text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Yeni proqram və testlərlə işləmək müəllimlərdən daha yüksək səviyyə tələb edir". MƏLEYKƏ ABBASZADƏ: "TQDK-nın KEÇİRDİYİ QƏBUL İMTAHANLARI ƏN İSTEDADLI VƏ ALİ MƏKTƏBLƏRDƏ OXUMAĞI BACARACAQ GƏNCLƏRİ SEÇMƏK MƏQSƏDİ DAŞIYIR". UNESCO və Dünya Bankının ekspertləri tərəfindən çoxillik təcrübə və elmi təhlillər əsasında müəyy... | ANL |
Bu gün görkəmli alim-pedaqoq və ictimai-siyasi xadim Zahid Qaralovun 75 yaşı tamam olur. Məncə, onu geniş təqdim etməyə ehtiyac yoxdur. O, respublikamızın tanınmış ziyalılarından biridir. Professor Z.Qaralovun elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti olduqca maraqlı, həmçinin çoxşaxəli və əhatəlidir. Dərin mənalı və ço... | ANL |
Müasir Azərbaycan səhiyyəsi və gerçəkləşən xəyallar. 1918-ci il may ayının 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrdə vətənə bəxş etdiyi ən böyük töhfələrdən biri də həmin ilin iyun aynın 17-də Azərbaycanda ilk dəfə olaraq Səhiyyə Nazirliyinin yaradılması olub. Azərbaycanın ilk səhiyyə ... | ANL |
Xanəndə Sabir Novruzovun xatirəsi yad edilib. Muğam ifaçılığı sənətimizin dəyərli nümayəndələrindən biri, tanınmış xanəndə, əməkdar artist Sabir Novruzovun dünən doğum günü idi. Əgər ömür vəfa etsəydi, 65 illiyi qeyd olunacaqdı. Ancaq əfsuslar olsun ki, amansız ölüm bu ilin ilk günlərində Sabir Novruzovu çox sevdiyi sə... | ANL |
"Azərbaycan mətbuatı tarixi" bu gün təqdim olunur. Məlumat üçün qeyd edək ki, kitabda milli mətbuat tariximizin mənbəşünaslığı, milli mətbuata hazırlıq dövrü, "Əkinçi" ilə başlanan yol, "Ziya" (Ziyayi-Qafqaziyyə), "Kəşkül", "Şərqi-Rus", "Həyat", "İrşad", "Füyuzat" kimi qəzet və dərgilər mövcud elmi tədqiqat materiallar... | ANL |
Akif Səməd ayrılığı. İyulda da dünyadan köçdü- beş il bundan qabaq. Gəlişini İncə dərəsi, Astanbəyli kəndinin Akifdən yaşlı insanları xatırlayar. Ölümü-gedişi isə bizim gözlərimizin qarşısında oldu. "Natəvan" klubunda, bir tədbidə aparıcı idi. Danışırdı, şeirlər deyirdi, heç zaman onun nitqi, danışığı bu qədər səlis ol... | ANL |
Onlar hər yeni obrazının rəngini, ruhunu, kədərini və sevincini, günahını və savabını öz varlığında Buqələmun kimi bulunduğu mövcudiyyətə uyğunlaşdıran sadə adamlardılar. Həddindən artıq, SADƏ. Fəqət, məni heç vaxt maraqlandırmadığı kimi, indi də maraqlandırmır. Fəqət... Birdən Uran planeti ilə əlaqəli olan astroloji q... | ANL |
Azərbaycanlı cazmen İsveçrədəki müsabiqədə birincilik qazanıb. İyulun 2-19-da İsveçrənin Montrö şəhərində keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunmuş beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən caz ifaçısı İsfar Sarabski birinci yeri tutub. APA-nın məlumatına görə, Azərbaycan musiqiçilərinin festiv... | ANL |
"Azərbaycan mətbuatı tarixi" kitabının təqdimat mərasimi keçirilib. Dünən Atatürk Mərkəzində "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının "Elm və təhsil" nəşriyyatı tərəfindən nəşr edilən "Azərbaycan mətbuatı tarixi" kitabının təqdimat mərasimi keçirilib. Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müə... | ANL |
"Çağdaş Azərbaycan ədəbi qurumları" kitabı çap olunub. Bugünlərdə "Turan Evi" nəşriyyatında "Çağdaş Azərbaycan ədəbi qurumları" adlı kitab işıq üzü görüb. Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair Əkbər Qoşalı tərəfindən tərtib olunub. Tərtibçinin verdiyi məlumata görə, sözügedən toplu Prezident yanında Qey... | ANL |
"Qafqazda türk mətbuatının tarixi haqqında materiallar" işıq üzü gördü. Dünən Mirzə Şərif Mirzəyevin "Qafqazda türk mətbuatının tarixi haqqında materiallar" kitabının təqdimat mərasimi keçirildi. "Akkord" şirkətlər qrupunun maliyyə dəstəyi ilə çap olunmuş kitab Azərbaycanın senzura tarixindən bəhs edir . "Uzun illərdən... | ANL |
Çox uzun və əzablı bir axtarışdan sonra nəhayət bir nəfər - hamımızdan səliqəli və hamımızdan həsas yazar, tərcüməçi Nəriman Əbdülrəhmanlı mənim narahatlığıma son qoydu.60-cıların ən mübariz və ən şanssız insanlarından,qələm sahiblərindən biri olan TANRIQULU ƏLİYEVİN 1939-cu ildə doğulduğu haqqında mənim tərəddüdmü təs... | ANL |
Müasir Azərbaycan foto sənətinin mahir ustası Sənan Ələsgərov "yenidənqurma" dövrünün yetişdirməsidir desək yanılmarıq. Çünki 10 yanvar 1956-cı ildə Bakıda doğulmuş Sənan Ələsgərovun uşaqlıq illəri SSRİ -də Stalinin şəxsiyyətə pərəstiş sisteminin dağıdılması illərinə təsadüf edir. 1982-i ildə Bakı Dövlət Universitetini... | ANL |
GƏNCƏ ŞƏHƏRİNDƏ KEÇİRİLƏN "YENİ TEATR" RESPUBLİKA FESTİVALININ TƏƏSSÜRATLARI. Festivalın üçüncü qisim iştirakçıları - Sumqayıt, Gənc Tamaşaçılar, Bələdiyyə, Yuğ və Pantomim teatrları ilk öncə qabarıq yenilikçilk cəhdləriylə seçilirdilər. Bunu istər repertuar seçimi, istər rejissor işi, istər səhnə və musiqi tərtibatı, ... | ANL |
Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni. Böyük şəxsiyyətlər təkcə öz həyatları və əməlləri ilə deyil, ölümləri ilə də mənsub olduqları milləti, ümumən insanları yaxınlaşdırmağı və birləşdirməyi, xoş gələcək uğrunda mübarizəyə səfərbər etməyi bacarırlar. Azərbaycanın yaxın tarixi keçmişində bunun parlaq nümunələ... | ANL |
Azərbaycanlı jurnalistin Kiyevdə kitabı çıxıb. Kiyevdə azərbaycanlı jurnalist Qaraş Tağıyevin kitabı işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, kitabda Q. Tağıyevin Ukrayna KİV-ində çap olunmuş ayrı-ayrı məqalələri, müsahibələri, tərcümələri və müxtəlif illərdə qələmə aldığı lirik əsərləri topla... | ANL |
"Azərbaycan"ın növbəti sayı nəşr olunub. Bu il üçün 6-cı sayı çapdan çıxan "Azərbaycan" jurnalında Vaqif Yusiflinin xalq şairi Vaqif Səmədoğlunun 70 yaşı münasibətilə qələmə aldığı "Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir" yazısı ön səhifədə verilib. Jurnalın "İtmiş nəslin ardınca" rubrikasında professor Nizaməddin Şəms... | ANL |
Oğuz şəhər Mədəniyyət Mərkəzində 22 iyul Milli Mətbuat günü və "Oğuz yurdu" qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 75 illiyinə həsr olunmuş mərasim keçirilib. Sözügedən mərkəzdən qəzetimizin əməkdaşına verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək, u... | ANL |
Azərbaycan ədəbi prosesində nə baş verir? İkinci məqalə. Azərbaycan ədəbi tənqidinin tarixinə nəzər salsaq, bir maraqlı, bəlkə də parodoksal cəhətin şahidi olacağıq: tənqidin zəif tərəfləri, çatışmazlıqları daima tənqid olunub, ancaq bu tənqidi kim edib? Keçən əsrin 30-40-50-60-70-80-ci illərində ədəbi prosesin, tənqid... | ANL |
Ədəbiyyat qəzetlərinin ümumi mənzərəsi və ya bir səhifəlik təəssüf. Ədəbiyyat qəzetləri haqqındakı keçən yazımdan sonra müsbət və mənfi rəylərin ümumi mənzərəsi ədəbiyyata xidmət, səviyyəli mətbuat haqqında nəzəriyyələr əzbərləyib sovet psixologiyasını məharətlə maskalayan insanların təfəkkür səviyyəsinin o qədər də yü... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. (əvvəli ötən şənbə saylarımızda). Hörmətli oxucular, ötən məqalədə orta ixtisas təhsilinin təşəkkülü, bu sahədə dünya təcrübəsi və həyata keçirilən tədbirlər barədə məlumat vermişdim. Bu məqalədə görülmüş digər işlərə diqqətinizi cəlb etməklə yanaşı, möv... | ANL |
"Hamısından önəmlisi bu sahədə çalışmağı qərara alanın daxilən jurnalist olması, jurnalistikaya sadəcə ixtisas, gəlir mənbəyi kimi deyil, həyat tərzi kimi yanaşmasıdır". İyulun 23-də R.Abbasov 10 illik jurnalist fəaliyyətinin məntiqi nöqtəsi hesab etdiyi "Sual" kitabını ictimaiyyətə təqdim etdi. Tədbirdə çıxış edən Jur... | ANL |
TƏRİF XOŞ SÖZLƏRDƏN İBARƏTDİR. Səmavi dinlərin müqəddəs kitablarında Allaha şükür edib, onu mədh etmək (tərifləmək), səmimi məhəbbət hissini ifadə etmək tələb olunur. Əgər hansısa vacib istəyiniz varsa, belə hallarda Allahın yer üzərində yaşayıb ehtiyacı olan məxluqlarına maddi yardım da qadağan deyil (nəzir vermək, qu... | ANL |
Xaricdə təhsil almaq imkanı qazanan tələbələrlə görüş keçirilib. ELMAR QASIMOV: "YÜKSƏK BİLİYƏ MALİK GƏNCLƏRİMİZİN DÜNYANIN NÜFUZLU UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALMASI ÜÇÜN DÖVLƏT TƏRƏFİNDƏN HƏR CÜR ŞƏRAİT YARADILIR". Dünən Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövl... | ANL |
Ermənistanla həm də informasiya müharibəsi apardığımız bu dönəmlərdə Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliğatı heç şübhəsiz mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Sirr deyil ki, ölkəmizin üzləşdiyi problemlərin əcnəbilərə çatdırılması, həmçinin mədəniyyətimizin tanıdılması üçün Azərbaycanın diaspor təşkila... | ANL |
Azərbaycan teatr tarixində ilk baxışdan qəribə bir özəllik gözə çarpır. ildən sonra, özü də həvəskar tələbələrin ifasında onun bir pyesi ("Lənkəran xanının vəziri") səhnə işığı gördü. Bu faktı müxtəlif tərəflərə yozmaq olar, ancaq Azərbaycan mədəniyyətinin tarixi inkişaf yoluna nəzər salanda belə bir qanunauyğunluq üzə... | ANL |
Gəray bəy həqiqəti. Xalq şairi Səməd Vurğun "Komsomol poeması"nda çox ziddiyyətli və mürəkkəb bir dövrü, bu dövrdə acı bir həqiqəti, bir xalqın ayrı-ayrı düşmən cəbhələrə bölünmüş iki qütbünün bir-birilə mübarizəsini, onların dövrə və dövrün hadisələrinə münasibətini göstərib, xalq həyatı və məişətini, xalqımıza məxsus... | ANL |
Zəlimxan ruhundan süzülən "Peyğəmbər". Xalq şairi Zəlimxan Yaqub haqqında düşüncələrimi çoxdandır ki, qələmə almaq istəsəm də, düzü, buna cürət etmirdim. Bu haqda kiməsə deyəndə isə "niyə çəkinirsən, sən Aşıq Kamandarın oğlusan, Zəlimxan Yaqub haqqında yazmağa sənin haqqın var", - deyirdilər. Mən isə məhz Aşıq Kamandar... | ANL |
Şeiri dinləyə-dinləyə divardan asılmış təqvimə doğru boylanıram. Yaşamaq, yorulmaq... Sevdiklərimin hər biri qatar fiti kimi içimdə üsyan edirlər. Doğrusu, düşünməyə halım da yoxdur. Həmişə olduğu kimi həmin anda da şair Göktürk Mehmet Uyturun yazdığı kimiyəm: "Bir tarafım bahar, bir tarafım kış. Bu baş fırlanması, bu ... | ANL |
Yeriyən bahar. Məlum olduğu kimi, mənəvi-əxlaqi problemlərin müasirlik ruhunda, əvvəlki onilliklərlə müqayisədə daha sərbəst təsviri və təhlili keçən əsrin 60-70-ci illərində Azərbaycan nəsrinin aparıcı istiqaməti kimi pərvəriş tapmışdı. Bu çox vacib yaradıcılıq məsələsi ilə o vaxt təkcə indi haqlı olaraq "Altmışıncıla... | ANL |
Ötən gün M.F.Axundov adına Milli Kitabxanada görkəmli yazıçı, əməkdar incəsənət xadimi Vidadi Babanlının "Vicdan susanda" romanının yeni nəşrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov ədibin Azərbaycan ədəbiyyatındakı özünəməxsus yerindən, illər ötdükcə əsərlərinə... | ANL |
Cəsur sərkərdənin ruhuna ehtiramla... İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI GENERAL HƏZİ ASLANOVUN LƏNKƏRANDAKI EV-MUZEYİLƏ BAĞLI TƏƏSSÜRATLAR. 1969-cu ilin mayında Azərbaycanın igid oğlu, əfsanəvi sərkərdə, tank qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun ev-muzeyinin açılması Lənkəran ictimaiyyəti üçün əsl bayrama ... | ANL |
Xaçmazda regional sərgi açılıb. Xaçmaz şəhərində keçirilən I Ümumrespublika dekorativ-tətbiqi sənət festivalı çərçivəsində sonuncu regional sərginin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə Xaçmaz, Dəvəçi, Xızı, Siyəzən, Quba, Qusar, Şamaxı, Hacıqabul və Qobustan rayonlarında... | ANL |
Orxan Pamukun "Gizli üz"ü Azərbaycan dilində. "Mütərcim" nəşriyyatında çap olunan kitaba məşhur türk yazıçısı Orxan Pamukun "Atamın çemodanı" (tərc. Arif Əmrahoğlu və Paşa Əlioğlu) kinossenarisi daxil edilib. "Gizli üz" əsasında çəkilmiş film Türkiyədə keçirilən "Altun portağal" film festivalının və Avropanın nüfuzlu k... | ANL |
"Qum kəndir"dən asılan mətləblər. Oxuduqca gözlərimin önündə biri o birindən maraqlı insan surətləri canlanmağa başladı. Uzun-uzadı əhəmiyyətsiz söz yığınından ibarət yazılardan fərqli olaraq, Pərviz Yusif bir-iki cümlə ilə böyük bir hadisəni oxucuya çatdıra bilir. İxtisasca kinoşünas olan yazıçı bütün hekayələrinə kin... | ANL |
Orxan Fikrətoğlu "Vaxt"ının axarında. Yazıçı az sözdən istifadə edərək, oxucuda müsbət təəssürat, xoş ovqat yarada bilər. Yazıçı uzun cümlələr, ifadələr və obrazlardan istifadə edərək də eyni məqsədə nail olar. Orxan Fikrətoğlu birinci qismə aid nasirlərdəndir. O.Fikrətoğlu hekayələr, povestlər və kinossenarilərinin to... | ANL |
Şanlı hərb tariximizi özündə yaşadan kitab. "Böyüklərini tanımaq hər millətin borcudur. Kimsə kimsəyə "Sən atanı tanıma, sən babalarının dünyadan necə gəlib keçdiklərini öyrənmə, sən əski atalarının adlarına, sanlarına maraq göstərmə! Deyərsə, ən təbii bir haqqa toxunmuş və ən böyük bir haqsızlıq etmiş olar. Özünü və ö... | ANL |
Bolqarıstanlı təhsil xadimi ilə Bakı Slavyan Universitetində görüş keçirilib. Dünən Bolqarıstanın Milli və Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. Qonağı Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov müşayiət edib. Öncə qonaq BSU-da fəaliyyət göstər... | ANL |
Hər şair də Vaqif olmur - nə Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif... Vaqif Səmədoğlu yaradıcılığı poeziyamızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. Qırx-qırx beş il bundan qabaq Vaqifin ilk şeirləri meydana çıxanda bunu çox az adam başa düşürdü. İndi müqayisəolunmaz dərəcədə çox adam başa düşür, gün g... | ANL |
Klassik əsər tələbə yozumunda. Vaxtilə Akademik Milli Teatrımızın səhnəsində Tofiq Kazımovun quruluş verdiyi və bu gün də adı dillərdə gəzən V.Şekspirin "Antoni və Kleopatra" faciəsinə bir daha qayıtmaq rejissordan cəsarət tələb edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejissorluğu" kafedr... | ANL |
Bakı Slavyan Universitetində akademik Məmməd Ariflə bağlı guşə yaradılıb. Dünən Bakı Slavyan Universitetində (BSU) görkəmli ədəbiyyatşünas akademik "Məmməd Arif Dadaşzadə guşə"sinin açılış mərasimi keçirilib. Qeyd edək ki, bir müddət əvvəl Məmməd Arif Dadaşzadənin şəxsi kitabları ailə üzvləri tərəfindən BSU-nun kitabxa... | ANL |
Təhsil tərbiyədən başlayır. Deyilənə görə insanı başqa canlılardan fərqləndirən 67 xüsusiyyət var. Yəqin ki, bu xüsusiyyətlərdən ən mühümlərdən biri insanın tərbiyəsidir. Əlbəttə, insanın tərbiyəsi məsələsində bir nisbilik var. Məsələn, biri üçün tərbiyəli qəbul edilən insan, başqası üçün dözülməz ola bilər. Lakin insa... | ANL |
"Azərbaycan ailəsində erkən nigah problemi var". AYNUR SOFİYEVA: "TƏƏSSÜF Kİ, ERKƏN NİGAHLAR ƏKSƏR HALLARDA VALİDEYNLƏRİN TƏSİRİLƏ BAŞ VERİR". "Azərbaycan qadınına həmişə hörmət, diqqət və qayğı olub. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə qadın məsələsinə dövlət siyasəti səviyyəsində yanaşılıb.... | ANL |
Nazif Qəhrəmanlı, Yaxud alimin missiyası. Nazif Qəhrəmanlı Azərbaycan ədəbiyyat tarixçiliyi ilə ardıcıl şəkildə məşğul olan alimdir, onun spesifik araşdırma sahəsi, özünəməxsus maraq dairəsi və... sualları var. Elə buna görə də o, istisnasız olaraq bütün yazılarında zahirən nələrisə təsvir etsə də, hansısa faktları, mə... | ANL |
Yazıçılar Birliyində Natiq Rəsulzadənin 60 illiyi qeyd edilib. Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadənin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Yubiley mərasimini giriş sözüylə açan AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev N.Rəsulzadənin həyat... | ANL |
VAQİF SƏMƏDOĞLUNUN 70 İLLİYİNƏ. Hər şey ondan başladı ki, sən dünyanı saxlayıb düşmək istəyirdin, amma sürücü taksini saxladı və sən payıza düşdün. Bu gözünün kökü saralmış payızda bütün uzaq yaşıl adalar ancaq şeir oldular. Çünki mənim hələ 22 il sonra doğulacağım 64-cü ildə yazılmış bir şeir qulağıma pıçıldadı ki, "m... | ANL |
"26 Bakı komissarı" haqqında həqiqətlərin uğurlu ekran təcəssümü. Ötən gün Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris Teatrında "Əfsanənin əks üzü" seriyasından "26 Bakı komissarı" sənədli filminin təqdimatı keçirilib. Rusiya Federasiyasının (RF) "Studiya Kinoprodukt" şirkətinin istehsal etdiyi sənəd... | ANL |
Gənc dirijor Əyyub Quliyev beynəlxalq mükafata layiq görülüb. Beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc dirijor Əyyub Quliyev Sankt-Peterburqun "Musiqi Olimpi" Fondunun təsis etdiyi "Dinləyici rəğbəti" beynəlxalq mükafatını ("Audience Preference Award") qazanıb. Ə.Quliyevin APA-ya verdiyi məlumata görə, mükafatın... | ANL |
"Cəbrayıl alimləri" kitabı ictimaiyyətə təqdim olunub. Yazıçılar Birliyində filologiya elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoru Tariyel Abbaslının "Cəbrayıl alimləri" ensiklopedik toplusunun təqdimatı olub. Tədbirdə akademik Budaq Budaqov T.Abbaslının yeni kitabının düşmən tapdağ... | ANL |
Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vuran Ə.Aslanoğlu 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsinə daxil olub. İstehsalatda uzun müddət aparıcı və məsul vəzifələrdə çalışmaqla yanaşı, ədəbi-bədii və elmi fəaliyyətlə də müntəzəm şəkildə məşğul olub. Hazırda... | ANL |
"Ana təbiət uşaqların gözü ilə" mövzulu rəsmlər sərgilənib. Dünən Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində "Ana təbiət uşaqların gözü ilə" adlı uşaq rəsm sərgisi keçirilib. Ümumdünya Ətraf Mühiti Mühafizə günü ilə əlaqədar keçirilən sərgi Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, T... | ANL |
Azərbaycanda Qətər mədəniyyəti nümayiş etdiriləcək. İyunun 8-dən 12-dək Azərbaycanda Qətər dövlətinin Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, 58 nəfərdən ibarət nümayəndə heyətinə Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasın... | ANL |
Yaşarın hekayələri və yuxuları. Yaşar yazmaq əxlaqına malik yazıçılarımızdandı. Bədii tərcümələrə başı möhkəm qarışmış bu istedadlı nasirin cəmi bir kitabını oxudum: "Yeddi". Yaşarın nəsrindən ədəbiyyatşünaslıq terminləri ilə yox, musiqi alətinin kökdən düşməsini yoxlayan texnikanın dili ilə danışmaq olar. Bizi "Yeddi"... | ANL |
Bu dünyada üç şeydən qorxuram. Onlardan biri uşaq vaxtı dilimi yandıran və günü bu gün də dilimin sol tərəfində açıq-aydın hiss etdiyim key qalmış, heç bir hissiyyatı olmayan məchul ağrısızlığın səbəbkarı olan üstü soyuq içi dəhşətli dərəcədə isti-qaynar olan süddaşdır. Yəqin ki, "Süddaş verib ağzını yandırmaq" deyimin... | ANL |
ŞUŞADAN DOLANIŞIQ ADIYLA ÇIXMIŞDI, TƏBRİZDƏ MİLLİ HƏRƏKAT LİDERİNİN YANINDA YER ALDI. Şəhriyarın ev muzeyini ziyarət etdikdən sonra Səttarxanın da yaşadığı evi ziyarət etmək istəyirəm. İranda şah rejiminin və hazırki hakimiyyətin Şəhriyar irsiylə bir problemi yoxdur, ona görə də dahi şairin xatirəsi rəsmi səviyyədə yad... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Azərbaycanın neft strategiyasının əsasını təşkil edən "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatına sərmayə axınının müşahidə edilməsi, transmilli şirkətlərin ölkəmizə marağının artması və neft sektoru ilə yanaşı, qeyri-neft sahəsinin... | ANL |
Məleykə Abbaszadə: "Təhsil sistemi bütün cəmiyyətlərdə ən həssas sahə sayılır". "Qiymətləndirmənin nəticəsi həm cəmiyyət, həm ölkə rəhbərliyi, həm də təhsili idarə edən strukturlar üçün çox vacibdir". Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə 2009-cu il mayın 20-dən 22-dək Bakı ş... | ANL |
Adətən, böyük sənətkarları doğum və ya ölüm günlərində daha çox yada salırlar. Mənə elə gəlir ki, əslində xalqın mənəvi taleyində rol oynayan simalar həmişə anılmalıdır. Bu mənada, İlyas Əfəndiyev yalnız təqvimi xatırlatma naminə, deklorativ mülahizələrə görə yox, haqqında daima söz deyilməsi zəruri sənətkardır. İlyas ... | ANL |
Bakıda Puşkinə həsr edilmiş tədbir olub. Böyük rus şairi A.S.Puşkinin anadan olmasının 210-cu ildönümü münasibətilə şairin Bakıdakı abidəsi önündə tədbir keçirilib. Rusiya Federasiyasının (RF) Azərbaycandakı səfirliyinin, "Rossotrudniçestvo" nümayəndəliyinin, Səbail Rayon İcra Hakimiyyətinin, "Sodrujestvo" Azərbaycan x... | ANL |
Naxçıvan Musiqi Kollecinin Ərtoğrul Cavidin 90 illiyi ilə bağlı tədbir hazırlaması gözlərimi yaşartdı. Afərin, mənim həmşəhərlilərimə! Bir iqdırlı kimi bunu söyləməyə haqqım var. Yalan olmasın, İqdırda qışqırsan, Naxçıvanda eşidilər. Türkiyədə yaşayarkən Hüseyn Cavidi tanıyırdım, onun şeirlərini, pyeslərini oxumuşdum. ... | ANL |
Qələm dostları Vaqif Səmədoğlunun yubileyini qeyd ediblər. Ötən gün Yazıçılar Birliyində (AYB) xalq şairi, tanınmış dramaturq, millət vəkili Vaqif Səmədoğlunun 70 illik yubileyilə bağlı mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin sədri, xalq yazıçısı Anar böyük ədəbi simalardan biri kimi səciyyələndirdiyi V... | ANL |
Gənc Ədiblər Məktəbinin növbəti məşğələsi keçirilib. İyunun 6-da M.F.Axundov adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbinin (GƏM) daha bir məşğələsi olub. Adətən, Yazıçılar Birliyinin katibi Rəşad Məcidin rəhbərliyilə gerçəkləşən məşğələni, onun xarici səfərdə olması səbəbindən, bu dəfə "Körpü" dərgisinin baş redaktor... | ANL |
İsmayıl Şıxlının yubileyi Qazaxda da qeyd olunub. Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 90 illik yubileyilə bağlı növbəti tədbir sənətkarın doğulduğu Qazaxda keçirilib. Bu barədə Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən məlumat verilib. Birliyin təşəbbüsü ilə keçirilən tədbir Regionların İnkişafı İctima... | ANL |
Venesiyada Azərbaycan sərgisi açılıb. İtaliyanın Venesiya şəhərində 53-cü Venesiya Biennalisinin - yeni ümumdünya müasir incəsənət sərgisinin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, iki il əvvəl olduğu kimi, Azərbaycan pavilyonu yenə də Venesiyanin "... | ANL |
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı xalq yazıçısı Elçin Əfəndiyevin "Ah, Paris, Paris..." komediyasını səhnələşdirir. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yeni səhnə əsəri iyun ayı ərzində tamaşaçı... | ANL |
Şair ocağının alim övladı. Şair övladının alim, alim övladının şair olması təbiidir.Yaradıcılığın qarşı-qarşıya dayanan və əslində bir-birini mükəmməl şəkildə tamamlayan bu iki sahəsi Allahın insana verdiyi qeyri-adiliklərdəndir. Azərbaycanın bu qeyri-adi ailələrindən biri də böyük şairimiz, ədəbi dilimizə xalq nəfəsin... | ANL |
"Hidrotexniki qurğular" kitabı nəşr olunub. Bugünlərdə Memarlıq və İnşaat Universitetinin alimləri Zakir Musayev, Kamran Məmmədov, Tofiq Mahmudov, Fail İsmayılov və Mansur Zərbəliyevin müəllifi olduqları 10 fəsildən ibarət "Hidrotexniki qurğular" dərsliyi işıq üzü görüb. Dərslik universitetin tələbələri, o cümlədən bu ... | ANL |
ELÇİNİN "CANAVARLAR" HEKAYƏSİNİN TƏSİRİNDƏN YARANAN DÜŞÜNCƏLƏR. Xalq yazıçısı Elçinin əsərlərinin mündəricəsinə diqqət yetirsək, mövzu-ideya-problem cəhətdən davamlı rəngarəngliyin şahidi olarıq. Qeyd etdiklərimiz bu sənətkarın yaradıcılığının danılmaz xüsusiyyəti olsa da, düzü, onun son vaxtlarda çap etdirdiyi "Canava... | ANL |
Aldadılmış bir nəslin kədərli hekayəsi: "Son cənnət". Orxan Arasın "Son cənnət" romanı ən son oxuduğum, ədəbi dəyəri olan, xoşuma gələn bədii nümunələrdən biridir. Romanı bitirdikdən sonra əsər haqqında düşüncələrimi yazmaq qənaətinə gəlsəm də, vaxt qıtlığı bu fikrimi reallaşdırmağı bir qədər uzatdı. Sizdə də belə olur... | ANL |
Hamlet İsaxanlının Çində şeirlər kitabı çıxıb. Bu ilin aprel ayında Çin Xalq Respublikasında, Pekin "Central Compilation and Translation Press" nəşriyyatında şair Hamlet İsaxanlının şeirlər kitabı çin (mandarin) dilində çapdan çıxıb. Kitaba şairin Azərbaycanda nəşr edilmiş "Təzadlar" və "Bu da bir həyatdı" kitablarında... | ANL |
Hacıqabul rayonunun inzibati ərazisində Padar adlı stansiya var. İndi stansiya böyüyüb, hətta qəsəbə statusu alıb. Əllinci illərdə isə burada cəmi 4-5 ev var idi və həmin evlərdən birində Əlicavad Qasımovun böyük külfəti yaşayırdı. Mən həmin ailədən çıxmış dünya şöhrətli alim, akademik, Rusiyanın əməkdar elm və təhsil ... | ANL |
Kişi sevincə yerindən qalxdı, uşağın ovcuna bir palazqulaq yüzlük basıb, qapıdan çıxdı. Evə yaxınlaşanda gözünü dünyaya indicə açmış oğlunun ağlayan səsini eşitdi. Onun gəlişi bütün nəsli sevindirdi, nəzir-niyaz paylandı, qurbanlar kəsildi, qonaqlıqlar verildi. Amma Xasay kişi ağlına da gətirmədi ki, bu gün qohumları g... | ANL |
Bugünlərdə 70 yaşı tamam olan xalq şairi Vaqif Səmədoğlu bir jurnalistə verdiyi müsahibəsində qeyd etdi ki, ona qədər iki Vaqif olub. Düzdür, Vaqif Səmədoğlu, deyəsən, başqa adlar çəkdi. Bu pyesdən sonra ilk Vaqif adını da Şair öz oğluna verib. Bu sıralamada Vaqif Səmədoğlu üçüncüdür. Amma müasir Azərbaycan poeziyasınd... | ANL |
İğdırda Soyqırım abidəsi necə yarandı... MÖHTƏŞƏM SƏNƏT NÜMUNƏSİNİN MÜƏLLİFİ CƏFƏR QİYASİ İLƏ SÖHBƏT. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin yaxın dostu, yazar-tərcüməçi Yasemin Bayerin görkəmli memar Cəfər Qiyasi ilə bu müsahibəsi Türkiyənin "Ataköy" qəzetində bir müddət əvvəl dərc olunub. Maraq doğuracağını düşünərə... | ANL |
Ədəbiyyatımızın qızğın inkişaf dövrləri ilə müqayisədə bugünkü ədəbi prosesimizdən gileylənməkdə haqsız deyilik. Həm də "ədəbi proses" anlayışının iki tərəfi var: bədii yaradıcılıq və ədəbi tənqid. Əlbəttə, biz ümumiyyətlə yoxluğundan yox, hadisə sayılan yaradıcılıq faktlarının azlığından gileylənirik. Qarabağ boyda də... | ANL |
"Sevən qadın"ın təqdimatı uğurla keçib. AZƏRBAYCAN SƏHNƏSİ DAHA BİR MARAQLI TAMAŞA QAZANIB. Görkəmli yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın" pyesi əsasında hazırlanan tamaşanın bugünlərdə premyerası keçirilib. Əsər tanınmış əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnə həllini tapıb. Ədəbiyyatın ən ç... | ANL |
Mifdən gerçəkliyə yol... İyun ayının 9-da Bakı Slavyan Universitetində tanınmış rus ədəbiyyatşünası və tarixçisi N.A.Kunun "Qədim Yunanıstanın mifləri və əfsanələri" kitabının Azərbaycan dilinə tərcüməsinin rəsmi təqdimetmə mərasimi keçirildi. Bu cür mərasimlərin təşkili BSU-da artıq ənənə halını alıb. Burda kitabdakı ... | ANL |
Vərəqləri saralıb-solmuş köhnə telefon dəftərçəmi nəzərdən keçirirdim. Yaxın-uzaq dostların, qohumların, tanışların adı, familiyaları, telefon nömrələri olan dəftərçəmi. Artıq onlardan neçəsinin hənirtisi gəlmir, səsləri eşidilməz olub. Yaradanın hökmü ilə dünyalarını dəyişib, bu parlaq gündüzlü, mavi səmalı, aylı-uldu... | ANL |
"Qəbul imtahanlarının proqrama uyğun olub-olmaması ilə bağlı heç kəs bizə irad tutmur". TQDK SƏDRİ MƏLEYKƏ ABBASZADƏ: "BÜTÜN BU PROSES İCTİMAİYYƏT ÜÇÜN TAMAMİLƏ AÇIQ HƏYATA KEÇİRİLİR". Qəzetimizin ötən saylarında qeyd etdiyimiz kimi, UNESCO və Dünya Bankının ekspertləri təhsildə qiymətləndirmə üzrə çoxillik təcrübə və ... | ANL |
Gələcək Ankaradaydı... Məşhur telejurnalist Qulu Məhərrəmli "Türkiyəyə səfər var" deyəndə ağlımdan "arayan mövlasını bulurmuş" fikri keçdi. Nə vaxtıydı ki, Türkiyəyə uçmağa girəvə gəzirdim, oradan alacağım üç-beş kitab vardı və həmin kitabları oxumadan növbəti metaromana başlaya bilməyəcəyimin vahiməsi məni gündən-günə... | ANL |
Ənənəvi Şərq fəlsəfəsində, xüsusən işraqilik təlimində, ən ali varlıq İşıqlar işığı hesab olunur. Əbu Turxan yazır: "Yalnız işıq vardır, qaranlıq işığın yoxluğudur". Eyni zamanda dünyanın məhz yoxluqdan var olması fikri təkcə fəlsəfədən və dindən gəlmir; müasir fizika da yoxluğun varlığa, virtual zərrələrin real zərrəl... | ANL |
Heydər və Heydəgər. Yaşadıqları əsrdən və adlarındakı bənzəyişdən başqa bu iki filosofu nə birləşdirir, görəsən? Amma bizi bu müqayisəni aparmağa vadar edən Azərbaycanın bəzi gənc fəlsəfə tədqiqatçılarının öz mədəni-mənəvi irsimizə, elmi-fəlsəfi fikir tariximizə pessimist və hətta inkarçı münasibət bəsləməsidir. Bu, hə... | ANL |
Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri olacaq. İyunun 16-da Gürcüstanda Azərbaycan Mədəniyyət günlərinə start veriləcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik edəcəyi 90 nəfərlik nümayəndə heyətinin iştirakı ilə keçiriləcək təntənəli açılış mərasimi iyunun 16-da Tbilisi Dövlət Opera və Balet Teatr... | ANL |
Azərbaycanda Qətər Mədəniyyəti Günləri başa çatır. Qətər Dövlətinin Azərbaycanda keçirilən Mədəniyyət Günləri çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada doktor Xalid Yusif Ər-Dərbəşti ölkəsinin investisiya imkanları barədə mühazirə ilə çıxış edib. Qətərin tarixi və bu günü haqqında ətraflı məlumat verən doktor Xa... | ANL |
Ötən gün M.F.Axundov adına Milli Kitabxanasında xalq yazıçısı Mehdi Hüseynin 100 illiyinə həsr olunan kitab sərgisi keçirilib. Tədbir başlamazdan əvvəl qonaqlar yazıçının əsərləri və haqqında yazılmış ədəbiyyatın nümayiş etdirildiyi sərgi ilə tanış olublar. Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında görkəmli ... | ANL |
"Hökmdarın taleyi" Şəkidə göstərilib. S.Rəhman adına Şəki Dövlət Dram Teatrında "Hökmdarın taleyi" filminin premyerası olub. Filmin ssenarisini İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəsinin motivləri əsasında xalq yazıçısı Elçin qələmə alıb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, filmin nümayişindən... | ANL |
"Gəmiqaya-Qobustan mədəniyyəti" ictimaiyyətə təqdim olunub. Atatürk Mərkəzində Əjdər Fərzəlinin "Gəmiqaya-Qobustan mədəniyyəti" kitabının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan şair Ənvər Əhməd çıxışında nəşrin tariximizin araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu kitab ... | ANL |
Gənc Tamaşaçılar Teatrı festivaldan qayıdıb. Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 2-dən 7-dək Tatarıstanın Kazan şəhərində keçirilən türk xalqlarının "Nauruz" IX Beynəlxalq Teatr Festivalında uğurla çıxışdan sonra vətənə dönüb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəy... | ANL |
Azərbaycanlı şairənin rumın dilində kitabı çıxacaq. Azərbaycanın tanınmış şairəsi Xəzangül Hüseynovanın Rumıniyada kitabı çap ediləcək. "Trend"in məlumatına görə, şairənin Türkiyədə martın sonunda çap edilən "Bitmeyen hazan" kitabı rumın dilinə tərcümə olunur. Rumıniyanın "Tuna məktubları" jurnalında isə şairənin haqqı... | ANL |
"Azərbaycanım" adlı musiqili tamaşa hazırlanıb. Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyi və "İrəli" İctimai Birliyinin dəstəyi, eyni zamanda "İrəli" İctimai Birliyinin "Yaradıcı laboratoriyası" ilə Uşaq teatrının birgə layihəsi əsasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycanım" adlı m... | ANL |
Məhəmmədhüseyn Şəhriyar haqqında film çəkilir. Bugünlərdə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığından bəhs edən "Heydərbabaya təbriklər" filminin çəkilişinə başlanılıb. Film şairin "Heydərbabaya salam" poeması əsasında İranda lentə alınacaq. Burada M.Şəhriyarın uşaqlıq və ilk gənclik illərilə bağlı məqaml... | ANL |
Millətin xilaskar obrazı səhnədə. C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ötən ay Teatr Xadimləri İttifaqının tamaşa salonunda Aqşin Babayevin "Xilaskar" tamaşası ilə tamaşaçıların görüşünə gəldi. Tamaşa 1990-cı illərdə Respublikamızda yaranmış ziddiyətli hadisələrdən, Gəncədə baş vermiş qardaş qırğınınd... | ANL |
Əbədiyaşar xalq yazıçısı. Mehdi Hüseyn qədim və zəngin tarixə malik Azərbaycan ədəbiyyatının yaradıcılarından biridir. O, ədəbi prinsipləri müdafiə edən mübariz nasir, dramaturq, publisist və ictimai xadimdir. Mehdi Hüseynin mənalı ömür yolu mürəkkəb tarixi hadisələrlə bağlıdır. Atası Əli müəllim Qori müəllimlər semina... | ANL |
Mikayıl Müşfiq poeziyasında satirik məqamlar. Bununla yanaşı, şairin lirikasında öz satirik kəskinliyi, istehza və ironiya gücü ilə seçilən şeir və bəndlərə də rast gəlmək olur. Ümumən qeyd etmək lazımdır ki, M.Müşfiq klassik ədəbiyyatımızın mahir bilicisi, həqiqi varisi və davamçısı idi. O, Nəsimi, Füzuli, Vaqif, Sabi... | ANL |
Naxçıvan-mənim doğma diyarım. O, BU GÜN DƏ MİLLİ DÖVLƏT QURUCULUĞU PROSESİNİN FƏAL İŞTİRAKÇISIDIR. Naxçıvan bəşər sivilizasiyasının ilkin mədəniyyət ocaqlarından biri sayılır. Bu əsasən regionun relyefi, yerüstü təbii sərvətləri, coğrafi mövqeyi olub. Tədqiqatçıların fikrincə, Arazboyu və dağətəyi zonada əkinçiliyin və... | ANL |
Bu gün ədəbiyyatımızda o qədər də xoş olmayan bir mənzərə müşahidə edilməkdədir. Seyriçisinə, daha doğrusu şahidinə çevrildiyimiz xaotik xarakterli kütləvi bir axının "səlib yürüşü" az qala adamı vahiməyə salır. Bu axının üşüdücü bir ehtirasla daha çox çağdaş poeziyamıza müdaxilə etməsi, ona bu imkanın verilməsi, baş v... | ANL |
Bu bənzətməni yersiz sayanlar tapılacaq, bəlkə də... İllah da onu yaxından tanıyanlar arasında... Elə mən də bu yazıya başlıq fikirləşəndə belə bir bənzətmənin ağlıma necə gəldiyinə təəccüb etmişdim... Əvvəlcə özümə də namünasib görünmüşdü. Amma məhz onun son on altı ildə doğma Ağdamımızı ən çox xatırladan və xatırlaya... | ANL |
Leylanın "məktubları". Günümüzdə epistolyar ədəbiyyat gələnəyi, az da olsa, davam etməkdədir. İnternet torunun sarıp-sarmaladığı, dünyanın qapımıza gəldiyi bir zamanda kağızla məktublaşmaya zaman və həvəs qalmadığından poçt işçilərinin görəvini bilgisayar klaviyələri görür... İnternet ünvanıma yetərincə gərəksiz məktub... | ANL |
Məmməd Cəfərin nəzəri-estetik görüşləri. Son illərin qlobal iqtisadi böhranı dünya humanitar fikrinin ciddi nəzəri tənəzzülü ilə qovuşduğu bir məqamda Avropa və postsovet məkanında modernizmin və poststrukturalizimin durumuna yeni bucaqdan baxış müstəvisi yaranmışdır. Cəmiyyətin iqtisadi həyatındakı krizis humanitar fi... | ANL |
Mikayıl Mirzəni anarkən... Çox-çox illər bundan əvvəl tanıdığım unudulmaz sənətkarımız, xalq artisti, millət vəkili Mikayıl Mirzə ilə bağlı mənə daha munis olan bir xatirəm dəqiq tarixi ilə yadımdadır. Sükan arxasında özüm idim. İnqilab küçəsində bir anlığa svetoforda dayananda maşının açıq pəncərəsindən şimşək kimi şa... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.