbəsi olan nakam şair Ülvi Bünyadzadənin 40 illiyi münasibəti ilə onun vaxtilə təhsil aldığı Daşkəsən şəhər 1 saylı orta məktəbinə səfər ediblər. Universitetin mətbuat xidmətində...
ANL
Məşhur müğənni Lüdmila Zıkina dünyasını dəyişib. Rusiyanın görkəmli sənətkarı, SSRİ və Azərbaycanın xalq artisti Lüdmila Zıkina dünən vəfat edib. APA-nın Rusiyanın "Birinci kanal"ına istinadən verdiyi məlumata görə, müğənninin ölümünə bir neçə gün əvvəl keçirdiyi infarkt səbəb olub. Xatırladaq ki, ötən ay L.Zıkinanın 8...
ANL
Kinorejissor Əjdər İbrahimov xatırlanıb. Azərbaycanın dəyərli kino xadimi, xalq artisti, rejissor Əjdər İbrahimovun anadan olmasının 90 illiyi ilə bağlı sənətkarın anım günü keçirilib. Mərasim iştirakçıları Fəxri Xiyabanda rejissorun məzarını ziyarət ediblər. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və başqa kino x...
ANL
Rusiyada Azərbaycan Mədəniyyət Günləri başlayıb. Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, ilk olaraq Kremlin Sütunlu Zalının foyesində azərbaycanlı fotoqrafların əsərlərindən ibarət sərgi açılıb. Sərginin ardınca keçirilən mərasi...
ANL
Nəşriyyat rəhbərlərinin Ümumrespublika Müşavirəsi olub. M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisələri rəhbərlərinin Ümumrespublika Müşavirəsi keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm nazirini...
ANL
Sumqayıt sənətkarları "Xəzərin rəngləri"ni təqdim edir. Muzey Mərkəzində Sumqayıt rəssamları və xalq tətbiqi sənəti ustalarının işlərindən ibarət "Xəzərin rəngləri" mövzusunda sərginin açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt şəhər icra hakimiyyəti ilə birlikdə təşkil etdiyi sərgi şəhərin 6...
ANL
Vaxtı qabaqlayan insan. Vaxtı qabaqlamaq ambisiyalı insanlara xas keyfiyyətdir. Həyat inandırıcı nümunələrlə göstərir ki, ümumiyyətlə, istənilən bir sahədə, xüsusilə biznesdə uğur qazanan insanları əldə etdikləri nemətlərlə yanaşı, vaxtaşırı xoşagəlməz hadisələr də gözləyir. Belə ziddiyyətlər adətən onların qızğın fəal...
ANL
Berlində Dağlıq Qarabağ münaqişəsinə həsr edilən tədbir keçirilib. Berlində Dağlıq Qarabağ münaqişəsinə həsr edilən tədbir keçirilib. Bu barədə "525"ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycandan olan gənc tədqiqatçı - Almaniyanın Mannhaym Universitetinin siyasi elmlər üzrə do...
ANL
Əli Kərim yanğısı. İnsan nəyə yanır? Sevdiyinə, dərdlərinə, vətəninəmi? Ya da hamısına birdənmi yanır? İçində eşq olmayan bir insan, eşqin mənasını anlamayan adam nəyə yana bilər ki? Yanmaq, kül olmaq, külü ilə eşqin tozuna qarışmaq, orada yenidən var olmaq ancaq dəli-divanə aşiqlərin işi ola bilər. Sevgiyə yanmaq şifa...
ANL
Əyyub Qiyasın "Sonuncu büt" kitabında müəllifin roman, povest və hekayələri toplanıb. Ancaq, müqəddəs kitabları dəfələrlə oxuduğunu bildiyimdən, onun nədən birdən-birə "büt" mövzusuna toxunmağı mənimçün maraqlı oldu. ...Hər şey iyirmi səkkiz il həbsxanaların vərəmli divarları arasından, tikanlı məftillərin, şirin azadl...
ANL
"Riyaziyyat gözəldir: Anlamanın sevinci və kədəri" işıq üzü görüb. Dünən Kitab Klubunda Türkiyənin Sakarya Universitetinin professoru İsmixan Yusubovun "Riyaziyyat gözəldir: Anlamanın sevinci və kədəri" kitabının təqdimatı keçirilib. Mərasimi giriş sözü ilə açan Klubun direktoru Elxan Rzayev kitab haqqında məlumat veri...
ANL
Niyazinin ev-muzeyində Firəngiz Əlizadə ilə görüş olub. Maestro Niyazinin ev-muzeyində Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun təşkilatçılığı ilə baş tutan görüşdə klubun direktoru Alla Bayramova F.Ə...
ANL
"Leyli və Məcnun" iyul ayının xalçası seçilib. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "Ayın xalçası" layihəsini davam etdirir. Muzeyin direktoru Röya Tağıyevanın APA-ya verdiyi məlumata görə, "Leyli və Məcnun" adlı xalçaçılıq nümunəsi iyul ayının xalçası seçilib. Muzey rəhbərinin sö...
ANL
Alim və yazıçı Mehdixan Vəkilovun şəxsi sənədləri Ədəbiyyat və İncəsənət Arxivinə verilib. Bu günlərdə Cavanşir Vəkilov atası - tanınmış alim və yazıçı, Mehdixan Vəkilovun şəxsi sənədlərinin qorunub saxlanması məqsədilə Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib. Arxivdən verilən məlumata gö...
ANL
Astarada qədim kərpic kürəsi aşkar olunub. Astara rayonunun Pensər kəndində qədim kərpic kürəsi aşkarlanıb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, kürə İntizar Mürsəlovaya məxsus həyətyanı sahədə ağac əkmək üçün çala qazılarkən aşkar olunub. Bu barədə İ.Mürsəlova Astara rayon mədəniyyət və turizm şöb...
ANL
Tanrı öz yaxşı bəndələrinə də qıyarmış! Yarım əsrdən çox tanıdığım, 30 ildən artıq dostluq elədiyim gözəl insan Rəşid İsmayıl oğlu Mahmudovun ölüm xəbərini Sadıq Murtuzayev dedi. Bu kədərli xəbəri eşitmək ağır olduğu qədər, onu dosta çatdırmaq da bir o qədər çətin idi. Ona görə də telefon danışığımız uzun çəkmədi. Sadı...
ANL
"Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq münasibətindədir". AZƏRBAYCANIN AŞ PA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ AYDIN ABBASOV: "BU GÜN AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİ BÜTÜN BEYNƏLXALQ QURUMLARDA YÜKSƏK SƏVİYYƏDƏ QƏBUL EDİRLƏR". "Ali Baş Komandan döyüş əmri versə, vətənini, torpağını sevən bir azərba...
ANL
YAXUD ƏNƏNƏVİ MÖVZUYA FƏRQLİ BAXIŞ. Teatrların tamaşa salonlarına sakitlik çökdüyü bir zamanda İrəvan Dövlət Azərbaycan Dram Teatrı Mahnı Teatrının səhnəsində Elçin Hüseynbəylinin ikihissəli "Adəm və Həvva" dramının premyerasını təqdim etdi. Ədəbi mühitdə çoxcəhətli yaradıcılığı ilə maraq doğuran, dramaturgiyada özünəm...
ANL
İki daşın arasında. "Xəzər" dərgisi və bədii tərcümə sahəsindəki problemlərə dair qeydlər. Dar boğazla yol gedirik, ürəyimiz səksəkəli, Ssilla bir yanımızda, Xaribda bir yanımızda. Bu yazını, olsun ki, tərcümə mütəxəssisləri yazsa, daha önəmli olardı. Nədən ki, tərcümə sənəti hazırda bəsdi deyincə inkişaf edib. O dərəc...
ANL
Əli Kərim Azərbaycan şeirində qəribə və izahı hələ də sürən hadisələr yaratdı. Və zahirən nə Səməd Vurğuna, nə də digər şairlərə bənzəməyən bu poetik sistemdə ənənə özünü tapdı, özünü tam potensiyası ilə ifadə etdi - Azərbaycan poeziyasında yeni mərhələ başladı: söz təkcə deyilmək, insanları həyəcanlandırmaq, onu başqa...
ANL
Tanrı sevgisi, peyğəmbər işığı. Klassik ədəbiyyatımızın (H.Cavidə qədər) vəsf etdiyi bir müqəddəs obraz var - Peyğəmbər obrazı. Peyğəmbər mövzusu şairlər üçün ağlın yox, könüllərin sifarişi, tale ismarıcı olub. Peyğəmbər" 60 yaşlı xalq şairinin dərin etiqadının simvoludur, inandığı və güvəndiyi dəyərlərin bədii ifadəsi...
ANL
İncəsənət Muzeyində heykəltəraş Münəvvər Rzayeva yad edilib. Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində Şərqdə ilk monumentalist, əməkdar rəssam, tanınmış heykəltəraş Münəvvər Rzayevanın 80 illik yubileyi münasibətilə anım mərasimi keçirilib. Muzeyin direktoru İsrafil İsrafilov çıxışında M.Rzayevanın şərəfli öm...
ANL
Tanınmış pianoçu Adilə Əliyeva ilə görüş olub. Musiqi Mədəniyyəti Muzeyində Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, Azərbaycanın əməkdar artisti, istedadlı pianoçu Adilə Əliyeva ilə görüş keçirilib. Tədbirə sənətkarın həyat və fəaliyyətini əks etdirən, fransız dilində çəkilmiş "Musiqi ilə yaşamaq" sənədl...
ANL
Sara Aşurbəylinin kitabları təqdim edilib. Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində (RMİM) Azərbaycanın tanınmış tarixçi alimi, professor Sara Aşurbəylinin "Bakı şəhərinin tarixi" və "Şirvanşahlar dövləti" adlı kitablarının təqdimat mərasimi keçirilib. Azərbaycan, rus və ingilis dillərində olan kitablar "Azərbaycan-...
ANL
"Molla Nəsrəddin XXI əsrdə" ictimaiyyətə tanıdılıb. Yazıçılar Birliyində (AYB) "Molla Nəsrəddin XXI əsrdə" jurnalının təqdimat mərasimi olub. Mərasimdə çıxış edən jurnalın baş redaktoru Mehman Göytəpəli dərginin yaradılması zərurətindən söz açıb: " Bu dərgini ərsəyə gətirməkdə yaradıcı kollektivin məqsədi görkəmli yazı...
ANL
Günel Nəcəfzadənin filmi "Amirani" Festivalında bəyənilib. GƏNC REJİSSORUN ƏN MÜHÜM ARZULARINDAN BİRİ QARABAĞ PROBLEMİLƏ BAĞLI YÜKSƏK SƏVİYYƏLİ FİLM ÇƏKİLMƏSİDİR. 2001-ci ildə Bakı Xoreoqrafiya Məktəbini, 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsini fərqlənm...
ANL
Şair Səlim Babullaoğlunun Ukraynada kitabı işıq üzü görüb. "Maskalı adamların himni" adlı şeirlər kitabı ölkənin məşhur "Fakt" nəşriyyatında, Ukrayna yanacaq və energetika nazirinin müavini Burzu Əliyevin dəstəyilə nəşr olunub. "Kiyevskaya Rus" jurnalının kitabxanası seriyasından hazırlanan kitabın ön söz müəllifi dərg...
ANL
Qubada "Doğma diyar uşaqların gözü ilə" sərgisi açılıb. Azərbaycanda 2009-cu ilin Uşaq İli elan edilməsi ilə əlaqədar Quba rayonunda "Doğma diyar uşaqların gözü ilə" adlı foto-rəsm sərgisi keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşib. Sərgidə Xızı,...
ANL
"Qiymətləndirmədə elə bir meyar yoxdur ki, gizli qalsın". MƏLEYKƏ ABBASZADƏ: "İMTAHAN MATERİALLARINA AİD TƏHLÜKƏSİZLİKLƏ BAĞLI İŞLƏRİ YENİDƏN QURUR, YENİ ÜSULLAR TƏTBİQ EDİRİK". UNESCO və Dünya Bankının ekspertləri tərəfindən çoxillik təcrübə və elmi təhlillər əsasında müəyyənləşdirilən "Yaxşı imtahan sisteminin xarakt...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir. Hörmətli oxucular, ötən məqalədə de-institutlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkədə ilk dəfə beynəlxalq təcrübəyə uyğun bütün dövlət uşaq müəssisələrində aparılmış qiymətləndirmə barədə məlumat vermişdik. Bu məqalədə həmin qiymətləndirmənin ...
ANL
Toğrul Nərimanbəyov: "Şuşaya qonaq kimi yox, oranın sahibi kimi gedəcəyəm". "İNDİ DÜNYA İNCƏSƏNƏTİNDƏ, XÜSUSƏN DƏ RƏNGKARLIQDA KƏSKİN ENMƏ HİSS OLUNUR". Xalq rəssamı, Fransada yaşayan dünya şöhrətli azərbaycanlı təsviri sənət ustası Toğrul Nərimanbəyovun APA-ya müsahibəsi. - Toğrul müəllim, vaxtınızın çoxunu xaricdə ke...
ANL
Azərbaycan-Kırımtatar qardaşlığına Bəkir Çobanzadə töhfəsi. BU TÖHFƏ İNDİ BÖYÜK ALİMİN ADINI DAŞIYAN XEYRİYYƏ FONDU VƏ MÜKAFAT KİMİ TƏZAHÜR EDİR. Sovetlər dönəmində böyük ağrılar, faciələr yaşayan kırımtatarlar bu gün elmin, mədəniyyətin inkişafı naminə dəyərli işlər görməkdədir. Ana dilində kitabların, qəzet və məcmuə...
ANL
Nasir-dramaturq Şirməmməd Nəzərlinin fotosərgisi açılıb. Ötən gün Yazıçılar Birliyində yazıçı-publisist Şirməmməd Nəzərlinin işlərindən ibarət fotosərginin açılışı olub. Ş.Nəzərli jurnalistika fakültəsini bitirdikdən sonra "Azteleradio" şirkətində, Jurnalistlər Birliyində, müxtəlif mətbu orqanlarda çalışıb, "İrs" jurna...
ANL
Gəncədə müasir Azərbaycan diplomatiyasının 90-cı ildönümü qeyd edilib. ELMAR MƏMMƏDYAROV: "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DİPLOMATLARI TARİXİMİZİN ƏN PARLAQ SƏHİFƏLƏRİNİ YAZIB". Gəncədə Azərbaycan diplomatiyasının 90-cı ildönümünə həsr edilən konfrans keçirilib. Bu münasibətlə Bakıdan Gəncəyə gələn 77 nəfərlik nümayən...
ANL
"Azərbaycan diasporu dünyanın ən güclü diasporları sırasına daxil olub". NAZİM İBRAHİMOV: "İSRAİL PREZİDENTİNİN SƏFƏRİ BU ÖLKƏDƏKİ DİASPORUMUZU DAHA DA RUHLANDIRACAQ". Dünən Diasporla iş üzrə Dövlət Komitəsinin yaradılmasının 7-ci ildönümü münasibətilə qurumun rəhbərliyi və kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Ə...
ANL
Şair Əli Kərim Yazıçılar Birliyində yad edilib. Dünən Yazıçılar Birliyində (AYB) şair Əli Kərimin vəfatının 40 illiyi münasibətilə anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Əli Kərim poeziyasının bənzərsizliyindən söz açıb, onunla bağlı xatirələrini mərasim işti...
ANL
"Varlı qadın" Qırğızıstan səhnəsini də fəth edib. ƏLİ ƏMİRLİNİN BU MƏŞHUR ƏSƏRİNİN NÖVBƏTİ TAMAŞASI QUSAR TEATRINDA - LƏZGİ DİLİNDƏ OYNANILACAQ. Görkəmli yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" komediyası Qırğızıstanın A.Umuraliyev adına Bişkek Şəhər Dram Teatrında səhnələşdirilib. Əsəri rus dilinə həmyerlimiz Ama...
ANL
Gənc Ədiblər Məktəbinin 1 yaşı tamam oldu. 1 il bundan əvvəl fəaliyyətə başlayan Gənc Ədiblər Məktəbi aradan keçən qısa zaman ərzində müəyyən uğurlara imza atıb, ədəbi mühitdə tanınıb və ətrafına topladığı istedadlı gənclərin sevimli görüş yerinə çevrilib. Xatırladaq ki, Gənc Ədiblər Məktəbi prezident İlham Əliyevin ya...
ANL
Lerikdən gələn rübai sorağı. Rübai bu günlə də, sabahla da ayaqlaşan, keçmişdən gələcəyə fasiləsiz yol gedən ən qədim şeir növüdür. Şərqin, Qərbin, dünyanın dəyərləndirdiyi bu dörd misradan ibarət poeziya meyarı qərinə-qərinə, əsr-əsr addımlayaraq, kompüterli, robotlu, bilgisayarlı zəmanəmizə təşrif buyurub. ...Qalalı ...
ANL
Almaniyada Nuridə Atəşinin "Od qızı" adlı kitabı çıxıb. Bugünlərdə Almaniyanın "K.Fişer" nəşriyyatının nəzdindəki "Deutsche Lurik Verlag"da şairə Nuridə Atəşinin "Od qızı" ("Feuertochter") kitabı işıq üzü görüb. Kitaba nəşriyyat tərəfindən yazılan giriş sözündə N.Atəşinin alman poeziyasına gətirdiyi Qafqaz temperamenti...
ANL
Keçib getdin... HƏYATDAN ERKƏN KÖÇƏN ŞAİR DOSTUMUZ YUNUS KANDİMOVU XATIRLARKƏN... Krım tatar xalqının ulu və zəngin ədəbi ənənələri var. Zaman-zaman çərxi-fələk öz işini görüb. Nəsillər bir-birini əvəz edib. Lakin ədəbi ənənə dəyişməz qalıb, cilalana-cilalana bu günümüzə gəlib çıxıb və varislər ustadların yolunu layiqi...
ANL
Cavabdehlik hissini itirəndə... Ötən ilin sonlarında İranda yaşayan bir dostumuz mənə telefon açıb Tehranda kitabımın nəşr olunduğunu bildirdi və bir neçə gün sonra həmin kitabdan iki nüsxə mənə göndərdi. Fars dilində 2008-ci ildə Tehranda "Şirazə" nəşriyyatı tərəfindən nəşr olunmuş "İran Azərbaycanı: soyuq müharibənin...
ANL
"Cənubi Azərbaycan mətbuatı tarixi" kitabının təqdimatı keçirilib. Dünən Mətbuat Şurasında (MŞ) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Pərvanə Məmmədlinin qələmə aldığı "Cənubi Azərbaycan mətbuatı tarixi" kitabının təqdimat mərasiminə həsr edilmiş tədbir keçirilib. MŞ sədri Ə.Amaşov Cənubi Azərb...
ANL
Tofiq Bakıxanovun "Türk rapsodiyası" işıq üzü görüb. Tanınmış bəstəkar, xalq artisti Tofiq Bakıxanovun skripka və fortopiano üçün "Türk rapsodiyası" əsəri və onun partiturası kitab şəklində çap edilib. Türkiyənin Azərbaycandakı səfirliyinin köməyi ilə çap olunan əsəri müəllif 1997-ci ildə yazıb. Milli Konservatoriyanın...
ANL
Azərbaycanlı ifaçı Türkiyədəki festivalda gümüş medal qazanıb. Sumqayıtdakı Qara Qarayev adına musiqi məktəbinin şagirdi Gülzar Fərəcova Türkiyədə keçirilən beynəlxalq musiqi festivalında gümüş medala layiq görülüb. Ankaradakı Topqapı salonunda keçirilən konsertdə "Asiyanın qızıl səsi" fəxri adı ilə mükafatlandırılmış ...
ANL
Tahir Salahov Fransada nüfuzlu mükafatla təltif edilib. Fransa İncəsənət Akademiyasında görkəmli fırça ustası, xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahova bu ölkənin ən nüfuzlu mükafatlarından biri sayılan "İncəsənət və ədəbiyyat" ordeninin "Zabit" dərəcəsi təqdim olunub. Azərbaycan Mə...
ANL
Dövlət Musiqili Komediya Teatrında xalq şairi Huseyn Arifin anadan olmasının 85 illik yubileyilə əlaqədar xatirə gecəsi keçirilib. Mərasimdə çıxış edən akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və başqaları şairin həyat və fəaliyyətindən danışıblar. Bakı Pedaqoji Məktəbini, ADU-nun şərqşünaslıq fakü...
ANL
Sirliqalanın yaxınlığında qədim sənətkarlıq məhəlləsi tapılıb. Bərdə və Gəncə şəhərlərinin ticarət yolunun üstündə yerləşən, V əsrə aid, el arasında Sirliqala kimi tanınan tikilinin yerləşdiyi ərazidə arxeoloqlar tərəfindən sənətkarlıq məhəlləsi və emalatxana sexi aşkar olunub. Bu barədə məlumat verən AMEA Arxeologiya ...
ANL
Səhifə-səhifə ədəbiyyat... ƏDƏBİYYAT BİR TARİXDİR. Bir ölkənin obrazlı şəkildə bədii ifadələrlə əks etdirilmiş və ədəbiyyat tarixinə həkk olunmuş bir tarixidir. Tarixi müəyyən mənada saxtalaşdırmaq olur. Amma ədəbiyyat saxtalaşdırılması mümkün olmayan imzalı və möhürlü bədii abidədir. Şükürlər olsun ki, Azərbaycan xalq...
ANL
Postmodernizm gündəliyində mif. ALQIŞ VƏ QARĞIŞ ESTETİKASI. Əgər mif həmişə varsa, həmişə diridirsə və bir anın içində bizi öz həqiqətinə inandırırsa və biz də balaca bir uşağa dönüb bu həqiqətə, mif gerçəkliyinə inanırıqsa, deməli, onda, doğrudan da, mif bizim bir parçamızdır, günümüzdür, güzgümüzdür və ya biz mifin b...
ANL
Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna təqdim olunub. Azərbaycanın xalq artisti Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna verilib. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, aktyorun şəxsi arxivi onun qızı Gülnarə Dadaşova tərəfindən təqdim edilib. Artıq fond...
ANL