text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Məmməd Cəfərin nəzəri-estetik görüşləri. Son illərin qlobal iqtisadi böhranı dünya humanitar fikrinin ciddi nəzəri tənəzzülü ilə qovuşduğu bir məqamda Avropa və postsovet məkanında modernizmin və poststrukturalizimin durumuna yeni bucaqdan baxış müstəvisi yaranmışdır. Cəmiyyətin iqtisadi həyatındakı krizis humanitar fi... | ANL |
"Qara işıq" haqqında düşünəndə... Ulduzların bugünkü görüntüsü haqqında danışanda "bu onların işıq sürətiylə yalnız indi bizə gəlib çatan milyonlarla il əvvəlki görüntüsüdür" - deyirlər. Belə olan halda onları insanın fəth edə bilməsi nə dərəcədə ağlasığandır? Beləliklə, yönümüzü sonu görünməyən sıx, qalın meşələrə, ağ... | ANL |
Bu gün müasir Azərbaycan ədəbiyyatının keyfiyyət göstəricilərini şərtləndirən nümunələrdən söhbət düşdükdə çağdaş nəsrimizin ön sıralarında qərar tutmuş Kamal Abdulla yaradıcılığı dərhal göz önünə gəlir. Kamal Abdulla nəsri daim fəlsəfi təzadlılığı, dinamikliyi, ardıcıllığı, hadisələrin çevik dəyişkənliyi ilə seçilir. ... | ANL |
Müdriklik səlahiyyəti. Əzizim Hüseynbala müəllim! Həyatım boyu çoxlu məktublar yazmışam. O məktubların əksəriyyəti valideynlərimə, qardaş və bacılarıma, müəllimlərimə, dostlarıma ünvanlanıb. Nə gizlədim, ara-sıra sevgi məktubları da göndərmişəm. Ancaq bu məktublardan fərqli daha iki məktubum olub və nədənsə hər ikisini... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə təhsil sisteminin vacib pillələrindən biri olan məktəbəqədər təhsilin inkişaf yolu, şəxsiyyətin formalaşmasında əhəmiyyəti, bu sahədə mövcud olan problemlər, onların həlli istiqamətində həyata keçirilən və nəzərdə tutulan t... | ANL |
Bizə qurtuluş bəxş edən şəxsiyyət. İnsanın arzuları tükənməzdir. Lakin hər kəs bu arzuların ayrı-ayrılıqda hamısına çata bilmir. Çünki cəmiyyət və orada gedən proseslər, onun əsasında doğan münasibətlər, bir də hər bir insanın şəxsi keyfiyyətləri və bacarığı fərqli olduğundan arzulara yetişmək də hərədə müxtəlifdir. Hə... | ANL |
Şükran Balkanlı, öncə ALS xəstəliyinə, sonra da xərcəngə düçar olan, keçmişdə həm Fənərbaxçada, son illərində Qalatasarayda oynamış rəhmətlik futbolçu Sedatın həyat yoldaşı. Mən onunla görüşəndə artıq 11-ci gün idiki bu əfsanəvi futbolçunu və əfsanəvi bir xəstəliyə tutulan insanı itirmişdi.Şükran Hanım 12 il ! boyunca ... | ANL |
Ədəbiyyatımızın dostu və fəal təbliğçisi, tanınmış türkiyəli tərcüməçi-yazar Yasemin Bayer Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardan bu müsahibəni Türkiyənin "Cümhuriyyət" qəzeti üçün götürüb. Maraq doğuracağını nəzərə alaraq, müsahibəni oxucularımıza təqdim edirik. - Rəsul Rza və ananız şairə Nigar ... | ANL |
Adıçəkilən park isə sözün həqiqi mənasında əsl cənnəti xatırladırdı. Bu parkda dünyanın müxtəlif ölkələrindən gətirilmiş ağaclar, gül kolları, ekzotik bitkilər, hərəsi bir ulduzu xatırladan çiçəklər əkilmişdi. Burada hind qozundan tutmuş, Ərəbistanda bitən xurma ağacına qədər nə desən var idi. Əslində bu parkın tarixi ... | ANL |
Abbasqulu Xan İrəvanski və nəsil şəcərəsi. Naxçıvan tarixinin XIX yüzilliyin ikinci yarısından üzübəri açılmamış səhifələrini araşdırarkən İrəvan xanlarının varislərindən olan Abbasqulu xan İrəvanskininin adına tez-tez rast gəlmək olar. Naxçıvanın müdafiəsində mühüm xidmətlər göstərən Abbasqulu xan İrəvanski bacarıqlı ... | ANL |
Daxili və xarici aləm. Axı, Allahı göydə axtarmaq elə yerdə axtarmaq qədər sadəlövh bir təsəvvürdür. Lakin göyün bəlkə başqa, məcazi bir mənası da vardır? Şərq və Qərb simvolikalarına görə göy və yerin sətiraltı mənası nədən ibarətdir? Qədim türklərin Göy tanrıçılığı ilə mavi rəngin rəmziləşdirilməsi arasında nə kimi ə... | ANL |
İbn Xəldunu yenidən xatırlamaq xoşbəxtliyi. Kimiləri onu Şərqin Monteskyüsü adlandırır, bəziləri isə onun başqaları ilə müqayisə edilməsinin səhv olduğunu deyirlər. Söhbət 14-cü əsrdə Osmanlı dövlətinin sərhədləri daxilində yaşamış, yazdıqları əsərləri və ortaya qoyduğu nəzəriyyələri ilə vəfatından sonra da uzun illər ... | ANL |
İctimai sektorun başqa inkişaf yolu varmı? Şərqi Qərbdən fərqləndirən başlıca məqamlardan biri iş və iş görənlərə münasibətdir. Qərb insanı üçün iş onun fərdi durumuna bilavasitə təsir edən hərəkətlər toplusu, iş görənlərə münasibət isə cəmiyyətdə ayrı-ayrı individləri fərqləndirən amillər məcmusunu formalaşdıran ünsür... | ANL |
"Aşıq Qərib" operası yeni təqdimatda nümayiş olundu. İSTEDADLI GƏNC XANƏNDƏ ELNUR ZEYNALOV AŞIQ QƏRİB OBRAZINDA UĞURLU DEBÜT ETDİ. Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operası yeni təqdimatda nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, dirijoru Sevil Hacıyevadır... | ANL |
Ədəbi obrazların həyatdan gəlişi yazı dünyasında təzə xəbər deyil. Amma prototip olaraq seçilmiş həqiqi bir insanın vəfatı onu yaradan yazar üçün həqiqi anlamda böyük bir itgidir. Uzun illər öncə yazdığım MONOLOQ povestimdəki adsız obraz olaraq əsərin qəhrəmanının həyatında başlınğıc mərhələ və təkan olan İNSANIN son g... | ANL |
Qulu Ağsəsin Kiyevdə kitabı çıxıb. Ukraynanın paytaxtı Kiyevdə "Ulduz" jurnalının baş redaktor müavini, şair-publisist, prezident təqaüdçüsü Qulu Ağsəsin "Vitryana poşta" ("Külək poçtu") adlı şeirlər kitabı çap olunub. Bu barədə APA-ya məlumat verən Q. Ağsəs kitabın "Kiyevskaya Rus" jurnalının kitabxanası seriyasından ... | ANL |
Hər dəfə olduğu kimi özümə də qəribə gələn ehtiyatla ətrafıma göz gəzdirirəm: məkanın düz ortasında bir qurğu var, peşə vərdişimin sövqü ilə tez bir zamanda onun "simvolik mənalar"ını deşifrə edib hər ehtimala qarşı yaddaşıma həkk edirəm. Bu qurğu mənə görə ZAMANIN MODULUDUR: çünki şəffaf pərdələri saxlayan metaldan dü... | ANL |
Azərbaycanda Ümumdünya Qaçqınlar Günü qeyd edilib. ƏLİ HƏSƏNOV: "SÜLH MÜQAVİLƏSİ İMZALANSA, QAYIDIŞ PROQRAMINI HƏYATA KEÇİRMƏYƏ HAZIRIQ". Dünən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) və Azərbaycan hökuməti 20 iyun-Ümumdünya Qaçqınlar Günü münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçirib. Xatırladaq... | ANL |
"İctimaiyyətdə test imtahanlarının şəffaf keçirildiyinə böyük inam var". MƏLEYKƏ ABBASZADƏ: "BİZ BU İNAMI QAZANMAQ ÜÇÜN UZUN İLLƏRDİR Kİ, DAVAMLI VƏ MƏQSƏDYÖNLÜ İŞ APARIRIQ". - Məleykə xanım, ilk iki göstərici barədə fikrinizi bilmək istərdik. İctimaiyyətin imtahan sisteminin nəticələrinə və imtahan keçirən təşkilatın ... | ANL |
QHT-lərin forumu keçirildi. Dünən Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşkilatçılığı ilə QHT rəhbərləri, millət vəkilləri, partiya sədrləri və politoloqların iştirakı ilə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna əlavə və dəyişikliklərin müzakirəsinə həsr edilən forum keçirilib. R... | ANL |
İsveçrədə "Azərbaycana kiçik səyahət" devizi altında tədbir keçirilib. İsveçrənin Basel şəhərindəki "Union" mədəniyyət mərkəzində "Azərbaycana kiçik səyahət" devizi altında tanıtım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ölkədə yeni fəaliyyətə başlamı... | ANL |
Bütün mübarək, filosof! HEYDƏR HÜSEYNOV MÜBAHİSƏSİNƏ DAVAM. Hər bir kulturanın kim(lər)i dahi seçməsi, öz klassiklərindən kim(lər)ə təslim olması çox əhəmiyyətlidir. Bu, kulturanın sonrakı inkişafına, milli təlim-tərbiyənin necə qurulmasına təsir edən amildir. Amma xalq gərək öz dahisini köhnəltsin də. Dahi - təkcə hey... | ANL |
- Sizi qısqanırdımı, bunu sizə deyirdimi? Onun bəyəndiyi geyimi geyirdim, məsələn. Bəzən bir-birimizə sataşırdıq. Hirslənəndə bunu büruzə verirdimi? Yataq otağımızı xüsusi olaraq onu düşünüb düzəltmişdim. Qarşısındakı çək-yatda (raskloduşka) yatırdım. Başqa otağa keçməyimi istəmirdi. Dişini qıcırdadır, bunu başa salmaq... | ANL |
Ana bətnində içilmiş ilk və son and. VƏ YA "PERSONA NON QRATA" ƏSƏRİNİN MÜƏLLİFİ SEYRAN SƏXAVƏTƏ ARZUOLUNAN MƏKTUB. Hətta yazılıb, sonra pozulmuş adi bir söz də ən azından yazıldığı vərəqin yaddaşında qalır. Çünki həyat maddi və mənəvi mövcudluğun vəhdətidir və müəyyən həyat prosesləri nəticəsində maddi mövcudluğun mən... | ANL |
Dünyaya düşən işıq. VAQİF BAYATLI ODƏR: "BU DÜNYADA SEVGİNİ GÜCLƏNDİRMƏK LAZIMDIR". Şair Vaqif Bayatlı Odərin şeirləriylə tanışlığımın müddəti elə də çox deyil. Şerləri ilə ilk tanışlıqdan onun ən azı çox maraqlı adam olması təsəvvürünə yiyələndim. Onun şeirlərindən gördüklərim, hiss elədiklərim bəlkə də daha çox yuxud... | ANL |
Abbas Zamanovun kitabxanası. Həmin gün erməni işğalçıları yurdumuzun daha bir alınmaz qalasını-taleyin ümidinə buraxılmış, hər tərəflə əlaqəsi kəsilmiş Kəlbəcəri işğal etmişdilər. Həmin gün Azərbaycan mədəniyyətinin cəfakeşlərindən biri olan görkəmli alim, vətənpərvər ziyalı Abbas Zamanov (1911-1982) dünyaya gözlərini ... | ANL |
Heydər Hüseynovun 100 illiyilə bağlı tədbir keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli filosof, ədəbiyyatşünas, ictimai xadim, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyilə əlaqədar konfrans təşkil edilib. AMEA-dan verilən məlumata görə, tədbirdə qurumun birinci vitse-prezidenti, akade... | ANL |
Yazıçı və alim Elmira Zamanovanın yubileyi qeyd olunub. Ötən gün Yazıçılar Birliyində (AYB) fantast yazıçı, fizika-riyaziyyat elmləri doktoru Elmira Zamanovanın 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin katibi Çingiz Abdullayev E.Zamanovanın yaradıcılığından danışıb, onun ... | ANL |
Ədəbiyyat qəzetlərinin mənzərəsi və ya bir səhifəlik təəssüf. Rəsmi və dəbdəbəli girişə ehtiyac duymuram. Əhatəli, hərtərəfli mövzu olsa da mətləbə dolayı yollarla yox, birbaşa yəni mətnin içindən yol salmağa çalışacam. Əbəbiyyat haqqında ictimai rəy formalaşdıran qəzetlərin səviyyəsini, üzərinə düşən vəzifələrə "kəmiy... | ANL |
Dünən Muğam Teatrında mərhum şair Rasim Kərimlinin "Dözmək olmur ayrılığa" kitabının təqdimatı keçirilib. Təqdimat mərasiminin aparıcısı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Rasim Kərimlinin maraqlı həyat yolu, zəngin yaradıcılığı barədə ətraflı çıxış edib. Sonra professor Camal Mustafayev, xalq şair... | ANL |
Yoxlanılmamış xəbərlərə görə... VƏ YA DİPLOMATİK SÖHBƏT. Oxuyacağınız bu yazı heç bir müsabiqəyə təqdim olunmaq üçün yazılmayıb. Rəşad Məcidin xətrinə yazılıb. Bu minnətli girişdən sonra deyim ki, çevrəmdə hər kəsin həvəslə bir işin qulpundan yapışdığına baxıb da, hər tərəfdə qızğın yaradıcılıq işlərini izləyib də özüm... | ANL |
Vaqif Yusifliyə məktub. Vaqif müəllimin "Yolun başlanğıcı" yazısını oxuyandan sonra beynimdə ona bir məktub yazılmağa başladı. Bir həftədən sonra həmin məktubu cümlə-cümlə yadıma salıb kompyuterə köçürərək tənqidçiyə göndərmək fikrinə düşdüm. Ancaq onun emailini axtarıb tapmadım və Rəşad Məciddən kömək istədim. Gənc tə... | ANL |
Poeziyanın payızı, qışı bir şair ömrünün xəzan çağından, qış nəfəsindən duyulur. Payızın başı üstdən. Çoxdan idi belə həzin, kövrək misralarla qarşılaşmırdım. Bir var insanı ağladan, sızıldadan şeirlər, o şeirlər ki, hər misrası vay-şivən üstündə qurulub. 4) şeirlərini oxuyanda öz ömrümün də payızını hiss etdim. Birər-... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Son illərdə məktəbəqədər təhsilin təkmilləşdirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir dünya təcrübəsinə uyğunlaşdırılması, yeni təhsil texnologiyalarının tətbiqi sahəsində beynəlxalq təşkilatlarla birlikdə bir sıra tədbirlər görülmüş, bu sahə... | ANL |
YUBİLEY MÜNASİBƏTİLƏ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MARAQLI TƏDBİRLƏR KEÇİRİLİB. İyunun 20-də Bakı Slavyan Universitetində (BSU) "Kitabi-Dədə Qorqud" dastanlarına həsr edilmiş "Türk-sovet" kollokviumunun 20 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdulla çıxışınd... | ANL |
Mücirəddin Beyləqani yurdundan minnətdarlıq dolu əks-səda. Beyləqan rayonundan olan bir qrup ziyalı adından, qəzetimiz vasitəsilə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynova məktub ünvanlanıb. Məktubda bildirilir: Hörmətli professor, Beyləqan ziyalıları adından səmi... | ANL |
Sabir adına Kitabxanada daha bir ədəbi görüş. SEYRAN SƏXAVƏT VƏ ELUCA ATALININ GƏNC HƏMKARLARI İLƏ GÖRÜŞÜNÜ "ŞƏMS" TƏŞKİL EDİB. "Şəms" Ədəbi Məclisi Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanasında yazıçı Seyran Səxavət və İspaniyada yaşayan azərbaycanlı yazar Eluca Atalı ilə görüş keçirib. Şairə Elnarə Şəms rəhb... | ANL |
"Naxçıvan" jurnalının növbəti sayı işıq üzü görüb. "Naxçıvan" ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bu günlərdə daha bir sayı çap olunub. Jurnalın yeni sayı Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr edilib. Jurnalda qədim və zəngin tarixə malik olan bu diyarın keçdiyi mürəkkəb yol... | ANL |
Mikayıl Müşfiq Cəfər Cabbarlı ocağında anılıb. Görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyində unudulmaz şair Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. C.Cabbarlının nəvəsi, muzeyin baş elmi işçisi Qəmər Seyfəddinqızının verdiyi məlumata görə, tədbirdə muzeyin direktoru Gülarə Cabbarlı M.... | ANL |
Mahnı Teatrında Əli Aslanoğlunun 60 yaşı qeyd olunub. R.Behbudov adına Mahnı Teatrında yazıçı-publisist Əli Aslanoğlunun 60 illik yubileyi qeyd olunub. Mərasimdə çıxış edən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı 10 kitab müəllifi olan Ə.Aslanoğlunun "Zirvəyə gedən yol", "Bilik qapısının açarları", "Muğam poetikası... | ANL |
Dillər Universitetində milli sənət nümunələri sərgilənib. Bu günlərdə Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzində "Milli mənəvi dəyərlərimizi, zəngin mədəni irsimizi dünyaya tanıdaq" adlı əl işləri sərgisi keçirilib. Sərgidə Azərbaycan milli geyimləri, xalq-tətbiqi sənətinin qolu olan xalç... | ANL |
Fəlsəfəyə münasibəti aktuallaşdıran nədir? Müsahibimiz Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası İdarə Heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. - Səlahəddin müəllim, bu günlərdə Siz Heydər Hüseynovun 100 illik yubileyi mərasimində çıxış edərkən ona yüksək qiymət verdiniz. A... | ANL |
İnternetlə bağlı narahatlıq. Hər bir texnoloji yeniliyin üstün cəhətləri ilə bərabər onun fəsadlarının olması mümkündür. Son dövrlər internet mediası, bu sahədə gözlənilən narahatlıqlarla bağlı müzakirələr genişlənir. Heç bir sərhəd tanımayan bu elektron şəbəkə yalnız media vasitəsi kimi fəaliyyət göstərmir. Ümumiyyətl... | ANL |
"Atamın kitabı" unudulmur... İndi dəqiq yadımda deyil, amma tələbəlikdə hansısa kitabda oxuduğum bir filosofun fikirlərini xatırladım: "Əgər sənə məktub yazmırlarsa, zənn etmə ki, sözləri qurtarıb, hesab elə, mürəkkəb qabı boşalıb". İndi mürəkkəblə yazmaq dəb olmasa da, bir-birinə mürəkkəb atmaq dəbdir. İndi sözlər də ... | ANL |
"Zülmətdə parlayan qılınc" təqdim olundu. Dünən Yazıçılar Birliyində şair-publisist və nasir Eldar İsmayılın "Zülmətdə parlayan qılınc" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan şair Ənvər Əhməd E.İsmayılın təqdim olunan kitabının bədii dəyərindən danışıb. E.İsmayılın indiyədək 30-dan artıq kit... | ANL |
Kitabların reytinq cədvəli hazırlanıb. Kitab Klubu "Ən çox alınan kitabların reytinq cədvəli"ni təqdim edib. Bununla bağlı yayılan məlumata görə, satış nöqtələrindən ən çox satılan və soruşulan kitabların sayı əsasında hazırlanmış reytinqə 30 nəşrin adı daxil edilib. Kitabların siyahısında texniki, siyasi, iqtisadi ədə... | ANL |
Gəncədə "Yeni Teatr" Respublika Festivalı başlayıb. Dünən Gəncədə ilk dəfə olaraq "Yeni Teatr" Respublika Festivalı start götürüb. Festivalda paytaxtdan Azərbaycan Dövlət Akademik Milli Dram, Gənc Tamaşaçılar, Bakı Bələdiyyə, Musiqili Komediya, "Yuğ", Pantomim teatrları qatılıblar. İştirakçılar sırasında Gəncə Dövlət K... | ANL |
Dünya iqtisadiyyatının "əsaslı təmirə" ehtiyacı var. Qlobal iqtisadi böhrana qarşı mübarizə getdikcə güclənsə də, hələlik o qədər də müsbət irəliləyiş müşahidə olunmur. İqtisadi böhranı dərindən təhlil etsək, atılan addımların nə dərəcədə səmərəli olduğunu araşdıra bilərik. Müasir dünyanın iqtisadi inkişaf prosesinin g... | ANL |
Qürbətdən gələn xoş səda. Danılmaz faktdır ki, azərbaycanlılar Vətənə, Torpağa, el-obaya, yurda, ata-anaya bağlılıqları ilə başqa millətlərdən seçilirlər. Lakin zəmanə elə gətirib ki, bəzi soydaşlarımız Vətəndən kənarda yaşamalı olublar. İndi azərbaycanlılara dünyanın hər yerində rast gəlmək mümkündür. Onlardan bəzilər... | ANL |
Foto S.Rasimindir... TANINMIŞ FOTOQRAF RASİM SADIQOV: "BU GÜN ƏSAS MƏQSƏDİM ƏCNƏBİ FOTOQRAFLARIN AZƏRBAYCANA AXINININ QARŞISINI ALMAQ ÜÇÜN MÜMKÜN QƏDƏR ÇOX CAVAN PEŞƏKARLAR YETİŞDİRMƏKDİR". "Rasim" adı da Azərbaycanda adi adlardan biri olsa da, foto sənətində bu ad artıq peşəkarlıq standartı kimi qəbul olunur. "Azərbay... | ANL |
Biz niyə görüşmədik?! ... Sən demə, sazağı qılınc kimi ağız-burun sıyıran qarlı-şaxtalı qış günlərinin də bəzən yaddaşlarda isti xatirələr qoymağı, qəlbi ilıq duyğularla doldurmağı olurmuş. Bizim tərəflərdə az-az görünən belə günlərin birində redaksiyanın şöbə müdiri paltolu, papaqlı bir kişiynən müxbirlər otağına gəld... | ANL |
Yazıçılar Birliyində Çingiz Aytmatov haqqında kitabın təqdimatı olub. Ötən gün Yazıçılar Birliyində (AYB) "Çingiz Aytmatov: Mən Manas oğluyam" kitabının təqdimat mərasimi keçirilib. Giriş sözüylə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar Ç.Aytmatov yaradıcılığının böyük əhəmiyyətini vurğulayaraq, onun ədəbi irsinin ... | ANL |
Dünən M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirlinin "1920-ci ildə Qarabağ döyüşləri" kitabı ictimaiyyətə təqdim olunub. Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov Ş.Nəzirlinin hərb tariximizlə bağl... | ANL |
Güney Azərbaycan mətbuatının tarixinə elmi baxış. Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi Pərvanə Məmmədlinin yeni kitabı belə adlanır: "Cənubi Azərbaycan mətbuatı tarixi". Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq edilib. P.Məmmədli Cənubi Azərbaycanla bağlı... | ANL |
Türkər Qasımzadənin əsərləri ABŞ səfirinin iqamətgahında səslənib. ABŞ-ın Bakıdakı səfirinin iqamətgahında gənc Azərbaycan bəstəkarı Türkər Qasımzadənin əsərlərindən ibarət konsert keçirilib ("Turan"). Səfir Ənn Dersi çıxışında bildirib ki, istedadlı bəstəkarı iqamətgahında qəbul etməkdən və onun əsərlərini dinləməkdən... | ANL |
Türklər - Azərbaycanın qədim sakinləri. ORTA ƏSR ƏRƏB TARİXÇİLƏRİ BU HƏQİQƏTİ NECƏ QƏLƏMƏ ALIB? İslamaqədərki ərəb tarixi bir sıra maraqlı məqamlarla, həm ərəblər, həm də digər xalqlar, o cümlədən azəri türkləri ilə bağlı mühüm xəbərlərlə zəngindir. Ərəb tarix elminin korifeyləri sayılan əl-Kəlbinin, İbn Cərir əl-Təbər... | ANL |
Litvalı alim Azərbaycanlıların soyqırıma məruz qalmaları ilə bağlı oçerk yazıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib. Qeyd edilib ki, litva dilində yazılan oçerk "Soyqırım və müqavimət" ("Genocidas ir rezistencija") elmi jurnalında dərc olunub. Bu, təkcə Litvada deyil, Baltikyanı... | ANL |
Dövlət qulluqçularının fəaliyyətinə həsr edilən tədbir keçirilib. Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Dövlət qulluqçularının fəaliyyətlərinin qiymətləndirilməsinə dair seminar" keçirib. Tədbir dövlət qulluğu sahəsində ixtisaslaşmış beynəlxalq təşkilat olan SİGMA... | ANL |
"Sevinirəm ki, əsassız ittihamlara son qoyuldu". 15 ilə yaxın bir müddətdə davam edən müzakirələr nəhayət ki, "Təhsil haqqında" qanunun qəbulu ilə nəticələndi. Lakin bu hələ son deyil, əksinə uzun bir yolun başlanğıcıdır. Təhsil naziri Misir Mərdanovla söhbətimiz də qanunun qəbulundan sonra təhsil sistemində görüləcək ... | ANL |
Məleykə Abbaszadə: "İmtahanqabağı çox ciddi hazırlıq işləri görürük". "İMTAHANLARIN KEÇİRİLMƏSİNİ PLANLAŞDIRANDA İŞLƏRİ ELƏ QURMAĞA ÇALIŞIRIQ Kİ, DÖVLƏTİN ARTIQ XƏRCİ ÇIXMASIN". Azərbaycanda biliyin qiymətləndirilməsi mexanizminin, qəbul imtahanları sisteminin və onun ayrı-ayrı komponentlərin məzmunu barədə Tələbə Qəbu... | ANL |
Məmməd Araz poeziyasına Hikmət Mehdi yozumu. Bir filosofdan "həyatda ən çətin şey nədir" deyə soruşublar. Həqiqətən də sözü anlayana da, anlamayana da anlatmaq çox çətindir. Hələ bunu şeirlə anlatmaq daha çətindir. Təbii ki, söz ustaları, könül sultanları anlatmağı da, anlamağı da çox yaxşı bilirlər. Azərbaycanın böyük... | ANL |
"Namaz" üstə deyilənlər... Əsəd Cahangirin yenicə oxuyub bitirdiyim "Namaz" poeması məni bir oxucu kimi dərindən düşündürdü. Elə "Namaz" üstə düşüncələrimi yazmaq qərarına da poemanı oxuduğum zaman keçirdiyim təzadlı hisslər, əsəri oxuyub bitirdikdən sonra da məni tərk etməyən yaşı minillərlə ölçülən qədimlik ab-havası... | ANL |
Təzə səslər, nəfəslər. Eynilə bizim poeziyada olduğu kimi fransız poeziyasında da istedadlı şairlərlə yanaşı, konyukturaçılar da yetişib. Ancaq mən inanmıram ki, Fransada da Azərbaycandakı kimi az qala hər on evdən bir "şair" çıxmış olsun. Bir misra da poeziya olaydı" - bu gün bizim poeziyanın qrafomaniyaya təslim olac... | ANL |
Aşıq Bilal Şamaxıda yad edilib. Şamaxıdakı "Dədə yurdu" istirahət mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilala həsr edilmiş "Şamaxının bayramıdır, Aşıq Bilal günləri" devizi altında tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Aşıqlar Birliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçı... | ANL |
"Yarımçıq Əlyazma" Braziliyada. Görkəmli yazıçı Kamal Abdullanın məşhur "Yarımçıq əlyazma" romanı, son illərin gerçək ədəbiyyat hadisəsi kimi, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda ədəbiyyatımızla bağlı bir çox stereotipləri alt-üst etməsilə yeni bir mərhələnin başlanğıcını qoydu. Artıq bunu əminlik... | ANL |
Bu yaxınlarda şair İlham Qəhrəmanın Tehranda "Pınar" yayım evində "Əsir dağlar" adlı şeir kitabı çap edilib. "Əsir dağlar" İlham Qəhrəmanın həcmcə ən böyük şeir kitabıdır. Kitaba Güney Azərbaycan şairi Mənuçehr Fəzli Xələf (Azərelli) ön söz yazıb. Onun yazısını oxucuların diqqətinə çatdırırıq. Bir ədəbi yığıncaqda trib... | ANL |
İnsan daima yalnız bir səmtə göz dikəndə ümidsizcəsinə məhdudlaşır. Ədəbiyyat da belədir: on beş il boyu söz sənətimizdə, demək olar ki, diri, canlı nə varsa, hamısının Qərbə doğru boylanması dünyamızın üfüqlərini, duyğularımızı və dünyagörüşümüzü daraldıb. Qərb örnəklərini izləyən ədəbiyyatımız sanki özgür (öz) proble... | ANL |
Oralarda kimlər var: Aybəniz Vəkilova. Mən bu sətirləri yazdığım. zaman, Aybəniz yanımda xəyala vardı, Mənalar süzüldü. baxışlarından, Hələ gözləri də bir az yaşardı. Getmə, qardaşım. Qanrılıb mənə baxın. Pəncərədən. Sizə salam verirəm. uzun ömür diləyirəm. Sizə pəncərədən. Vaqif Səmədoğlu. Səməd Vurğun ocağından bir n... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Azərbaycan təhsili üçün yeni olan de-institutlaşdırma və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat vermək istəyirəm. Bilavasitə həmin məsələyə keçməmişdən əvvəl ölkəmizdə internat tipli təhsil müəssisələrinin təşə... | ANL |
Qəbələdə beynəlxalq tərkibli arxeoloji seminar keçirilib. Qəbələdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (AKMMA) təşkilatçılığı ilə "Qəbələnin tarixinin öyrənilməsi məqsədilə aparılan qazıntılar" mövzusunda treni... | ANL |
"Adəm və Həvva" ictimaiyyətə təqdim olundu. İyunun 27-də R.Behbudov adına Dövlət Mahnı Teatrında yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Adəm və Həvva" pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirildi. İrəvan Dövlət Dram Teatrının yaradıcı kollektivi tərəfindən səhnələşdirilən tamaşaya teatrın baş rejissoru Nazi... | ANL |
Ərdoğan azərbaycanlı rəssamın sərgisinin açılışına qatılıb. İstanbulun Topkapı səmtində Polis Təhsil və Konqres Mərkəzinin açılışı çərçivəsində azərbaycanlı rəssam Sənan Eynullayevin bal mumundan hazırladığı sərgi nümayiş etdirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Polis Təhsil və Konqres Mərkəzinin açılışında ... | ANL |
Bizdən qabaqda yol gedən Adam. İnsan bu dünyaya hardansa əlçatmaz, ünyetməz, sirribilinməz bir yerdən gəlir. Nə doğulacağı məkanı, yaşayacağı zamanı, nə ata-anasını seçmək imkanı var. Xoşbəxt o insandır ki, Allahdan qismətinə ömrün keşməkeşli, tufanlı dalğalarında ona əbədi mayak olacaq valideynlər düşür. Həmin xoşbəxt... | ANL |
Dünya azərbaycanlılarının milli məfkurə altında birləşməsində Azəbaycan televiziyasının rolu. Son 15-20 ildə dünyada elmi texniki tərəqqinin inkişafı, xüsusəndə informasiya texnologiyaları sferasında baş verən yeniliklər təkcə bəşəriyyətin qloballaşma prosesinə deyil, o cümlədən qədim tarixi kökə malik olan xalqların ö... | ANL |
Hərbi vətənpərvərliyin təbliğində mətbuatın rolu mövzusunda seminar keçirilib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) "Gənclər arasında hərbi-vətənpərvərlik dəyərlərinin təbliğində mətbuatın rolu" adlı seminar keçirib. Seminar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının m... | ANL |
İsrail prezidenti Azərbaycan Dillər Universitetinin qonağı olub. Dünən Bakıda səfərdə olan İsrail prezidenti Şimon Peresin Azərbaycan Dillər Universitetinin (ADU) akt zalında tələbə-müəllim heyəti ilə görüşü keçirilib. Görüşdə ADU-nun rektoru Səməd Seyidov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ... | ANL |
"FİRST BUSİNESS" JURNALI İSTANBULDAKI BAŞ KONSULUMUZU MÜKAFATLANDIRDI". Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran "First Business" jurnalının "Zirvədəkilər-2008" ödülünə layiq görülüb. Bu barədə məlumatı qəzetimizə baş konsulun özü verib. S.Aranın sözlərinə görə, Türkiyədə "Grand Cevahir" oteldə düzənlənən tədb... | ANL |
Gəncə Dövlət Universitetində seminar keçirilib. İyunun 25-də Tətbiqi Tədqiqatlar Fondu (TTF) Azərbaycan Respublikasının?Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan "Azərbaycan Respublikasının ali təhsil sahəsində Boloniya prosesinə qoşulması ilə əlaqədar k... | ANL |
Cənub bölgəsində Media-Hüquq Mərkəzi açılıb. MƏRKƏZ PREZİDENT YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ MALİYYƏ DƏSTƏYİ İLƏ FƏALİYYƏTƏ BAŞLAYIB. Ötən həftə Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin (AJB) bölgə üzrə yaradılmış Media-Hüquq Mərkəzinin açılışı olub. Qeyd edək ki, Mərkəz AJB-nin "Cən... | ANL |
Azərbaycan rəssamı Moskvadakı festivalda mükafat alıb. Moskvada keçirilən "Ənənə və müasirlik" adlı III Beynəlxalq İncəsənət Festivalında azərbaycanlı rəssam mükafata layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, nazirliyin dəstəyilə festivalda ölkəmizi... | ANL |
Naxçıvan Dövlət Universiteti beynəlxalq mükafata layiq görülüb. Naxçıvan Dövlət Universiteti (NDU) milli təhsil tariximizə daha bir şanlı səhifə yazıb. Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının "XXI yüzilliyin liderləri" Beynəlxalq imic proqramının qərarına əsasən elmin, təhsilin və yeni texnologiyaların tətbiqinin... | ANL |
TƏQDİMAT MƏRASİMİNDƏ ÇIXIŞ EDƏN ALİMLƏR ENSİKLOPEDİYANIN CİDDİ ELMİ ƏHƏMİYYƏT DAŞIDIĞINI BİLDİRİBLƏR. Dünən Dillər Universitetində görkəmli dilçi, filologiya elmləri doktoru Fəxrəddin Veysəllinin müəllifliyi və ümumi redaktəsi ilə nəşr olunan "Dilçilik ensiklopediyası"nın 2-ci cildinin təqdimat mərasimi keçirilib. Məra... | ANL |
Ədəbiyyatdan fəlsəfəyə. XX əsrin milli-fəlsəfi fikir tarixi haqqında düşünərkən istər-istəməz belə bir sual ortaya çıxır: tədqiqatçılar onun əsl mənbəyini "rəsmi fəlsəfə" çərçivəsində, yoxsa daha çox dərəcədə ədəbi-bədii fikirdə axtarmalıdırlar? Mən ikinci mövqeyə üstünlük verirəm. Lakin təəssüf ki, bu sahədə yetərincə... | ANL |
Ədəbiyyatdan fəlsəfəyə. Hüseyn Cavidin "həyat idealı" əslində onun şəxsi mövqeyi olmayıb, milli mentalitetdə dərin iz salmış bir mövqeyin ifadəsidir. Məsud Əlioğlu yazır: "Dədə Qorqud" boyları murdar və rəzil ehtiraslara qəlbən və fikrən biganə olan insanlar haqqında coşğun, simfonik nəğmələrdir. Gözəllik deyilən əbədi... | ANL |
Vaydədəvay.... Qəzetlərin birində 74 yaşı tamam olmuş Əlibala Hacızadə ilə müsahibəni oxudum və bu müsahibədə bir ifadə diqqətimi çəkdi. Dərhal Əlibala müəllimə telefon açdım, bir az söhbətləşəndən sonra məni tərpədən o ifadəni Əlibala müəllimə dedim, hər ikimiz gülüşdük və dərhal yadıma Əlibala müəllimin başqa bir ifa... | ANL |
Yazıçılar Birliyinə yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edildi. Ötən gün Yazıçılar Birliyində (AYB) bu quruma yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrinin təqdim edilməsilə bağlı mərasim keçirildi. Mərasimi giriş sözü ilə açan AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid 25 nəfər istedadlı gəncin Bir... | ANL |
Müasir elm torpağın, suyun yaddaşının olduğunu sübut etməyə çalışır. Əminəm ki, vaxt gələcək bu torpaqların, dərələrin, təpələrin yaddaşındakı tarixi hadisələr öyrəniləcək, bizə məlum olmayan informasiyalar alınacaq, bir çox sirrlər açılacaq. Belə zəngin informasiyalı, sirrli bölgələrimizdən biri də Qarabağın, Ağcabədi... | ANL |
Yunanıstan səfiri Bakı Slavyan Universitetinin qonağı olub. Bakı Slavyan Universiteti (BSU) dünyanın müxtəlif ölkələri ilə elmi-mədəni əlaqələrin qurulması və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi yolunda başladığı işi uğurla davam etdirir. Öz ənənəsinə sadiq qalan universitetin növbəti qonağı Yunanıstanın Azər... | ANL |
Milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi qeyd edilib. Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi ərəfəsində Milli Qəhrəman Eldar Harun oğlu Məmmədovun adını daşıyan 189 saylı orta məktəbdə tədbir keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəz... | ANL |
Gündüzü və gecəni, göy üzünü bəzəyən günəşi, ayı və saysız-hesabsız ulduzları müvazinət içində saxlayan Allahdır. Kainatda hökm sürən Onun qanunlarıdır. Müvazinət pozulanda bir ulduz parçası belə dünyanı toz halına gətirə bilər. Yer üzündə isə dünya qanunları var. O qanunları qorumaq biz bəndələrin borcudur. Qorumayand... | ANL |
Ağalar Mirzə ayrılığı. Şair, telejurnalist və alim dostum, mərhum Ağalar Mirzənin bu gün ilidir. Həmişə işdən başı açılmayan, ömrünün mənasını çalışıb-vuruşmaqda, axtarışda, yazıb-yaratmaqda görən, elə buna görə də bir qədər özünə qapılan, dostlarla, tanış-bilişlərlə az ünsiyyət saxlayan, üzdən sərt, içdən kövrək bir i... | ANL |
Köməyə çatan çatacaq. Qaldır bayrağı köksündən. Allah pənahına! Qan qardaşınca sev. Əynindəki laləli köynəkdi. Əlindəki bəxtəvər bayraq. Çap atını hünərlə, Köksünlə axını yar, Bayraq tutan ərlər. Örtüləcək üzünə. Taleyi hər kişiyə. Bu sevinc yoludur,bu qəm yoludur, Gəlirəm sevinclə, dönürəm qəmlə. Burda qayğılarım əlim... | ANL |
Xalq şairi Bəxtiyar Vahabzadə dünyaya gözlərini yumdu. Yaşamaq eşqi ilə çarpan şair ürəyi əbədi olaraq susdu. Dostlarım Akif Bayram və Şamil Körpülü ilə birlikdə böyük şairimizi ehtiramla andıq. Şamil Körpülü ustad şairin məhşur "Dərdsizliyi dərd edərdim özümə" misrasını xatırladı. Bəxtiyar Vahabzadənin əzəmətli poeziy... | ANL |
Sözlə dolu qəlbin yeni töhfəsi. Hər bir söz adamı əlinə qələm alan gündən vərəqlərə özünü yazır, öz xarakterini, duyğu və düşüncələrini köçürür. Elə bu səbəbdən yaratdığı əsərlər də özünə bənzəyir. Səmimi insan, əqidəli vətəndaş, istedadlı şair Seyid Əsgər Müzəffəroğlunun ruhunun, xasiyyət və hisslərinin hopduğu əsərlə... | ANL |
Flora Xəlilzadənin publisistikasına bir nəzər. Cavanlıqda ən çox həsəd apardığım adamlar jurnalistlər olub. Məqalələrini oxuyur, onları dünyanın xoşbəxti sayırdım. Sonralar bu sənəti yaradan və yaşadanların əzab-əziyyətini, çörəyinin yazı-pozudan çıxdığını, keşməkeşli, enişli-yoxuşlu həyat yolunu izlədikcə gözlərim önü... | ANL |
Ötən gün "Bravo Tent" şirkəti parça memarlığı sahəsində növbəti seminarı keçirib. Seminarın əsas məqsədi iştirakçıları parça memarlığındakı müasir tendensiyalarla yaxından tanış etmək olub. Bildirilib ki, hazırda parça memarlığı memarlığın qotika və barokko kimi növlərinin bir hissəsidir: "Burada əsas materialı gün və ... | ANL |
Bakıda sovet dövründən qalan heykəllərdən biri də Prokofi (Alyoşa) Caparidzenin "Azadlıq" prospektində ucaldılan möhtəşəm heykəlidir. Azərbaycanın istiqlalına düşmən olan və yerli əhalinin soyqırımına rəhbərlik edən şəxslərdən birinin "Azadlıq" prospektində heykəlinin qalmasını sovet dövrünün səhvi hesab etsək də, onun... | ANL |
Qəbul və sınaq imtahanlarına nümunəvi nəzarət edən 91 müəllim mükafatlandırılıb. TQDK SƏHLƏNKARLIĞA YOL VERMİŞ NƏZARƏTÇİ MÜƏLLİMLƏRİN SİYAHISINI İSƏ LAZIMİ ÖLÇÜ GÖTÜRÜLMƏSİ ÜÇÜN TƏHSİL NAZİRLİYİNƏ GÖNDƏRİB. Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) qəbul imtahanlarında üzərlərinə düşən vəzifəni tələb olunan... | ANL |
Moskvada Adil Şirinin şeirlər kitabı nəşr edilib. Bu günlərdə Moskvanın İPO "U Nikitskix vorot" nəşriyyatında şair Adil Şirinin "Bədrlənmiş ay" ("Polnolunie") adlı şeirlər kitabı işıq üzü görüb. Professor Elçin İsgəndərzadənin rəyi ilə çap olunan kitabdakı şeirləri rus dilinə tərcüməçi Nicat Məmmədov çevirib. M.Zamşev ... | ANL |
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının bu il üçün nəzərdə tutulan repertuar planı qarşımdadır. Həm Azərbaycan, həm də rus bölməsində oynanılan və oynanılması nəzərdə tutulan tamaşaların siyahısı. İllər boyu öz aktuallığını, təravətini və gözəlliyini, gülüş nüvəsini itirməyən tamaşalar da var, hələ yaşam sürələri... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.